Yuxularımdakı həqiqət - Tomris Müslümova (2)

Müəllif: arzum-aysum
Şərhlər: 21
Baxılıb: 2 083
Səs ver:
(səs: 7)
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni layihəmin növbəti bölümündə salamlayıram :03:Həəə qızlar, hamımız bilirik ki, :fu: yuxular insan aləminin hələ də sirri açılmayan möcüzəli bir dünyasıdır. Hansı dünya ki, insan heç görmədiyi yerlərə gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... :cadu: elə olur ki, yuxularımız heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu da uca Tanrının ən böyük möcüzələrindən biridir..  :melek:  buyurun başınıza gələn bu cür sirrli yuxuları bizimlə bölüşün. Əminəm ki, hər biriniz ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız.
Layihəmin bu bölümündə saytımızın Tomris Müslümova-sı  baş verə biləcək hadisələri qabaqcadan ona ayan edən bir neçə sirrli yuxusunu bizimlə bölüşəcək....
 
Yuxularımdakı həqiqət - Tomris Müslümova (2) 
 
Hər kəsə salam. Canım Türkan bacım növbəti layihəniz uğurlu olsun. Çox maraqlı gəldi mənə və sevə-sevə qatılmaq istədim.
 
Deməli,keçən ilin sentyabrın 7-si gecə yuxuda Ümidi görmüşdüm. Yuxunun dəqiq tərəfləri yaxşı yadımda deyil. Heç xatırlamaq belə istəmirəm. Amma onu bilirəm ki, ağlıyan, ağrıyan, narahat görmüşdüm. Səhər durdum bu yuxunun təsirində. Bacım zəng elədiki, sizə gələcəm. Dedim məndə sizin tərəfə marketə gələcəm gözlə sizə çatanda zəng edərəm düşərsiz marketə birgə gedərik. Getdim binanın qabağına çatanda zəng elədim düşdülər. Mənim balama da qırmızı geyindirdim. Qonşu bunu görüb deyib ki, bunu belə geyindirmə göz dəyəcək. Nəysə, düşdü görüşdük getdik marketə. Ümid onda yerimirdi qucağımda idi. Marketdən çıxa çıxda bunu verdim bacıma. Marketin qabağında da 5-6 pilləkan var. Elə düşmək istiyəndə elə bil bacıma badalaq verdilər çırpıldı yerə. Ümiddə qucağınnan elə həmin pilləkən səviyyəsində çırpıldı yerə. O an gözüm sanki qaraldı gözüm ancaq Ümidin gözünə baxırdı ki, görüm sağdı? Çünki çox balaca uşaq olub çətin əmələ gəlib. İndi 2 yaşı var 1 yaş vermək olar. Əlimdəkiləri tulladım yerə tez uşağı götürdüm. Gördüm yox ağladı. Tez mağazadan çıxdılar dedim su gətirin. Elə anlarda özümü itirən deyiləm. Bacımın çantasında butulkada çayı var idi. Verdim içdi su vurdum üzünə gördüm yox qorxub amma hər şey yaxşıdı. Bacım yadımnan çıxıb heç bilmirəm nağarır?  Evə gələndə axşam ki, yuxum düşdü yadıma.
 
 
 
Yuxuları məndən də betər çin çıxan mamamnan danşmaq istərdim sizə. Onun yuxuları isə nötqə vergül düz çıxır. Məsələn: hansısa problemimiz var. Deyir gecə fikirləşib yatacam. Gecə fikirləşir yatır yuxu görür. O yuxu olduğu kimi çıxır. Səhər deyir ki, filan şey yaxşı olacaq belə yuxu görmüşəm.
Bir dəfə yuxuda görüb ki, uzun ağ saqqalı bir kişi, əlində Şaxta babanın çomağı kimi çomaq. Yaxınlaşıb mamaya. Bu çomağını uzadım mamaya tərəf mama deyir gördüm ki, çomağın içi eləcə qızıldı. Mənə dedi ki, bu yuxunu heç kimə danışma bu qızıllar sənin olacaq. Deyir səhər duran kimi mamama danışdım. Nənəm də dalaşıb ki, kaş danışmazdın. Həmin gecə mama yuxuda yenə o kişini görüb. Gəlib mamamın üzünə 3 dəfə tüpürüb gedib.
 
 
 
 
Atam isə çox kasıb və yetim oğlan olub. Öz savadına İqtisad universitetinə ( o vaxt ki, Xalq təsərrüfatı universiteti) daxil olub. Elə həmin ili universitetdə dəhlizdə dayananda görüb ki, dəhlizdən asılmış böyük saatın altında nabələd adam durub. Qoca, saqqalı, geyimi nimdaş. Yaxınlaşıb buna. Deyib siz kimsiz, burda nə gəzirsiz? O kişi atama deyib ki, mən məhz sənə görə gəlmişəm. Saata bax! Sən bun universiteti bitirən günü elə eyni bu vaxtda yenə gələcəm. Deyib çıxıb gedib. Atam ətrafdakılardan soruşub onu atadan başqa görən olmayıb. Nəysə, atam bu məsələni unudub. Universiteti bitirən ili elə eyni saatda o kişi həmin görkəmdə, həmin geyimdə yenə gəlib. Bu real hadisə idi.
Belə.Ümid varam maraqlı oldu.
 
 
Əziz bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
(səs: 7)
Şərhlər: 21
Baxılıb: 2 083
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri