Yuxularımdakı həqiqət - ülü16 (6)

Müəllif: arzum-aysum
Şərhlər: 7
Baxılıb: 1 891
Səs ver:
(səs: 2)
Saytımızın şirin şəkər, gözəl göyçək qızlarını yeni layihəmin növbəti bölümündə salamlayıram :03: Həəə qızlar, hamımız bilirik ki, yuxular insan aləminin hələ də sirri açılmayan möcüzəli bir dünyasıdır. Hansı dünya ki,  :fu: insan heç görmədiyi yerlərə gedir, heç görmədiyi insanlar ilə görüşür, sevincli, kədərli, sirrli bir həyat yaşayırıq yuxularımızda. Və bəzən də.... :cadu: elə olur ki, yuxularımız heç gözləmədiyimiz bir anda bir neçə gün sonra baş verə biləcək bir hadisənin müjdəçisi olur. Xoş və kədərli bir hadisənin... bu da uca Tanrının ən böyük möcüzələrindən biridir.. :melek: buyurun başınıza gələn bu cür sirrli yuxuları bizimlə bölüşün. Əminəm ki, hər biriniz ömrünüzdə bir dəfə də olsa bu cür möcüzəli hadisə ilə qarşılaşmısınız.

Layihəmin bu bölümündə saytımızın ülü16-sı baş verə biləcək hadisələri qabaqcadan ona ayan edən bir neçə sirrli yuxusunu bizimlə bölüşəcək....
 
Yuxularımdakı həqiqət - ülü16 (6)
 
Salam saytımızın gözəl xanımları. Əvvəlcə layihədə mənə də yer verdiyi üçün, bacıma təşəkkürlər:123:. Bacımın bu layihəsini görəndə fikirləşdim ki, hansı yuxularım həqiqət olub.
  Həə keçək əsas məsələyə. Düzü elə yuxular var ki, onlar bir neçə ildən sonra həyata keçir. Mən bir dəfə yuxumda qardaşımın oğlu olacağını gördüm. O vaxt mən hələ uşaq idim, bəlkə 10 yaşım olardı. İllər keçdi və doğurdan da qardaşımın oğlu oldu.
 
 
 
  Sonra keçən ay yuxumda xalamla birgə tort aldığımı gördüm. Xalam deyir "yox ay Məliş. O tort bahadı". Anama danışdım. Dedi səs salma xalan neçə gündü Nicatla danışa bilmir, indi mən zəng eləsəm elə biləcək mən nəsə bilirəm. Xalam oğlu hərbiçi olduğundan xalam da narahat idi. Bir neçə gündən sonra xalam anama zəng edib , ağlayaraq oğlunun yaralandığını dedi. Yəni yuxum düz çıxdı.
Əslində başqa doğurdan olan yuxu gürmüşəm. Amma bunu sizinlə paylaşa bilməyəcəm. Oxuduğunuz üçün təşəkkürlər. Öpdüm hamınızı:123:
 
 
Əziz bacılarım, layihəmin davamlı olması sizdən asılıdır... əgər sizin də hansısa möcüzəli və sirrli yuxunuz olubsa mesajla mənə yazın , mən də qızlarımızla bölüşüm... öpürəm hər birinizi....
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 1 891
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri