Mənim toy günüm - naz_vefa (35)

Müəllif: arzum-aysum
Şərhlər: 17
Baxılıb: 3 424
Səs ver:
(səs: 2)
:toy: ..Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın naz_vefa-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq
 
Mənim toy günüm - naz_vefa (35) 
 
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
 Biz qohumuq, amma sevgimiz yoldaşımın əmisi oğlunun toyunda başladı.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
 Qız qalasına çağırdı məni, getdim və çox gözəl bir sürpirizlə qarşılaşdım, yoldaşım əlində qırmızı çiçəklər bir əlində də üzük diz çökdü və dedi, ömrünü mənimlə sonlandırmağa, mənimlə evlənməyə razısanmı?... 
Mən də hə dedim (valideynlərimin qərarından sora oldu təklif)

3. Neçə müddət nişanlı qaldınız?
 1 ilimiz tamam olan günü evləndik..

4. Toy hazırlıqları necə irəlilədi?
 Hər şeylə biz ikimiz maraqlanırdıq, çox gözəl irəliləyirdi

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
 1 il hazırlaşdıq, vaxt bol idi

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
 Gəlinlik seçmək ..

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
 Xeyr getmədik, mən istəmədim.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
 çox axtardıq, nəhayət ki, istədiyim yeri tapdım ...

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
 Qaynımın dostu çəkdi

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
 Vaxt olmadı

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
 Bəli, xəyalını qurduğum gəlinliyə sahib oldum 

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
 Mən internetdə baxıb bəyənmişdim

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
 Internetdə bəyənmişdim, yoldaşıma göstərdim o da bəyəndi, aldıq

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
 Bəli qərar vermişdim

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
 əlbətdə istədiyimnən də çox qəşəng alınmışdı

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
 Bizdə bəy özü almalıdı

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
 Heç vaxt unutmaram - 10.01.2016

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
 Bəli, salona gedəndə yerə dəymişdim..

19. Toy günü unutduğunuz bir şey oldumu?
Xeyr

20 Toyunuzun ən gözəl anı nə idi?
 əmimin toya gəlməsi, 18 ildi görmədiyim əmim mənim toyuma gəldi, heç kimin xəbəri yox idi, birdən içəri daxil oldu, mənə yaxınlaşıb qucaqlayıb təbrik etdi, çox sevinmişdim

21. İlk rəqs parçanız hansı idi?
 Mustafa Ceceli - gül rengi

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
 Ilk rəqsimiz

23. Bir tərslik yaşandımı toy günü?
 Böyük bir tərslik yaşamadım

24.Ən çox nə vaxt həyəcanlandınız?
 Atam evini tərk edib gedəndə

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
 Bəli, mənim uşaqlıq dostlarım dəvət olunmuşdu toya

26. Bal ayınızı harada keçirdiniz?
 Bal ayına getmədik

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
4 ay

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
 Mənim hələ ki təcrübəm o qədər də yoxdu, bunu deyə bilərəm ki, sevdiyin insan üçün, xoşbəxt bir evlilik üçün güzəştə getməyi bacarın, hər kəsə xoşbəxtlik arzulayıram
 
 
Canım mənim, hələ çox gənc olan bu ailənizin uzun ömürlü olmasını, 4 ayın 40 il olmasını diləyirəm... diləyim sevginiz, məhəbbətiniz, bir birinizə olan hörmətiniz heç bir zaman bitməsin.... inşallah gələn il bir ilinizi qeyd edən zaman qucağında şirin bir körpə olar.... amin... öpürəm canım...
(səs: 2)
Şərhlər: 17
Baxılıb: 3 424
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri