Başıma gəlmiş mistik hadisə - ülü16 (3)

Müəllif: Miss_Oxatan
Şərhlər: 16
Baxılıb: 19899
Səs ver:
(səs: 5)
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Elə iştirakçımızda saytımızda yeni userlərdən olan ülü 16dır. Bu hekayəni oxuyanda bayaa bir qorxdum ehYaxşı ki, bu dəfə evdə tək deyildimmm.

Salam saytımızın gözəl xanımları. Əvvəlcə bu layihədə çənə yer verdiyi üçün bacıma təşəkkür edirəm. Keçək əsas məsələyə.
Keçən ilin may ayının sonu-iyun ayının əvvəlləri idi. Mən imtahana hazırlaşırdım. Qardaşım yeni evli idi o zaman.Birdə körpələri var, hadisə olan vaxt körpə 5-6aylıq olardı. Əslində bu hadisə gəlinimizin başına gəlib , amma hər şey gözümün qarşısında olduğundan sizinlə paylaşmaq istədim. Biz gəlinimizdə bəzi dəyişikliklər görürdük, axşamlar rəngi ağ olur, gözünün altı qaralırdı. Körpəsinə istilik göstərə bilmirdi. Sanki onu nəsə saxlayırdı. Özdə bizim ailəmiz dindar ailə, namaz qılan ailə idik. Bir gecə uşaq ağlayırdı, gəlin birdən başını tutub qışqırmağa başlayıb. Əlbətdə bu hadisə gecə olduğundan heç kəsin xəbəri yox idi. Qardaşım bilməyib yoldaşını sakitləşdirsin, yoxsa körpəsi. Uşağı qucağına alıb, hər ikisini sakitləşdiribmiş. Anam uşağın səsini eşidib qapını döyüb, qardaşım anama "uşağdıdə ağlıyır" deyib. Yenə axşam gəlinin gözünün altı qaraldı, rəngi ağarmışdı. Gözünü bir nöqtəyə zilləyib qalmışdı. Uşağ ağlayırdı, ancaq uşağa yaxınlaşa üzünə baxa bilmirdi. Qardaşım bu hadisələri dostlarına danışanda gəlinin içində "Cin" girə biləcəyini demişdilər. Bir xeyrxah oğlan vardı "Rüqəyya" elmiylə məşğul olan. Onunla qardaşım əlaqə saxlayaraq Bakıya gəlib kömək etməsini xaiş etdi. Oğlan iyun ayının 1-i bizə gəldi. Mənimdə sabah imtahanım olacaqdı. Qardaşım,gəlin,qatdaşımın dostu, birdəki bu elmlə məşğul olan adam otağa keçib başladılar dualar oxumağa. Telefonda ayələr qoydular. Sanki gəlin özündə deyildi. Bir azdan otağdan pişik səsləri kimi səslər gəlməyə başladı. Biz o biri otağda ana-bala idik. Anamla səsləri eşidirdik, anam çoxdan ağlamağa başlamışdı. Məndə stresdən nə edəcəyimi bilmirdim. 2-3 saat otağda qaldılar, tez -tez səslər gəlirdi. Səs kişi səsiydi sanki bacımın səsi deyildi. Qurtardıqdan sonra bacı içində "Cin" olduğunu, onu dəli edib öldürmək istədiyini dedi. Əgər uşağa yaxın düşsə uşağı öldürmək istəyibmiş. 
İnanın mən bu hadisənin sabahı imtahan vermək məcburiyyətində qaldım. Heç düşmənimə belə hadisələri arzu etmirəm. ALLAH o günlərimizi bizə birdə yaşatmasın. Oxuduğunuz üçün təşəkkürümü bildirirəm. İnanın qısaldıb yazmışam, yenədə bu cür şeyləri Allah heç kimin bəxtinə yazmasın.
(səs: 5)
Şərhlər: 16
Baxılıb: 19899
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Qadın testləri