Mənim Son zəng xatirəm - Seh damlasi (29)

Müəllif: Fi-Ra
Şərhlər: 9
Baxılıb: 2 272
Səs ver:
(səs: 3)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız Seh damlasi xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

Salam saytımızın şirin-şəkər qızları. :03: İlk öncə mənə bu lahiyədə yer verdiyiniz üçün təşəkkür edirəm. :07: Keçək indi əsas məsələyə. Danışım sizə o unudulmaz gecəmi.
2015.4.16 həyatımın ən unudulmaz, həm kədərli həm sevincli günü olmuşdu. :128: Belə ki, səhər tezdən oyandım, anamla birlikdə (oxuyub bitirdiyim) salona getdim bəzənmək üçün. Saçımı hörgü istəyirdim lakin sinif qızlarımız hamısı at quyruğu model yığdırdılar. Mən başqa model istəyəndə qızlar küsdü. Məcbur mən də at quyruğu yığdırdım. :126: Sinifdə ən gözəl mən olmuşdum. Lakin son zəngdən əvvəl uğursuzluqlar olmuşdu. İstədiyim paltarı tapa bilmədim. Aldığımda ana seçimi olduğu üçün ürəyimə yatmadı. Nə isə salondan evə getdim, qara yubka ağ köynək (qalstuk tapa bilmədim) geydim. Mişkamı da götürdüm getdim məktəbə. Biraz gecikmişdim. Getdim gördüm hamı oturub şəkil çəkdirir. Pis oldum gecikdiyim üçün. Nə isə, oturduq şəkil çəkdirdik. Qızlarla söhbət etdik və nəhayət zala daxil olma vaxtı gəldi. Düzülmüşdük zala daxil olanda hər kəs orada idi. Valideynlər, müəllimlərimiz, uşaqlar və hamısı bizi seyr etmək üçün orada idi. Çox həyəcanlanmışdım. Himni, şeir, mahnılar söylədik, oynadıq. Sonra uşaqlar gəldi. Mən ona kukla, o isə mənə gül və hədiyyə verdi. Artıq ağlamağa başlamışdıq qızlarla. Tortumuzu da kəsdik. Hər kəs dağılışmışdı, biz yenə oynuyurduq. :02: Evə getmək istəmirdik. Ağlamaqdan gözlərimiz qızarmışdı. Məktəbi, müəllimlərimi, sinif yoldaşlarımı, başqa sinifin qızlarını da çox sevirdim. Onlardan ayrılmaq istəmirdim.
Belə qızlar bu da mənim soz zəng hekayəm. :08: Hər kəsə məktəbdə uğurlar arzu edirəm.

Userimizə həyatında uğurlar və xoşbəxtliklər arzu edirəm. Təşəkkürlər.
(səs: 3)
Şərhlər: 9
Baxılıb: 2 272
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri