Mənim son zəng xatirəm - Marta (25)

Müəllif: Fi-Ra
Şərhlər: 8
Baxılıb: 2 185
Səs ver:
(səs: 1)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri Fidan (aliceWOnDer) xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Marta xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.
 
İlk öncə dəvət üçün bacıma təşəkkür edirəm. Keçək mətləbə  :02:
Deməli 2012-ci il may ayının 31-i həyatımda xoş olduğu qədər, qəmli xatirələr qoyan tarix. Səhər Mamayla getdik salona. Saçlarımı fərqli şəkildə hördürdüm  :124: Əvvəlcə qızlarla danışmışdıq, hamımız eyni saçı düzəltdirəcəkdik. Sonra məktəbə getdim, çox həyəcanlı idim. Sanki 11 ildə gedib-gəldiyim məktəb deyildi. Sinifə çatanda uzaqdan qızları gördüm. Artıq hamımız ağlamağa başlamışdıq. :15: Son zəng günü bir qız bir oğlanla çıxacaqdı. Hamı kimlə çıxacaq təyin etmışdi öz arasındsa. Qapını aşıb içəri girəndə gördüm sinifdə davadı :dv:  Mənim yanaşı gedəcəyim oğlanla bir ağıllı vardı sinifdə)) Məndən xoşu gəlirdi :09: onun arasında. Müəllim də qalmışdı ortada  :23: Biraz gərginlik yaşandı. Nəhayət vaxt gəldi çatdı siniflə aşağı düşməyə. Sağolsun müəlim mənimlə çıxdı öndə)) O iki oğlan da ən axırda əl-ələ çıxdı :hahahah: çox gülmüşdük  :hihih: Düşdük həyətə. Mahnı yazdırmışdıq oxuduq :sarkici: oynadıq :dancing: Nəhayət vaxt gəldi çatdı ayrılmağa  :27: Həyatımda elə iki dəfə ağlamışam. Bir son zəngimdə, bir də qardaşımı əsgər yola salanda. Hansıki heç kəs sakitləşdirə bilmirdi  :15: Ağlaşdıq ayrıldıq, hərə getdi öz evinə. Sonra atestat imtahanı günü yığışdıq bir yerə. 
Belə xanımlar bu da mənim Son zəng xatirələrim. Hər birinizə xoş günlər, xoş xatirələr arzulayıram  :04:

 
Usərimizə həyatında uğurlar arzu edirəm, təşəkkürlər  :01:
P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa  mənə müraciət etsin.
(səs: 1)
Şərhlər: 8
Baxılıb: 2 185
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri