Mənim gercəkləşməyən xəyalım-Düyməcik (6)

Müəllif: Totu
Şərhlər: 12
Baxılıb: 1 793
Səs ver:
(səs: 0)
Salam Qadınlar.biz saytımızın gözəl şirin qızları yeni lahiyəmlə qarşınızdayam.Hər birimiz xəyal qururuq.Yaşımız artıqca xəyallarımız da böyüyür çoxalır ama çoxumuzun bəzi xəyalları həyata keçmir.Ama hərbirimizə xəyallarımıza qovuşmağı arzu edirəm.Bu gün ki qonağım Düyməcik useridir o bu gün gerçəkləşməyən xəyallarını bizimlə paylaşacaq.

Salam qızlar.deməli belə həyatda hər bir arzumuz yada xəyalımız gerçəkləşəcəy deyə mutləq bir şey yoxdu. Düzdü gerçəkləşənidə olur ama bəzisi elə keçmiş bir arzu olaraq qalır. :27: mənimdə ən böyüuk arzum oxumaq idi onu həmşə əl çatmaz zirvə kimi görürdüm və elə əlçatmaz olaraqda qaldı. həkim olmaq istiyirdim :girl_hospital: həmişə diyirdimki həkim olub insanları sağaldacam pul almıyacam olardana,dərman almaga köməy eliyəcəm pulu yetmiyənlərə,kasıblara. Ən əsasıda anamı ölməyə qoymuyacam. ikinci xəyalımsa məlimlik olub, :128: riyaziyyat məlimliyi. buda olmadı,öz səfehliyim ucbatından :dash_mini: bunuda əlimdən uçurdum,nəysə qismət buymuş demək. bir arzumda var idi kimlərəsə köməy eləmək,istiyirdim kasıb ailələrə ərzaq köməyi eliyim,hətda planınıda qururdum beynimdə,ərzagı alib aparım qapılarına qoyum sorada qapını döyüb gedim məni görməsinlər,özlərini pis hiss eləməsinlər utanmasınlar deyə,bu arzum,istəyim hələdə ağlımdadı. istiyirəm bunu mən eliyə bilməsəmdə əyər,oğlum böyüyüb bunu reallaşdırsın. hər dəfə namaz qılanda da Allahdan bunu diləyirəm ki bu arzumu balam gerçəkləşdirsin.həmdə bir günlük yox Ömrü yetib,gücü çatıncaya qədər. :melek: Belə gözəl bacılarım dilərəmki hər biriniz öz arzu xəyalınızı gerçək eləməyi bacarasız,Allah heç birinizin ürəyində gerçəkləşməmiş arzu qoymasın (təbiiki bu arzunun gerçəkləşməyi sizinçün xeyirlidisə). bu diləyim sənədə aiddi mədinə bacım(adını səf dedimsə bağışla) və mənidə dəvt etdiyinçün çox sağ ol,lahiyələrin çoxlu və uğurlu olsun. :03: :02:
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 1 793
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri