Mənim toy günüm - qonaqa

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 5 962
Səs ver:
(səs: 1)
:toy: ..Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın qonaqa-dı..bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq

Mənim toy günüm - qonaqa

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
İlk öncə hər kəsə salam..biz Elvinin dədəsigilnən qonşu idik. onlar Moskovoda qalırdılar hər yayda gəlirdilər, bu da məni düz mən 8-ci sinifdə oxuyanda sevirmiş. toylarda mənim qabağımda qalır xalası qızına deyib ki, ona de onu çox sevirəm, mən də bunu istəyirdim dedim bilmirəm. sonra 3 il məni sevdi. yəni sevdik bir-birimizi

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Sözün düzü mənə elçi gəldikdən sonra görüşə getdik. dəniz qırağında oturduq, söhbət etdik ikimiz də utancaq idik. Orda ilk dəfə əlimizi tutduq gəzirdik. birdən havayı fişənglər partladı diz çökdü mənə "Həyatımın sonuna qədər mənimlə olacağına söz verirsənmi, yəni mənimlə evlənərsənmi" dedi. mən də qışqıraraq "son nəfəsizmə qədər həəəə" dedim üzüyü taxıb qucaqladı məni, ikimiz də qışqırırdıq sevinir ki belə olmuşdu

3. Neçə müddət nişanlı qaldınız?
6 ay nişanlı qaldıq

4. Toy hazırlıqları necə irəlilədi?
Toy hazılıqları cox yaxşı irəlilədi, amma mən bir az zorlandım imtahanıma da hazırlaşırdım

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
düz 1 ay qabaq başladıq, yetərli qədər zamanımız var idi. gəlinliyimi seçmişdim. müğənnilər video foto hər çey hazır idi

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Gəlinlik seçimim çox maraqlı idi. Bəlkə ona yaxın gəlinlik geydim, onları bezdirirdim, amma istədiyimi tapdım

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
bəli getdik

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
mənim toyum həyətimizdə oldu.Həyat yoldaşımın toyu restaranda oldu. biz ikimiz seçdik restaranı

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
mənim toy şəkillərim elə fotoçəkən idi. onun toyu restaranın idi.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
xeyr əslində mənim toyumda saçımı düzəltdirib lənkəranda dənizi qırağında, sonra istisuda çəkdiridik, fotoçəkəni də özümüzlə apardıq. onun toyunda isə restornada həyətdə zadda çəkdik

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
əlbəttə çox bəyənərək aldım. hətta məndədi. mənim toyumdaki moloko rəngdə idi oğlan toyundakı bəyaz idi. çox bəyəndim ikisini də

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
oyyy mən də tam 3 gün 3-cu gündə bəyəndim

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
əlbəttə, ikimizin qərarı ilə

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
bəli seçmişdim....

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
təbii ki də əgər olmasaydı var ee.... ürəyimcə oldu ikisi də

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Bizdə də elə bir adət ənənə var. onun kostyumu cox gözəl idi. onu da ikimiz seçdik.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
son nəfəsimə qədər unutmaram. qız toyu 10.07.2016 İkimizin toyu yəni həm qız həm oğlan toyu 13.07.2016

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
oldu salonda yerləri silirdilər ayağım sürüşüb düşdüm yerə

19. Toy günü unutduğunuz bir şey oldumu?
xeyr olmadı hər şey istədiyimiz kimi oldu.

20 Toyunuzun ən gözəl anı nə idi?
Bir-birimizə (hə) deməyimiz biz oğlan toyunda zaks olunduq. toyumun bütün anı gözəl idi. rəqsimiz tort kəsməyimiz. hər şey bir də həyat yoldaşım toyda mənə mahnı oxudu. o an mənim üçün çox gözəl idi

21. İlk rəqs parçanız hansı idi?
Mustafa Ceceli Hastalıkta

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Onun mənə mahnı oxuması mikrafonla səni ömür boyu sevəcəyimə söz verirəm deməsi toy bitdikden sonra restarandan çıxandan sonra yerdə ikimizin adı yazılmışdı yenə qışqırdı (səni sevirəm) mən də dedim (mən də səni sevirəm) gəlinliklə gəldik ilk görüş yerimizə hamı bizə baxırdı yenə dedi (səni sevirem həyatımın qadını) hamı bizə baxırdı o anları heç unuda bilmirəm

23. Bir tərslik yaşandımı toy günü?
xeyr yaşanmadı çox şükür

24.Ən çox nə vaxt həyəcanlandınız?
hər an,her saat her deqiqe,her saniye heyecanli idim

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
xeyr edilməmişdi

26. Bal ayınızı harada keçirdiniz?
vəəəə o gözəl yerdə Parisdə. biz Türkiyədə keçirmək istədik. amma qaynanam icazə vermədi. Qaynımgil Türkiyədə keçirmişdilər. Paris çox gızəldi qızlar

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
bu günlə tam 20 gün

28. Qadınlar.biz-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Sevin qisqanc olmayın ya da olun sevən qısqanar amma az sevdiyiniz insana hər gün onu sevdiyini söyləyin. belə Turkan baci sənə təşəküur edirəm çox sağ ol Allah bütün qızları, gəlinləri xoşbext etsin.Amin



Canım mənim, hələ çox gənc olan bu ailənizin uzun ömürlü olmasını, 20 günün 20 il və daha çox olmasını diləyirəm... diləyim sevginiz, məhəbbətiniz, bir birinizə olan hörmətiniz heç bir zaman bitməsin.... inşallah gələn il bir ilinizi qeyd edən zaman qucağında şirin bir körpə olar.... amin... öpürəm canım...
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 5 962
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri