Mənim Son zəng xatirəm - Savior angel (30)

Müəllif: Fi-Ra
Şərhlər: 7
Baxılıb: 2 504
Səs ver:
(səs: 4)
Salam saytımızın şirin-şəkər xanımları. İlk lahiyəmlə qarşınızdayam. Bir vaxtlar aliceWOnDer nikli xanımın təqdim elədiyi lahiyəni, Admin bəyin və lahiyənin əvvəlki rəhbəri aliceWOnDer xanımın icazəsi ilə mən davam etdirirəm.
Hər birimizin həyatında şirin, acı, yaxşı, pis hadisələr baş verir. Elələri olur ki, arasında hətta ömür boyu unudulmur. Belə hadisələrdən biri də Son zəngdir. Məktəbin qayğısız, duyğulu, şirin illərini arxada qoyuruq həmin gün. Həmin xoş günü bizimlə bölüşməyiniz də xoş olar. Bügunkü qonağımız isə yeni məzun adını qazanmış Savior angel xanımdır. Buyurun userimizin xatirəsi ilə tanış olaq.

İlk öncə istəyimi qəbul etdiyiniz üçün sizə təşəkkür edirəm :20: Saytımızın bütün xanımlarını salamlayıram. Lahiyəni çox bəyəndim. Ən gözəl günlərdən birini əks etdirir. Sözü çox uzatmayım keçim Son zəng xatirəmə. Deməli 14.06.2016- ci il - bu tarix mənim yaddaşımdan heç vaxt silinməz. Həm sevincli, həm də kədərli günüm idi. Çünki, 11 il hər gün gedib-gəldiyim bu məktəbə bir daha gəlməyəcəkdim. Bir zamanlar sahiblənərək hər sinifinə rahatlıqla girib, bura mənim məktəbimdi dediyimiz o anlar geridə qalmışdı. Sadəcə olaraq qonaq kimi gələ bilərdik bu məktəbə artıq. Nə gözəl günlərimiz keçdi, necə çətin günlərdən keçdik və nəhayət 11 ilin sonuna gəldik. Ayrılıq çətindir. Anlayanda ki, sərbəst həyata atılırıq, bizi daha nələrin gözlədiyindən xəbərsizik insan biraz qəribə olur. Bu günə həm sevinclə, həm kədərlə hazırlaşdıq. May ayının sonlarına doğru Son zəng hazırlıqları başladı. Hər sinif həyəcan içərisində idi. Rəqslər hazırladıq, mahnılar səhnəciklər. Bir sözlə Son zəngimizi unudulmaz etmək istəyirdik. Elə də oldu.13 iyun sinifi bəzədik. Bütün hər yan şarlarla dolu idi. Divarlara xatirə olaraq məktəb illərindəki şəkillərimizi asdıq. Lövhəmizə əvvəlcədən düzəltdiyim gözəl rəngli lentlərlə bəzədilmiş adlarımızı yapışdırdıq. Demək olar ki, ən gözəl bizim sinif idi. Və nəhayət o gün gəldi yetişdi. 14 iyun - biz o biri siniflərdən fərqli olaraq ağ-qara geyinmişdik. Qızlar klyoş qara yubkada idi. Çox fikirləşdik rəngi amma bir qərar ala bilmədik. Nəhayət ən səliqəli məktəbli geyimi kimi ağ-qaranı götürdük. Çox gözəl görünürdük. Məktəbimiz əvvəlcədən təşkilat tərəfindən bəzəzdilmişdi. 11 A sinifi olduğumuz üçün ilk öncə biz çıxmalı idik. Nəzi qızlarımız bilir ki, mənim sevgilim ( böyüklərdən üzr istəyirəm) öz sinif yoldaşımdır. Artıq 3 ildir ki, biz bu məsuliyyəti birgə çəkirik. Yəni bəzi yalan, saxta sevgilərdən deyil. Bəzən olur deyirlər məktəb sevgisi yalan olur falan amma sadiq qalsan sevginə elə deyil. Sonu əbədi məhəbbətdir. Hə harda qalmışdıq?) Birinci partada bir otururduq deyə öndə də biz çıxacaqdıq. Əlimizdə bayraq və şarlarla əl-ələ bütün sinif Son zəng mahnısı sədaları altında çıxdıq. Hər kəsin bizlərə baxması, valideynlərin baxışı, sevinc göz yaşları bizi həm həyəcanlandırırdı, həm də qürurlandırırdı. Beləliklə bütün siniflər çıxdı. Direktorumuz Məzunları təbrik etdi, fəxri fərmanlar verdi. Onların içində mən də vardım :08: İlin ən davamiyyətli və dərsdə fəal şagirdi kimi fəxri fərman aldım. Eləcə də sevgilim ilin məsuliyyətli və dərsə davamiyyətli fəxri fərmanını. Demək olar ən çox fəxri fərman bizim sinifdə idi. Həmişəki kimi A sinifi yenə də öndə idi. :02: Çoxlu rəqslərimiz oldu. Vals oynadıq qruplar şəklində əvvəlcədən hazırlaşmışdıq. Bir sözlə hər şey super idi. Səhnəciklərə isə söz ola bilməzdi. Dərs ilinin ən yaddaqalan hadisələrindən bəhs olunurdu. Sonda o qədər oynamışdıq ki, ujey taqətimiz yox idi. Ən gözəl məqamlarımzdan biri də Məzun lentimizi və köynəklərimizi yazdığımız anlar idi. Aləm qarışmışdı, kim-kimi gördü köynək lenti yazırdı :122: Təbii ki, sevgilim onlardan çoxsuna yazdırmağa icazə vermədi :26: Neyniyim paxıldıda :09: Zavuçumuz bizi çox istəyirdi və mənim məzun lentimə gözəl sözlər yazmışdı. Yazdığı bir -iki cümləni sizlə paylaşmaq istərdim - "Canım qızım, hər zaman gözüm üzərində olub. Həmişə səni qorumaq istəmişəm. Amma 11 il ərzində gördüyüm ən tərbiyəli və sözünə sadiq qız oldun. Gələcək həyatında bol-bol uğurlar". Sevgilimə yazdığı sözlər isə məni çox təsirləndirmişdi. Birlikdə olduğumuzu bilirdi. Söhbəti biləndə bizi yanına çağırmışdı, amma qarşılığında elə cavablar almışdı ki, o gündən bu günə bizi hər zaman qoruyurdu. Köynəyinə belə bir cümlə yazmışdı - "Gənc yaşında çiyinlərinə götürdüyün ağır yüklə, məsuliyyətlə daim mənim diqqətimdə olmusan. Verdiyin sözlər, danışığın məni çox fəxrləndirdi. Şad günlərdə yanınızda olmağı çox istərdim" Belə gözəl müəllimi kim istəməz ki, hə?! O bizə həm də ana idi. Allah onu bizlərə çox görməsin. Həqiqətən çox gözəl sözlərə layiq bir müəllimdir. Bir sözlə məktəb illəri mənim üçün unudulmaz illərdi. Həm gözəl xatirələri, həm pis anları ilə yaddaşımızda silinməz illər buraxıb. Bu illərin qədrini zamanında bilmədiyim üçün çox peşmanam. Bəzi səhvlərim oldu, ancaq uşaqlıq deyim keçmək gəlir əlimdən sadəcə. Başalayan son zəngimizin davamı şəhərdə oldu. Sonuncu zəng ilə məktəbə Əlvida dedik. Çox ağlamışdıq çünki, hər gün gütdiyim o yolları bir də getməyəcəkdim. Müəllimlərimdən, sinif yoldaşlarımdan əsasən parta yoldaşım, canım mənim, həm məktəb həm də həyat yoldaşları ilə dəstək olan sevdiyim insanı hər gün istədiyim vaxt görə bilməyəcəkdim. Amma onu da deyim ki məktəbin qurtarmağı bizim üçün daha gözəl günlərin başlanğıcı idi. Azad həyata atılırdıq. Şəhərdə Macdonalsda oturduq, yedik, içdik. Restoran özümüz tutmamışdıq. Həm təmiz havada axşama qədər bir yerdə gəzməyin yerin heç nə vermire. Axırda orda mahnı təşkil etdik. Elə məktəbli formasında idik. O qədər oynadıqş dedik-güldük ki, hər kəsin marağına səbəb olmuşduq. Hətda videoya belə çəkirdilər. İlin ən çılğın Məzunları idik. O gün birgə bütün şəhəri gəzdik, şəkillər çəkdirdik. Həyat bizə çox gözəl idi. O gün elə bil heç ayrılmayacaqmış kimi idik. Amma neynəmək olar ki, əlimizdə deyil. Bəlkə də illər sonra bəzilərimizi heç görməyəcəkdik. Amma əsas olan yaşadığımız gözəl xatirələrin yaddaşımızdan silinməməsi idi. Və sonda gələcək məzunlarımıza demək istəyirəm ki, imdidən o illərin qədrini bilin. Hər saniyəsinin dəyərini bilin. O günlər həlib çatanda insan çox şeylər dərk edir. Bəlkə bir neçə il sonra xoş günlərimizdə görüşərik, yenə həmişəki kimi bir toplaşarıq, amma əsas olan yaxın bildiklərinizlə əlaqəni kəsməyin. Nə də olsa 11 ilin tanışlığını heç nə əvəz edə bilməz. Dəyərli vaztınızı ayırıb oxuduğunuz üçün gözləriniz var olsun :heart: :20: :123:

Usərimizə həyatında uğurlar arzu edirəm. Qatıldığı üçün təşəkkürlər.
(səs: 4)
Şərhlər: 7
Baxılıb: 2 504
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri