2016-cı il mənimçün necə keçib(7)

Müəllif: duymecik
Şərhlər: 9
Baxılıb: 1 555
Səs ver:
(səs: 0)
Salam qızlar 2016-cı il mənimçün necə keçib adlı layihəmin bu günkü qonaqları NURANƏ və arzum-aysum bacılarımızdı. buyurun bacılarımızın bu illə bağlı müsahibələrini oxuyun

NURANƏ
hamınızı salamlayram canlarım mənə laihədə yer verdiyi üçün çox sağol Nərmin bacı deməli 2016 Necə keçib mənimçün yeni ilə çooox Yaxsı bawlamwdıq deyib gülə-gülə sora isə Neçə ay keçmiwdi ujey xəbər gəldi ki baban rəhmətə gedib elə pis oldum(((( nə isə Neçə aylar keçdi sora Cox Yaxsi şeyler oldu )))) demeli hem Yaxsi hem pis bircni pis oldu sora ise))))) inşaallah 2017 hamı üçün uğurlu düşərli il olar Amin məndən bu qədər twk.

arzum-aysum
Qızlarrrrr, 2016ya vida eləməmişdən sizlərlə görüşə bildiyim üçün çoxxx sevinirəm. Bacıma layihəsində mənə də yer verdiyi üçün təşəkkür edib, əvvəlcə mövzudan kənara çıxıb sizlərə bir şey demək istəyirəm. Bu il bayram üçün çoxxx gözəl planlarım var idi. Maraqlı xəbərlər və layihələr hazırlayacaqdım guya. Amma yağan qar bütün planlarımı alt üst elədi. Wi fi xarab olub, qar buz ərimir ki, gəlib düzəltsinlər. İnşallah yeni ildə yeni xəbərlərlə görüşünüzə gələ biləcəm. Mövzudan çox uzaqlaşdım deyəsən. Bacımdan üzr istəyərək keçim əsas məsələyə.
Deməli, 2016 mənim üçün super keçdi deyə bilməyəcəm. Çünki bu mümkünsüzdür. Xeyir və şər qardaş olduğu üçün, həyatımız da gözəl günlər də olur, kədərli günlər də. Biz istəməsək də, həyat bəzən sevdiklərimizi bizdən alır, gözəl şeylərə ümid etdiyimiz bir vaxtda tam əksi xoşagəlməz bir hadisə yaşadır bizlərə. Amma indi mən bədbin və xoşagəlməz hadisələri yadıma salıb nə öz kefimi, nə də sizlərin kefini pozmayacam. Sizlərə 2016nın həyatımda qoyduğu gözəl izlərdən danışacam. Hansı ki, ömrümün sonuna qədər hər yadıma düşdüyündə 2016nın mənim üçün unudulmaz bir il olduğunu xatırladacaqlar.
İlk öncə onu deyim ki, bacım iki il idi ki, ailə qurmuşdu, amma övladı olmurdu. Bu sevinci Tanrım bizə 2016da yaşatdı. Bizə şippp şirinnn, qapppp qara bir qız hədiyyə etdi. Bunun üçün çoxxx amma çoxxxx sevimcliyəm. İnşallah uca Rəbbim bu sevinci övlad həsrətində olan hər kəsə yaşadar. Bizim kimi onları da sevindirər.
İkinci isə, burda məni yaxından və uzaqdan tanıyan qızlar bilirlər ki, ən böyük arzum balalarımla, bidənəmlə xoşbəxt ola biləcəyim sevgi dolu evimin olmasıdır. Bunun həsrətini mən 6 ildir çəkirəm. Ümidlə və səbrlə... Tanrıma sonsuz şükürlər olsun ki, səbrimin və həsrətimin qarşılığı olaraq, heççç gözləmədiyim və ümidimi kəsdiyim bir vaxtda məni sevindirdi. Məhz 2016da həyatımın ən böyük xoşbəxtliklərindən birini yaşatdı mənə. Düzdü hələ evimə keçməmişəm, amma İnşallah Allahın köməyi ilə yayda saytımız üçün xəbərləri öz evimdən hazırlayacağam. Belə qızlar, bu il mənim üçün yadda qalan və yaxşı keçdi. Ümid edirəm ki, gələn 2017ci il də belə gözəl və unudulmaz olar.
Sizlərə də, gələn yeni ilin həsrətində olduğunuz arzuların müjdəçisi olmasını diləyirəm. Və ümid edirəm ki, gələn ilin sonunda sizlər də bax beləcə, 2017 mənim üçün gözəl keçdi deyə biləcəksiniz. Amin. Yetər ki, uca Allahdan ümidinizi üzməyin, əlinizi onun ətəyindən çəkməyin. Hər zaman səbr edin, və əl açıb dua edin. İnanın ki, göylərə ucalan dualarınız bir gün həyatınızın ən böyük xoşbəxtliyi olaraq ovuclarınıza qayıdacaq. Nur olub ömrünüzə çilənəcək. Öpürəm sizləri.... Allaha əmanət olun...

Qızlara layihəmə qatıldıqları üçün təşəkkür eliyirəm :01: təzə ildə xoşbəxtliklər arzuluyuram
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 1 555
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri