Mənim son zəng xatirəm - Kölgə (22)

Müəllif: Fi-Ra
Şərhlər: 12
Baxılıb: 2 569
Səs ver:
(səs: 3)
 Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Kölgə xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

Salam :03: çooox təşəkkür edirəm məni dəvət etdiyiniz üçün. :01:
Həə mən Son zəng günümü çox gözəl xatırlayıram. 2005-ci il. İlk dəfə 31 mayda Son zəng çalınacaqdı. (O vaxta qədər 25 mayda olurdu). Səhər 8-də salona getdim. Hamı kimi mən də gözəl olmaq istəyirdim. Axı həm də sevdiyim var idi, onun gözünə gözəl görsənməli idim. Sadə saç düzümü bir də tuj. :124: Ağ köynək, qara ətək. Gəldim məktəbə, həyəcandan əsirdim. Onu qapıda görəndə az qaldım yıxılım. Keçdik sinifə, hamı ürək sözlərini dedi. Həm sevinirdik, həm də kədərlənirdik. :15: Axı bir də nə vaxt görəcəkdik bir-birimizi. Yəqin ki, 2-3 imtahandan sonra görüşmək imkanımız olmayacaqdı. Pilləkənləri bir oğlan bir qız qol-qola düşdük. Həyətə çıxacaqdıq ki, müdür onu çağırdı (yəni bizi ayırdı) ki, bayrağı tutacaq. Çünki, məktəbdə həmin il yeganə qırmızı atestatı o almışdı. Hamıdan öndə bayraqla o, çıxdı məktəbin həyətinə. Ardınca da siniflər. Amma getdi elə yerdə durdu ki, gözü məni görsün. Bu da çoox xoş idi. :128: Nəysə tədbir bitdi, getdik evə. Axşam restoranda qeyd elədik. :dancing: Orda da hər yerdə yanımda idi. Çox qorxurdum ki,  son zəng sevgimizin də sonu olar. Axı məktəbdə çox adam sevir, bitirən kim unudur. Amma şükür belə olmadı bizdə. 2 aydan sonra hər ikimiz yüksək balla universitetə qəbul olduq. Vəəə sevgimizin universitet həyatı başladı. Nəysə illər keçdi... Bugün o, mənim həyat yoldaşım, 2 oğlumun atasıdır. Buna görə göydə Allaha, yerdə ona minnətdaram... Çünki, hər oğlan məktəb sevgisini 8 il yaşayıb sonunda ailə qurmur... Allahım çox çükür sənə. :melek:
 
Usərimizi xoşbəxtlik arzu edirəm. Allah balalarınızı qorusun. Sevginiz daimi olsun inşallah. Təşəkkürlər  :04:
 
P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət etsin.
(səs: 3)
Şərhlər: 12
Baxılıb: 2 569
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri