Mənim son zəng xatirəm - İnci (21)

Müəllif: Fi-Ra
Şərhlər: 9
Baxılıb: 1 948
Səs ver:
(səs: 2)
 Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə İnci xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.
 
Salam gözəl-göyçək bacılarımız. :03: Əvvəla dəvət üçün təşəkürlər. :01: Keçək əsas məsələyə. Bildiyiniz kimi mən 10-cu sinifədək oxumuşam. 10-cu sinifdə atam əməliyyat oldu fikirləşdim ki, pul yoxdu, məni hazırlığa qoya bilməyəcəklər, ən yaxşısı çıxım kollecə verim sənədlərimi. Nəğdi olsun, soğan olsun!!! :11: Nə isə keçək əsas məsələyə. 31 may geyinmişəm yaşıl yubka yaşıl kofta (o vaxt dəb idi) forsdana-forsdana gəldim. 11-lərin Son zəngidi, biz də oturub onlara baxacağıq. Öz tədbirlərini etdilər sonra da sözü bizə verdilər. Harda aş, orda da mənim başım. :23: Mikrofon önünə mən keçdim. Yanımda da Elgünə adlı sinif yoldaşım. Danışıb qurtardım amma Elgünəyə vermədim ki, o, da danışsın. Həyəcandan olub yəqin. Amma qız çox utanmışdı. :09: Suyu süzülə-süzülə geri gəlmişdi. Sonra da öz sinfimizdə oynayıb elədik, :dancing: şəkil çəkdirdik, öpüşüb-görüşüb, :mucux: hər zaman bir-birimizlə əlaqə saxlayacağımıza söz verib ayrıldıq. Bizim sinifdən mənim kimi 9 nəfər çıxdı hamısı da kollecə qəbul oldu. Amma geridə qalanlardan 1-cəsi inustuta qəbul oldu. İndi sorşacaqsınız verdiyiniz sözü tutdunuz? Yox vallah, bir dənəsi ilə belə əlaqəm yoxdur. Biri ilə vardı sonra o, evləndi. Dedim arvadı qısqanıb zad edər zəng vurmadım. Artıq 8 ildir ki, heç birini görmürəm. Oxuyan gözləriniz, şərh yazan əlləriniz var olsun! :04:
 
Xanıma həyatında uğurlar, xoşbəxtliklər arzu edirəm. :01:

 
P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa mənə müraciət etsin.
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 948
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri