Mənim son zəng xatirəm - Baby Baku (27)

Müəllif: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 2 056
Səs ver:
(səs: 3)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə Baby Baku xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

İlk öncə mənə yer verdiyiniz üçün təşəkkürlər. Keçək əsəs məsələyə. Mənim son zəngim çox maraqlı keçib. Mən məktəbdə ilk əlaçı idim. 11-lərdə hamısı 5 idi. Hələ medalımı verməmişdilər, hələki tərifnamə idi. Son zəng başladı. İlk öncə mən getdim. Sonra medalımı verdilər. Daha sonra o biri uşaqlar da gəldilər. Müəlliməm də qarşılarında bir-bir gəldilər. Çox duyğulandım. Müəlliməm də ağladı mən də. Qucaqlaşdıq müəlliməmlə. Sonra "Bəlkə də" Son zəng mahnısını və "Səhər-səhər açılanada pəncərə" Son zəng versiyasını oxuduq. Başqa uşaqlar da ayrı mahnı. Vinetkaları verdilər, sonra oynadıq. Son zəngin axırı ən duyğulu yer. Birincilər gəlir əlində zınqırov. Bizə gül verdilər. :20: Biz də onlara mişqa :02: Hamı ağladı, sonra getdik uşaqların evlərinə. :128: Gəzdik sonra getdik sabahısı gəzintiyə. Maraqlı oldu. İndi 23 uşaqdan 18-i ilə əlaqəm var. Qızların hamısı, oğlanların 4-ü ilə.
Belə mənim son zəngim çooooox maraqlı keçib. Hamıya belə son zəng keçirməyi arzulayıram. Lahiyədə yer verdiyinizə görə bir daha təşəkkür edirəm.


Usərimizə universitet həyatında uğurlar arzu edirəm. İnşallah oranı da əla nəticə ilə bitirəsiniz. Təşəkkürlər.

P.S: Xanımlar burda yeni olduğum üçün kim məktəbi bitirib və son zəngi olub bilmirəm. Lahiyədə iştirak etmək istəyən zəhmət olmasa mənə müraciət etsin.
(səs: 3)
Şərhlər: 7
Baxılıb: 2 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri