Başıma gəlmiş mistik hadisə - zezema (4)

Müəllif: Miss_Oxatan
Şərhlər: 14
Baxılıb: 2 410
Səs ver:
(səs: 3)
(Ürəyi zəif olanların,əsəbləri yerində olmayanların və yaşı az olanların layihədə paylaşılan hekayələrin oxuması məsləhət deyil)

Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm  )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))
 
Bu dəfə ki,iştirakçımız isə Zezema nikli userimizdir.Ruhlardan əsla qorxmuram deyən,hətta balaca uşaq ruhu ilə oynamağa belə can atan bu xanımımızın başına gələn əhvalatı gəlin birgə oxuyaq.İnanıb inanmamağı isə hər kəsin öz mövqeyinə buraxaq.
 
Hər kəsə salamlar. Layihə qorxulu olsada, çox bəyəndim. Təşəkkürlər. Oxuyun amma qorxmayın)) 
Hardasa 10 il bundan əvvəl 11-ci sinifdə oxuyurdum. Rusiyada yaşayırdım. Qorxaq deyildim. Evdə də elə olurdu ki 10-15 gün tək də qalırdım. Bir gün gecə yatdığım yerdə möhkəm gurultu səslərinə oyandım. Elə bil zəlzələ idi. Gözümü açanda gördüm ki, otağın tavanı (patalok) ortadan çatlayıb. Bir Ağ rəngli, balaca sifətli bir şey firlana-firlana yatağımın üstündə uçur! Elə gülür.. elə gülür ki... tez gözümü yumdum. Bildiyim dualardan deməyə başladım. Səs kəsildi. Gözümü açdım. Televior acıldı. Dom 2 gedirdi))) tez durdum getdim hamama, baxdim güzgüyə ki, mənə nə oldu belə...
Üstündən bir neçə gün keçdi. Yatdığım yerdə yenə gurultu, yenə bir uşaq gülür.. bu dəfə kravatımda oppanırdı. Sol tərəfimdə. Elə bil 3-4 yaşında uşaq boyda idi. Qorxmadım. İstədim əlimi qaldıram ki, tutam onu. Amma nə səsim çıxmırdı, ne əlim qalxmırdı. Kimsə əlimi möhkəm tutub sıxırdı yerinə. 
Bu minvalla mən onu ordan köçənə qədər 10-15 dəfə gördüm. Artıq heç qorxmurdum. Müəlliməmə danışdım. Dedi ki, sizin bina teze binadir. Köhnə qəbristanlığı köcürüb yerində sizin binanı tikiblər. Ora köçürüləndə sümüklər belə görünürmüş. Narahat olunmuş qəbirlər var o katlavanda. Bizdə 1-ci mərtəbədə yaşayırdıq. 
Mən belə başa düşdüm ki, o, bir uşaq ruhudur. Və mənimlə sadəcə oynamaq istəyirmiş. Çünki həmişə gülürdü. Oppanırdı hara gəldi.. Məni oyatmağa çalışırdı..
Ruhlardan qorxmuram. Bu yay rayonda idim atam evinde uşaqlarımla tək. Yoldaşımsa Bakıda qalmışdı həmin gün. Ev çox böyükdür. O evdə nənəm, babam, atam rəhmətə gediblər. Çox adam qorxur o evdən. Gecə qalanda nəfəs, səs, ayaq səsi, hətta qardaşım ruh gördüyünü deyir. Kənar adamlar evdən vahimələnirlər gecə qalanda. Qorxusundan gecə durub tualetə getməyənlər olub))) 
Neyse orda idim. Uşaqlarim yatmişdı. Qefilden butun rayonun işıqları söndü. Elə bir zülmət qaranlıq oldu ki. Bir xeylaq telefonun işıgına şam axtardım. Tapdım getirib yandırdım oturdum divanda. Şam pajar eder deye fikirləşdim ki, yatmayım hələ. O qədər sakit, sərbəst idim ki o an. Sanki kimse deyirdi ki, sən bizimsən, təki həmişə sən gəl bu evə, biz səni hər şeydən qoruyarıq.. 
Evimdəsə qaranlıqdan qorxuram. Birdə güzgüdən qorxuram.
(səs: 3)
Şərhlər: 14
Baxılıb: 2 410
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri