Başıma gəlmiş mistik hadisə - Tomris Müslümova (1)

Müəllif: Miss_Oxatan
Şərhlər: 19
Baxılıb: 2 933
Səs ver:
(səs: 6)
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm :eh: )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Elə ilk iştirakçımızda saytımızın sevimli qızı Tomris Müslümovadır.Çox sagolsun,müraciət edən kimi işıq surəti ilə yazıb göndərdi əhvalatını.Yazdığı mistik hekayəni gəlin birlikdə oxuyaq.

Salamlayıram hər kəsi.Bu mistik layihədə sizləri xoş gördük.Xeyirli-uğurlu olsun bacım layihəniz  Keçək mətləbə.
Belə mistik hadisələr insanlardan yan ötüşmüyə bilməz.Hamının başına gələ bilər.Bizim ailədə isə çox tez-tez baş verir.Mənim ata nənəm atamın toyunu görməyib.Özüdə bir ana olub bir bala.Bu evədə sonrada köçmüşük.Deməli biz balaca olanda atam hər axşam işdən gələndə qaçıb gizlənirdik.Atam gələn kimi hərə bir tərəfdən çıxırıq.Onu qorxuzaraq qarşılayırdıq.Bir axşamda eşitdik ki,qapı açıldı və örtüldü.Yerə nəsə atıldı.Atamda sənəd fialn gətirir evə.Gələn kimi yorğun olur deyə atır qapının ağzına.Bu səsləri həmişə olduğu kimi eşitdik.Özümüzdə zalda.Atamın dayısı arvadıda bizdədi.Gördük ayaq səsləri və kuxnanın qapısı açıldı.Bizdə gizlənmişik ki,atadı.Gördük yoxee gələn kimdirsə gəlib çıxmır.Mamam durdu qapını açdı ki,heçnə yoxdu evədə heçnə.Nə ata gəlib nə kimsə.Hamı donmuşdu bir-birinə baxırdı.Nənəmin ilində evə molla gəlmişdi soruşduq dedi ola bilər onun ruhudu tez-tez gəlir bu evə.Bu belə.
Cavan bir dayım rəhmətə getmişdi.Biz uşaq idik.Heç 40 çıxmamışdı.Səhər olub ata işə,bizdə məktəbə getmişik.Mamada uzanıb divana ayağının üstünədə balaca dökəkçə qoyub.Elə bunu burdaca yuxu aparıb.Deyir birdə gördüm ayağımın üstündə kimsə oturdu divannanda səs çıxdı.Deyir gördüm artıq ayağıma çox ağırlıq düşür,nə qədərdə edirəm gözümü aça bilmirəm.Deyir az qalsın ürəyim partlıya ki,gözümü açım görüm bu kimdi belə? Bir təhər zorla gözünü açıb ki heç kim yoxdu o ayağında olan ağırlıqda yoxdu.Halbu ki,deyir beynim oyaq idi televizorun səsini aydın eşidirəm.Amma gözüm açılmır.
Bir dəfədə günlərdən bir gün dayımın ili çıxmamış 18 yaşında xalam qızı rəhmətə getdi.Yya idi.Mama balkonda iş görəndə deyir gördüm məni çağırdı R.... Açıq-aşikar "xala" dedi çağırdı.Tez düşdüm həyətə baxdım ki heç kim yoxdu.Belə bu qədər.Əslində belə haqq-hesablar çox olub ancaq ki,biraz qısa yazdım.
Bir daha uğurlar Günay bacı.

 
Səndə sağol Tomiçka iştirak etdiyin üçün :03:.
(səs: 6)
Şərhlər: 19
Baxılıb: 2 933
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri