Mən və O - Tomris Müslümova ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 21
Baxılıb: 3 227
Səs ver:
(səs: 0)
Salam saytımızın gözəl xanımları,08 uzun zamandı dayandırdığım lahiyəmə yenidən davam etdirirəm demək istərdim,çox təəsüf deyə bilməyəcəm) vaxt məhdudluğumdan lahiyəni davam etdirə bilməyim çətin məsələdi, əyər hər unsure eyni suallar vermiş olsaydım təbii asand olacaqdı, amma mənim bu yarışmamı fərqli edəndə hər iştirakçıya eyni sualların olmamasıdı,indi bilirəm deyəcəksiz bəs bu nə işdi çıxartdın meydana, ünsurlər arasında ayrı seçkilik edirsən deyə fikirlər yarana bilər, amma əsla bu müsahibənin məsələsi düz 2016-ci illə əlaqədərdi))Mən özüm Tomris Müslümova 'ya müraciət etmişdim yarışmada iştirak etməsi üçün, hətta söz vermişdim müsahibəni götürəcəyimə, üstündən bir il keçdi 2017—ci ildə sualları təqdim etmək qismət oldu)) Gecdə olsa müsahibə götürmək mən müəllifə xoş oldu, Buyurun qızlar bu gün sizə Tomris Müslümova ilə müsahibəmi sizə təqdim edirəm.


1.Salam olsun saytımızın Tomris xanımına. Özünüzü saytımıza təqdim etməyinizi istəsəm necə edərsiz?)


-Aleykum salam.Adım qeyri-adi və yadda qalan bir ad olduğuna görə sadəcə Tomris yazacam.

2.Oxuyursunuzmu yoxsa bitiribsinizmi,əyər oxuyursunuzsa hansı universitetdə nə üzrə təhsil aldığınızı qeyd etməyinizi istərdim?və bununla bərabər oxumaqla insan nələrə nail olur bir neçə məsləhət verməyinizi.Səbəb az yaşlı qızlarımızın (Oxumağın ,savadlı olmanın nə qədər önəmli olduğunu bilib daha da bu sahəyə diqqətini yönəltsinlər)


-Kiyev Avropa Universitetinin İqtisatiyyat fakultəsinin 4. kurs tələbəsiyəm.Maliyyə-kredit ixtisasi üzrə təhsil alıram.
Əlimdə səlahiyyət olsaydı oxumaq istəmiyən şagirdlərə zamanında oxumuyan və onun peşimançılığını yaşayan insanlarla,zamanında ağlını başına top edib,gecəsini-gündüzünə qatıbda oxuyan insanlar arasında fərqi,nəticələri göstərmək üçün bir çarx hazırlayardım.Saatlarla onlarla həm söhbət olub oxumaqları üçün əlimnən gələni edərdim.Təhsil hər şeyin ən başında gəlir.Oxumağın insana bir ziyanı yoxdu.Şərt o deyil qırmızı rəngdə əlində bir kağız parçası olsun.O qədər qırmızı diplomla ali məktəbi bitirib çöldə avara gəzən adamlar var ki.Şərt odur ki,gələcəyini təmin edə biləcəyin bir peşən,bir sənətin olsun!

3.Keçmiş zamanda oğul anaları oğullarını evləndirmək arzusuna düşdükdə qadınlar hamamına üz tutardılar özləri bəyənib (ay oğul belə qız var bir gör bax necədi deyə gah deyimlər, gahda əllərində foto olardı)))İndiki zamanda isə nə qadınlar hamamı qaldı,nədə anaların bəyənibdə oğullarına "buna al"verən məsləhətləri,əksinə oğullar birini görüb bir neçə aylıq sevgi yaşayırlar ,evliliyi düşündükdə valdeynlərinə artıq bu barədə məlumat verməyə başlayırlar,bəzən oğlan tərəfi narazı olur,bəzəndə qız tərəfi)Valdeynləri narazı salan səbəblər sizcə nələrdir?Kimin qız seçimi düzgün olur desəm hansını uyğun görüb düzgün qərar verən budu(Valdeynlər yoxsa oğlan) deyə yazardız?

-İlk çəkdiyiniz misalı mən həmişə eşidəndə çox gülürəm.Əslində gülməli olduğu üçün gülmürəm aa əsəbləşdiyim üçün gülürəm.Çox yersiz bir adət olub məncə.Niyə məhz hamam? Niyə toy-düyün yoxda,niyə qonum-qonşuda görmək yoxda məhz hamam? :) Nəisə bu məsələyə çox girmiyim yoxsa çox uzadacam...Zaman keçdikcə insanın baxış açısı dəyişir,başqa mühitə düşdükcə fikirləri daha başqa səmtə doğru formalaşmağa başlayır.Ona görədə artıq gənclər keçmişin adət-ənənələrini qəbul etməməyə başlayıblar.Ana bəyənəndə nə olar? Ancaq ailəni quran övladdırsa onun fikri,etirazları nəzərə alınmalıdır.Ailə qurmaq palçıqdan ev tikmək deyil ki,bəyənmədin dağıt təzədən düzəlt.Valideyinin də məsləhəti olmalıdır,ailəni quracaq fərdində.Məsləhətli don gen olar.Ananı-atanı tapdıyıb gedib evlənməkdə olmaz,başını aşağı salıb onlar kimi al desələr onu gedib almaqda olmaz.Hər iki tərəfin razılığı mütləqdir.Oki qaldı valideynlərin narazı olduğu səbəb-bəzən icəşir valideynlər ki,səni bu yaşa kimi böyütmüşəm,mən kimi desəm odu! Öz prinsiplərini yeritmək istəyirlər ancaq çox yalnış bir düşüncədir.Çox..! (Daha çox dərinliyə getsəm özümnən yazmağa başlıyacam sonrada klavyaturanı əlimnən heç kəs ala bilmiyəcək 23 )

4.Bir gün Vətənimdə oğlanlarım ilə gəzərkən bir az yaşlı qız qarşımı kəsdi(az yaşlı dedikdə ən azı 13-14 yaşı olardı)Salamlaşdıqdan sonra diləndi yəni başladı özünü yazıqlığa qoyub atam xəstədi pula ehtiyacım var dedi ,üzərinə baxdıqda heçdə dilənçiyə oxşar bir görünüşdə deyildi, qarşılığında cavabım mənimdə pula ehtiyacım var dedim))Heçdə elə birinə bənzəmirsən deyib birdə tərs tərs baxıb getdi ,inanın dilinin altında da söyürdü, bir borcluda çıxartdı))Belələri az deyil şəhərimizdə kimiləri yerdə oturub dilənir balaca körpəsi ilə birgə,kimiləri isə hər kəsin qarşısını tutub dilənir.Nədi bunları bu həddə çatdıran səbəb?Bu işi sevməkləridirmi ya imkansızlıqdırmı?

-Söyüb? shok Buda Azərbaycan dilində "xoş gəlmisiniz" deməkdir :)))
Nigar bacı yalnız valideynlərinin təhriki sayəsində o işi görürlər.Çünki gözlərini açıb özlərini analarının belinə bağlanmış vəziyyətdə dilənən görürlər və onlarda bu "peşəni" davam etdirirlər.Yevlaxda qaraçılar məhəlləsi var evlərinə baxsanız hamısı eyni formada tikilmiş evlərdir və heçdə deməzsiniz ki burda dilənçilər yaşayır...Yalnız və yalnız qannan gələn adətdir ki,bu adəti nə yolla olursa olsun davam etdirirlər.

5.Deyirəm Tomris xanım))
Ey dünya sən nə qəribəsən
Kimi düz ,kimi səhf bilməyəcəksən
Yaxşılıq etginən səninlə olsun
Yatdığın yerində ruhun şad olsun.
Öz qələmimdən yazılmış şe'rimdi:),mənə görə hər bir cümləsində dərin məna var.Bu dünyada əlbətt hər kəs özünü tam olmasada günahsız hesab edən insanlar var,hər kəs kimi arzuladığımız məkan(cənnətdə)yer almağımızdı.Amma bu şe'irdə qəribə olduğu həyat deyil insanlarımızdı,bilərəkdən pislik edən insanlarımız.Onları buna vadar edən səbəblər nələrdir ?Elələrinin iç üzünü görmək mümkün olması üçün nələr etməliyik bir önəriləriniz varmı?

-Mənim atam hər zaman bizə deyir ki,pislik edənə siz hər zaman yaxşılıq edin.Bacımla qardaşım susub razılıq edəndə mən həmişə etiraz edirdim.Niyə axı? Mənim yaxşılığımla o düzələcəkmi? Ən azından pislikdə etmərəm heç yaxşılıqda etmərəm.Hər zaman deyirəm deyəcəmdə.Mənim kiməsə ziyanım,zərərim,pisliyim olmayıb.Kimsədə mənə pislik etsə onu bağışlamaram və Allaha tapşıraram.Beynimnən heç zaman mənə olan nə yaxşılıq nədəki pislik silinməz.
Bir insanı sevmək nə qədər önəmlidirsə,birini qısqanmaqda bir o qədər önəmlidir.İnsan kimi qısqanırsa deməkki onu özündən artıq görən səbəbləri var.Deməkki nəisə onda çatışmır ki,bir başqasını qısqanır.(İstər insanlığı,istər madiyyatı,istər xarici görünüşü) Pislikdə qısqanclıqdan doğar. Kimisə qısqanacaq,pislik edəcək zamanları varsa o zamanı özlərinin inkişafı üçün sərf etsələr daha məqbul olar.

6."Cadugarlar" hər ilin dəbli trend məkanı'')))dəbdən düşməyən kolleksiya)),gün keçdikcə özlərinə cəlb edən sözləri,uzaqdan görmələri,öncələri bilib xəbər vermələri,haçan harda nə olduqlarını baş tutmasından xəbərdar olmaları,buda azmış kimi edilən duaları çıxartmaları(saydıqca saymaq olar bu səbəbdən artıq onların etdiklərini saymağı dayandırıb suala keçid alıram))"Cadugarlara"inananlar çoxdu ,inanmasam desələrdə ən azı cəmiyyətimizin 90‰ onlara müraciət edərək gələcəyə doğru nələr baş verdiyini öyrənib ürəklərini sakitləşdirməyə çalışırlar(Bu tək bizdə deyil bütün dünyada ilk sıralarda yer olan məkandı)Sizcə insanların hər başı işə düşdüyündə ora qaçmaları nədəndi?Dəyərmi əziyyətlə qazandığları pulu lazımsız yerlərə xərcləməyə?

Baxın indi durub desəmki inanmıram mən falçıya zada,daş atıb başımı tutsam onda səmimiyyətimi itirmiş olaram.Onlara inanmaq,falçılara pənah gətirmək demək deyil.Ancaq düzgün baxan falçılar var.Biz insanlar gələcyə doğru çox can atanıq.Çox tələsirik ki,görəsən filan şey necə olacaq? Ona görədə üz tuturlar falçı yanına.Əmələ filan inanmıram ancaq gələcəklə bağlı deyilənlərə inanıram səmimi desəm.Bir qohumum Rusiyada bir qadına sadəcə adımı yaşımı və ana adımı demişdim bütün arxivimi necə var elədə tökmüşdü ortaya.Və gələcəklə bağlı bir necə sözdə demişdi.(Doğru çıxan fikirləri çox olmuşdu) Şükür ki,nə mən nədə mənim ailəm falçıpərəst deyilik.Allaha təvvəkül etmək həm daha doğrudur,həm günahsız işdir həmdə pulsuzdur! Ətək-ətək bir insana pul tökməyin mənası olmadığını düşünürəm.

7."Şərəfsiz dostla sözləşməkdənsə ,şərəfli düşmənlə üzləş"-sizcədə düşündürücü ,doğru deyilmiş söz deyilmi?Siz mənim bu statusumun üzərinə hansı sözləri əlavə etmək istərdiz?


-Bu həyatda bəzən heçkimə inanmayacaqsan.Bəzən öz evinin içinə belə.Çünki səni ən yaxşı başa düşən elə sənin özünsən.Dostum yoxdur nədə düşmənim.Sadəcə çətin günümdə dayağım olub,yanımda olan insanlar var.Pis günlər yaşadım mən geridə qoyduğum il.Mən onda kimin kim olduğunu gördüm. #ünvanlı

8."Ümid yaraşır bizə ,nə qədər uzaqda olursa olsun,göy üzü köprü qurar ürəylərimizə,ümidə bir silah sıxsada ölüm,Unutmayaq ümidə silah işləməz belə gülüm"-Bəli ümid yuxarıda qeyd etdiyim kimidir,insanlar hər an ,hər dəqiqə bir ümid edərək həyatını yaşayır.Tomris xanımda ümid edib yaşayanlardandır?

-Ümid mənim üçün sadəcə bir məhfum deyil.O mənim üçün Allah Tala tərəfindən adı ilə birgə göndərilən,həyatımın tam mərkəzi hesab etdiyim,ömrümə-günümə işıq salğını zənn etdiyim Ümidin elə özüdür.Bacımın oğlu elə mənim üçün ümiddir.Mənimdə ürəyimdə olan keçmiş istəklər var ki,hələdə ümidim bitməyib ki,bəlkədə nə vaxtsa olacaq deyə yaşayıram.Allah bilir qəlbimi ki,art niyyət,pislik yoxur.Sadəcə Ümid var!

9."Zaman"-bir çox insanların şəfası,bir çoxlarının dəvası,bəzilərinin səbretməyən bəlasıdır,həm fanidir həmdə göy üzündən belə həqiqidir:)Amma bir çoxlarımız bu "zaman" adlandırdığımız vaxtdan düzgün istifadə edə bilmirik.Sizcə zamanı bizimlə birgə bir çoxlarına faydası olacaq tərzdə necə istifadə etsinlər?

-İnsan bəzən xoşbəxt olduğunu anlamır! Həqiqətən belədir.O günləri dəyərləndirmir,bəzən naşükürlük edir,bəzən Allaha üsyan edirik amma şükr etməyi unuduruq.Ki bəlkədə hələ həyatın çətinlikləri qabaqdadır.Zamanında barışaq qəlbini qırdıqlarımızla,zamanına bağışlayaq küsülü olduqlarımızla (bu mənədə aiddir) zamanında yad edək xəstələri,qocaları,qohumları,zamanında əl tutaq kasıblara,nəyəsə möhtac olanlara...

10.Sizdən "zəmanə qızı ilə zəmanəyə aid olmayan qızları"ayırd edib bir neşə misal gətirmənizi istəsəm hansıları qeyd edərsiz?


-Baltalıyım kökünnən?? 23 Eeey vaxt var idi qızlar ərə getmədən qaşlarını almazdı ay Nigar bacı,vaxt var idi qızlarımız gündə bir oğlan dəyişməzdi,vaxt var idi qızlar ər evinə "qız"adı üstündə gedərdi,vaxt var idi qızlar söyüş nədir bilməzdi...Amma indi elə məqamlar olur ki,deyirəm kaş oğlan olaydım qız olmaqdan utanmıyaydım.

11.Neçə il öncə belə bir deyim eşidərdim hər zaman (qızın tərbiyəsini analar,oğulun tərbiyəsini isə atalar verməlidir)heç razı olduğum bir söz deyil.Ailədə tərbiyəni hər iki valdeyn tərəfindən verilməlidir,ata öz hərəkətləri ilə ailədəkilərə örnək olmalıdır,ana isə danışıqları ilə.Siz bu barədə necə düşünürsüz?

-Oğlanı ata qızı ana dünyaya gətirir ki,bəyəm qızı ana oğlanı ata tərbiyə edə??Çox yalnış düşüncədir.Bu övlad hər ikisinnən yaranırsa əziyyətdə hər ikisinə düşməlidir.Ata örnəkdir ailədə,təməldir.Ana isə divarları.Təməl boşdursa divar uçar!

12.Kənardan deyilmiş sözləri önəmsəyənlərdənsiniz ya "Heç kimin fikirləri mənə maraqlı deyil həyat mənim həyatımdır necə istəyərəm elə yaşayaram"sözlərini deyənlərdən?)

-Elə məqamlar var ki,qıraqdakıları nəzərə alıram elə olurki nəzərə almıram.Məsələn mən evdə yayda qısa şortik geyinirəm.Mən o şortiklə çölə çıxsam camaat cəmdəyimə tüpürər.Ona görədə çölə çıxanda adam kimi geyinirəm ki,qıraqdan baxıllar özümü normal aparım.Amma məsələn mən balaca boy,kifir bir oğlan sevirəm.Fikirləşmərəm ki,qonşumuz Nərgiz xala nə deyər? Fikirləşirəm ki,heç kimin işinə qalmıyıb həyat mənim həyatımdır! 01

13.Subay xanımlar evli kişilərə daha çox maraq göstərirlər son zamanlarda.Bunlar nədən irəli gəlir?Kişi qıtlığımıdır Azərbaycanda?


-Çoxu deyir elə qızlar başı boş olur.Amma mən deyirəm ki,başı boş zad deyil.Lapda qəşəy çox bilmişdilər.Ailə dağıtmaq istəyən həşəratlar və elələrinə uyan bax əsil başı boş sözünə layiq olan kişilərdir!

14.Saytda fikirlərini önəmsədiyiniz,hörmət etdiyiniz userler varmı?

-Təbii ki-Fialkanı çox istiyirəm,BARBİ,Miss_Oxatan,Yalnız_Arzu,arzum-aysum bacım,dəli Nəmişim,Asya,Lola_Moya,Siz və.b xətrini istədiyim qızlar çoxdu həqiqətən.Burda çox yaxşı qızlar tanımışam mən.

15.Və budur sona doğru çatdıq,ümid edirəm sizdə sualları bəyənmiş olarsız)Sonda Qadınlar.biz saytın qızlarına arzularınız və ürək sözləriniz varsa buyurub yaza bilərsiz

-Gəldik çatıq sona.Bəyəndim suallarını çox sağolun əziyyət çəkmisiniz ən azından zaman sərf etmisiniz.Təşəkkür edirəm.Hər birinizə bol bol şərh,ən üst status,heç zaman ban olunmamağı,arzulayıram.Kollektiv olaraq hər zaman mehriban olaq ki,başqa saytlarada örnək olaq!
(səs: 0)
Şərhlər: 21
Baxılıb: 3 227
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri