Mənim son zəng xatirəm - Su Pərisi (20)

Müəllif: Fi-Ra
Şərhlər: 8
Baxılıb: 2 572
Səs ver:
(səs: 2)
 Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Su Pərisi xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.
 
 Salam :03:  İlk öncə lahiyənizə dəvət etdiyiniz üçün çox sağolun. :01: Mənim son zəngim keçən il olub. Bizim son zəngdə elə də qeyri-adi heç nə olmadı. Hər kəs kimi biz də əvvəlcədən hazırlıq etmışdik. Çıxışımıza məşhur "Məktəb illəri" mahnısı ilə çixdiq. :sarkici: Onda mən həm həyəcanlı idim, həm də kövrəlmişdim. Sonra hər şey ardıcıllıqla oldu. Arada aksiliklər də olurdu, yenə də toparlaya bilirdik. Bir də qızlarımız "Əziz müəllimim" mahnısını oxudular. :sarkici: Ən sonda valideynlər məzunları təbrik edəndə atamla görüşüb çox ağlamışdım. :15:  Özümdən asılı deyildi. İndi fikirləşirəm ki, gələcəkdə ailə quranda necə olacaq)) Mənim üçün məzun olmağın hər bir hadisəsi maraqlı idi. Ən çox da vinetka üçün şəkil çəkdirəndə çox əylənmişdik. :dancing: Onda şəhərə gəzintiyə çıxmışdıq. İmkanım olsaydı yenidən məktəbə gedərdim)) Çox sağolun məni təkrar o gönlərə qaytardığınıza görə :04:
 
Usərimizə uzun ömür, can sağlığı, qadın xoşbəxtliyi, həyatında uğurlar arzu edirəm. Təşəkkürlər.

  
P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən mənə müraciət edə bilər
(səs: 2)
Şərhlər: 8
Baxılıb: 2 572
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri