Mənim son zəng xatirəm - Fi-Ra (23)

Müəllif: Fi-Ra
Şərhlər: 18
Baxılıb: 831
Paylaş:
Səs ver:
(səs: 2)
 Salam saytımızın şirin-şəkər xanımları. 03 İlk lahiyəmlə qarşınızdayam. 01 Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
 Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Mən özüməm. Mən də sizinlə öz Son zəng xatirəmi paylaşmaq istədim. 
 
Deməli belə. Bizim son zəng hazırlığımız, planlarımız elə 9-cu sinifdən başlayıb. Birinci hansı qız hansı oğlanla gedəcək onu müəyyənləşdirmişdik. Mən öz parta yoldaşım və yaxın dostum Eynulla ilə gedəcəkdim. Çox davalar, çox narazıçılıqlar oldu bəzi şeylər üstündə. kzgn Aparıcı olmaq, açar aparmaq, zəngi təqdim etmək üstündə qırğın idi. Nəysə uzun qırğından sonra aparıcılıq yaxın dostlarım Azad və Gülüyə verildi. Açarı birincilərə təqdim etmək mən və Anar adlı sinif yoldaşıma verildi. Zəngi təqdim etmək  isə Bəhmən və Kəminəyə tapşılırdı.
 Xülasə, son zəng günü gəldi çatdı. Onda nişanlı idim. Nişanlım bir gün qabaqcadan gəlmişdi. Səhər məni salona apardı. Saçım o vaxt çox uzun idi. Yarısına qədər düz, ucunu isə buruq model elədim. 124 Ağ köynək, qara ətək geyindim. Düzəldik məktəbə tərəf. Hamı həyəcanlı idi. Sonuncu dəfə sinif otağımıza yığışdıq. Sinif müəlliməmiz və direktorumuz öz təbrik və ürək sözlərini dedilər. Biz də öz növbəmizdə bir-birimizi təbrik etdik. Hamı öz partnyoru ilə əl-ələ tutub, düzlənib sinifdən çıxdıq. Və artıq "Koroğlu" uverturası səslənirdi. music Bu mahnını sədaları altında özümüzü döyüşçü kimi hiss edirdik lap. digdig Bizim məktəbdə adətdi, hər 11-ci sinif bu mahnıyla çıxır.Biz də yavaş-yavaş çölə çıxmağa başladıq. Oğlanlar bir qapıdan qızlar isə diyər qapıdan çıxıb pilləkənin ortasında birləşdik. Gedib sırayla Şəhidlər Xiyabanının önündə baş əyib qayıbıb öz yerimizdə düzləndik. Daha sonra birincilər "Cip-cip cücələrim" mahnısı music sədaları altında gəlib bizim yanımızda düzləndilər. Bayraqtutanımız Məcnun komanda verdi və himn oxuduq bununla da tədbirimiz başladı. Direktor, kənd sovetinin müdürü və müəllimlər öz təbriklərini dedilər. Sıra gəldi açarı təqdim etməyə. Bizdə bir adət var. Məktəbimizin özəl simvolu olan açarı 11-lər birincilərə təqdim edir. Bunu mənası isə "artıq biz gedirik, məktəb sizə əmanətdir" deməkdir. Mən və Anar açarı təqdim etdik. Daha sonra Son zəngin zəngi təqdim edildi. Diplomlarımız, fəxri fərmanlarımız verildi. kubok Mənim diplomlarım yaddan çıxıb qalmışdı evdə. Qardaşım gedib gətirdi tez. yol Şeir dedik, səhnəcik göstərdik. Səhnəcikdə mən və Azad işrirak edirdik. Düzü utanırdım o boyda millətin qabağında artistlik etməyə. 09 Amma hər şey yaxşı alındı. Söz gəldi çatdı valideynlərə. Mənim anama vermışdilər sözü. Anam çıxışını elədi. Həyəcandan hazırladığı çıxışın yarısını unutdu. 23 Sonra hərə öz valideyni ilə rəqs elədi. dancing Sonda göyərçin uçurdub şəkil çəkdirdik. Mən ikinci hissəyə qatıla bilmədim. Nişanlım bizdə idi deyə onu tək qoyub getmədim. Direktorumuz mənə zəng eləyib dedi ki, heç olmasa yarım saatlıq da olsa gəl qoşul, götür nişanlını da gəl. Gedib 15 dəqiqə oturub gəldim. Və belə Son zəngimiz başa çatdı. Tədbir qutarandan sonra Gülü zəng edib dedi ki, bir ağlaşma 15 varıydı ay Fidan gərək getməzdin.  122
Çox üzüldüm sinif yoldaşlarımdan ayrılmağıma, 27 hamısı yaxşı uşaqlar idi. Bir də imtahanda və atestatımızı almağa gedəndə gördük bir-birimizi. Kəndimizə gedəndə heç birinə rast gələ bilməmişəm hələ ki. Bu dəfə getsəm görüşəcəm bir-ikisi ilə inşallah. 
Bilirəm biraz uzun oldu xanımlar. Amma dolğun yazmaq istədim. Oxuyan gözləriniz var olsun. 04 

 
P.S Lahiyəyə qatılmaq istəyən mənə muraciət edə  bilər mail  mail2

loading...
(səs: 2)
Şərhlər: 18
Baxılıb: 831
Geriyə
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Offline
baby baku
supperrr nə gozel olub canim 21
9 iyun 2016 22:14
18
sevdiyimsen menimsen canim sevdiyim
Offline
ALESSANDRA
-ay ne maragli olub ))
maraqlı adətiniz var məktəbdə
3 iyun 2016 20:17
17
Don't trust anyone ∆
Offline
Akkuw)
bu saytin formasi deyiwilib cox maraqsiz olubee
28 may 2016 21:46
16
Deyerine deyer vermeyen deyersizlere verdiyin deyer neye deyer(
Offline
Fi-Ra
Sitat: Dj_Vampir
-Marağli olub Son zəng tarixçəniz
Adinizin Fidan olduğunu yeni öyrəndim ele bilmişəm adaşiğ

Fi-Ra yeni Fidan-Rauf. Cox sagolun tesekkurler.
Sitat: _Mira_Yaman_
Coxxx maraqli olub sonunda ister istemez kovreldim. Unudulmayan illerdi.. nisanlinizada halal olsun!! Oglanla dusmeyinize , sehnecikde istirak etmeyinize icaze verib qedrinbilin))) )

He icaze vermisdi. Ozu de durub baxdi. Hele xosuna da gelmisdi. Hetta ikinci hisseye de qatilmaga icaze verdi. Amma menonu evde tek qoyub getmedim. Axi mene gore gelmisdi. Cox sagolun xos sozlerinize gore. Ugurlar size derslerinizde.

Sitat: Kölge
Artiq nişanli idiniz???????


He nisanli idim. 10-cu sinifden nisanlanmisam.
28 may 2016 20:25
15
Yeni bir başlanğıc etdiyimiz ən böyük səhvdən sonra başlayır!
Offline
Kölge
Artiq nişanli idiniz???????
28 may 2016 17:29
14
Her şeye gore şukur
Offline
Mrs.A
Coxxx maraqli olub sonunda ister istemez kovreldim. Unudulmayan illerdi.. nisanlinizada halal olsun!! Oglanla dusmeyinize , sehnecikde istirak etmeyinize icaze verib qedrin bilin))) bizde kecen ilden son zeng planlari qururuq. Amma hele gelen ildi)))
28 may 2016 14:31
13
Acısı çox olan qizların guluşu gozel olur.!
Offline
Ay_El
Çox maraqlı olub. Bizim son zəngimiz 6 iyun
27 may 2016 18:37
12
Həyatım səni çox sevirəm!
Allah bir ömür boyu bizi xoşbəxt etsin.Sevgilim Həyatım mənim Mən səni bu dünyada hər şeydən çox sevirəm.Daha doğrusu ikinizi çox sevirəm.Я тебя люлблю.
Offline
sebiwka95
O vaxti niwanni
27 may 2016 17:18
11
Offline
Dj_Vampir
-Marağli olub Son zəng tarixçəniz
Adinizin Fidan olduğunu yeni öyrəndim ele bilmişəm adaşiğ
27 may 2016 15:41
10
فيرا_Sevgi ən vacib şərtdir..Səcdə etməsəndə olar
Offline
heyatim_menim
mraqali olub son zenginiz.
27 may 2016 14:49
9
Başa düşdüm ki,
Həyatda Nəfəs almam üçün 5 səbəbim Var
ALLAHıma Şükür ki, onlar mənim Həyatımdadı.
Offline
qanadli melek
Qeweng etrafli yazibsiz maraqli olub son zenginiz
27 may 2016 14:27
8
Bezen herseyin tek bir cavabi vardir...BiLMiREM..
Offline
ayka95
Maraqlı son zenginiz olub
27 may 2016 14:08
7
Offline
vipbetul
maraqli olub her kesin son zengi ozune maraqli olur
27 may 2016 13:16
6
Of,If I stretch my hands,do you hold them in your hands,Sir?
Oh, do you look at my tearful eyes even once?
Offline
Miss_Oxatan
Cox yaxwi yazmisan,etrafli ve maraqli.o gunu ama kaw butovlukde sinif yoldawlarina ayirardin,her aninizi birlikde qeyd ederdiniz,niwanlinla bir omur beraber olacaqdin sonucda)))heyf o illerden,mektebli olanda deyirsen off ne zaman bitirecem axi,ancaq bitirenden sonra deyirsen axi niye bu iller tez kecsin deye arzuladim.
27 may 2016 12:53
5
İlan hər nə qədər ürpəndiyim və sevmədiyim canlı olsa da,ancaq,ikimizin,yəni ilanla mənim bir oxşar cəhətimiz var,"Dəymə mənə,dəyməyim sənə!" yayMiss_Oxatan♐
Online
Barbaris
maraqli olub son zenginiz
27 may 2016 12:42
4
Xarakterimi ya da xasiyyətimi bəyənməyən insanları mecbur yanımda saxlamıram
Bir sözlə "Yol açıqdır"
Offline
Marta
Cox maraqla oxudum,oxuduqca canlandi gozumun onunde.
27 may 2016 10:03
3
Немного терпения, и у тебя все получится..
Offline
BARBI
Cox uzun ve maraqli olub. O gunlerim yadima dusdu
27 may 2016 09:34
2
Canımı yaktıktan sonra, hiç birşey olmamış gibi helallik isteyenler! Cehennemde yandığınızı görsem üzerinize benzin dökerim... !
Offline
Tomris Müslümova
Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.
27 may 2016 09:17
1

Sən sadəcə mənimsən...!

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.

Müzakirələr

Azərbaycanım

Xəbər lenti

Astrologiya

Ən çox oxunanlar

Səsvermə

Saytın hansı bölməsini xoşlayırsınız?

Qadınla.Com həyatı
Gündəm - Magazin xəbərləri
Moda
Gözəl qadın
Bizim mətbəx
Sağlıqlı yaşam
Hamiləlik və Analıq
Qadın və Cəmiyyət
Münasibətlər
Həyat tərzi
Bürclər və Qoroskop
Bölümlü Hekayələr
Kişi dünyası
Oyunlar
Video - Musiqi

 
 

Qadın testləri

Aylıq arxiv