Başıma gəlmiş mistik hadisə - Antikvar (6)

Müəllif: Miss_Oxatan
Şərhlər: 17
Baxılıb: 3 151
Səs ver:
(səs: 1)
Salam, Qadınlar.Biz saytının xanım-xatun qız gəlinləri.Ani ağlıma gələn bir layihəni sizlərə təqdim etmək istədim.Sağolsun, Adminimizdə razılıq verdi və bir an öncə başlamağa qərar verdim.Aznetdə azdan-çoxdan fəal olan biri kimi deyə bilərəm ki,mən bu mövzuda layihəyə heç bir saytda rast gəlməmişəm. Maraqlı alınacağına inanıram.Keçim layihəmin məzmununa.Qorxunc layihə ilə gəlirəm )))Fövqal-təbii qüvvələrlə bağlı olacaq.Cəmiyyətdə hec bir zaman birmənalı qarşılanmayan mövzulardan biri,bəlkə də birincisi.Kimlər inanar,kimlər psixoloji haldır deyib keçər və s.Ancaq hər nə qədər inanmasaqda belə hekayələr eşidəndə ildırım surəti ilə qorxu dolu titrəmə keçər vücudumuzdan.Gözə görünməz mifoloji varlıqlar,kiminin cin kiminin ruh adlandırdığı və s.bunlarla bağlı mistik hadisələr kimin başına gəlibsə mənə şəxsi ismarıc vasitəsi ilə ətraflı şəkildə yazıb göndərə bilər.Ancaq yuxuda gördükləriniz olmasın.Yuxu ilə bağlı olsa direk copy edib arzum_aysuma göndərəjəm)))Çünki bu onun layihəsidir,malı mala qatmayın))

Layihəmizin bu dəfə ki,iştirakçısı isə sevimli xanımımız Antikvar nikidir.Ancaq əvvəlcədən xəbərdarlıq edirəm,hissləri zəif olanlar,yaşı az olanlar,əsasəndə zahı qadınlar bu yazılanları OXUMASIN!

Salam saytımızın gözəl xanımları,İlk öncə mənə lahiyəsində yer verdiyi üçün Gülkaya təşəkkür edirəm:)Keçək başıma gələn mistik hadisələri yazmağa.Düzü heç belə hadisələrlə üzləşməmişəm taki ilk övladımı dünyaya gətirdiyim zaman hər şey ondan sonra baş tutdu,gecələr yatmağa qorxurdum bilirdim ki,gözlərimi qapatsam şeytanlar məni rahat buraxmayacaqlar,gah qalıb mənə baxırdılar ,gahda özləri ilə aparmaq istəyirdilər amma mənə heç bir zərər vermirdilər amma mən onlardan dəhşət dərəcədə çox qorxurdum onları gördüyüm zaman (Bismillahi Rəhmani Rəhim )edib özümdən uzaqlaşdırmağa çalışırdım,özüdə səsli yox ürəyimdə edirdim çünki haçan onları görsəm qorxumdan səsim batardı qışqıra bilməzdim,belə inanclar var biz tərəflərdə başının altına bıçaq ,üzərinə sancaq bağla bəlkə qorxun azalar ,birdə çörək, eşitdiyimə görə çörək olan yerdə şeytanlar olmur qorxur ora girməyə məndə bir balaca çörəyi paketə büküb qoydum başımın altına amma xeyri nə yenədə həmən anlar təkrarlanardı, sonra evimdə Peyğəmbərimizin şəkli varıydı yenidən yuxuma girib məni özləri ilə aparmaq istəyəndə Peyğəmbərimizin şəklini göstərdim onlar qorxub qaçdılar.Bu qorxu canıma dəhşət oturmuşdu evdə gəzməkdən belə hürkürdüm mətbəxdə yemək bişirdiyim zaman birdə gördüm arxamdan bir qara kölgəli kimsə çıxıb getdi kalidora arxasından baxa -baxa qaldım ,vahimələnmişdim daha ,valdeynlərimə danışdım başıma gələnləri mamamın dediyinə görə 40'lı qadının başına gəlir belə hadisələr molla yanına getdilər qorxu duası yazsınlar ,səbəb?Gecələr yata bilməzdim tər su içində olardım, titrəyirdim,qızdırmam olardı ,titrədiyim zamanda yerimdən dura bilməzdim ayaqlarım tutulardı sanki,körpəm orda qışqırsa ağlasada durmağa taqətim olmazdı,hətta bir dəfə körpəm o qədər ağlamışdı gözlərim qapalıdı qızdırmam var bütün bədənim su içində hiss edirəm kimsə ağlıyır amma gözlərim açılmır yoldaşım körpənin ağlamasını eşidib götürüb qucağına gəlib mənə baxır görür səsə ayılmıram nə qədər məni durğuzdurmaya çalışsada xeyri yox sanıb ki,yəqin ölmüşəm))Adımı çağırır, sonda yanaqlarıma ayıltmaq üçün şillə yediyimdə ayıldım)Özü belə qorxmuşdu məni elə gördüyündə oda öz valdeynlərinə qorxu duası verdi yazdırmağa amma mən inanmırdım ,buda başıma bəla oldu,gərək edilən duaya inanasan şühbə etsən onun xeyri olmur bu zamana qədər gördüklərim qorxulu olsada mənim üçün amma sonuncu dəfə gördüyüm hamsından betər idi.Yenə gecə gözümü yumdum birdə gördüm giriblər yoldaşımın bədəninə mənimlə danışırlar bədənimdəki ağrı bir yana sümüklərimin ağrısını belə hiss edirdim barmaqlarımın ucuna qədər sümüklərim sızıldayırdı ağrıdan (indi sizə yazdıqca gözümün önündə canlanır olanlar)gözlərinin rəngi qıpqırmızı özləri isə yoldaşımın bədənində,yada qara kölgəli bədənləri var, mən bunları görüb səsim yenə batdığını hiss etdim, ancaq var gücümlə qışqırmağa çalışıram Axır səsimi çıxarda bildim qayıdıb onlara (Allah sizə lənət eləsin)və bu sözümlə bərabər (Bismillahi Rəhmanı Rəhim )dedim,mənim Allah sizə lənət eləsin sözüm onları dəli etdi başladı qışqırmalara öz gözlərini mənim gözlərimə yaxınlaşdırıb mənə deyirdilər ,sən bizə lənət oxuyursan-sən bizə lənət oxuyursan dediklərində yoldaşımın bədənindən bir bir çıxıb mənim bədənimə girib çıxırdılar biridə boğmağa çalışırdı,nəfəsim gəlmirdi boğulurdum, sümüklərimin ağrısına dözə bilmirdim gözümü açada bilmirdim açmaq istədədikdə onlar dahada çoxalırdı sayları,mən yenədə sözümdən əl çəkmirdim Lənət oxuyurdum,Allahın adını çəkirdim ,Allahımın adını çəkdiyim an gözlərimi açdım sanki başımdan tutmuş ayaqlarıma qədər bir qara bulud çıxıb getdi başladım titrəməyə yapışdım yoldaşıma ondan qorxsamda yatdığını görüb getdiklərini bildim oda mənim əhvalımdan başa düşdü nə olduğunu su gətirdi qorxma deyə sözlər dedi ,nə qorxma o qədər hadisələrdən sonra qorxmamaqmı olar? yenə valdeynlərimə zəng edib gecə başıma gələnləri danışdım mollanın dediyinə görə edilən duaya şək etməsin inansın inansa düzələr ,inandım düzəldim ondan sonra.Bunuda yazım sonuncunu yazdığımı çıxsaq onlar əvvəllər yuxularımda məni narahat etsələrdə ziyan verməzdilər sadəcə mən onlardan qorxardım bir dəfə yuxu yozmalara baxdım gördüklərim ilə əlaqədər, yazmışdılar şeytanlardan qorxmayan kafirdir Allahın nəhlətdiyi insanlardı,o qədər nəhlət oxumuşdum onlara sonunda məni boğmağa çalışırdılar.Ola bilsin sizə qəribə gəlsin yazıdıqlarım belə hadisələri çox zaman ya filmlərdə yada hekayələrdə oxuyuruq demək realda belə var məndə əvvəllər inanmazdım hekayələrdə oxuduğum zamanlar, başıma gəldiyi üçün artıq inanıram.
Birinidə yazım bu dəfə isə ikinci övladım olandan sonra oldu,ikinci oğlum iki aylıq idi getdim Azərbaycana bir müddət hər şey yaxşı idi yəni ilk övladımda olduğu kimi hadisələr olmadı)Bir dəfə balaca oğlum gecə saat üç -dörd radələri olardı ağladı yemək üçün getdim mətbəxə(qaynanamın evində idim rayon yerində özüdə)yeməyini hazırlamağa getdiyimdə otağımda böyük oğlumun məni çağırmasını eşitdim əməlli başlı uşaq mama mama deyə məni çağırırdı əlimdə butulka qayıtdım otağa nədi oğlum deyirdim ki,birdə gördüm Oğlum yatıb bu zaman işin nə yerdə olduğunu anlayıb tez uşağın yeməyini hazırladım ,sonra qaça-qaça gəldim otağıma üstümü örtdüm başımıda saldım adyala o istidə, yatmağa çalışdım))
Belə qızlar məndən bu qədər inşallah oxumaqdan həm yorulmasız həmdə qorxmasız)Allah bizləri şeytanın şərindən bəlasından uzaq eləsin.Amin.
(səs: 1)
Şərhlər: 17
Baxılıb: 3 151
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri