Azərbaycan filimlərində səslənən mahnılar

Müəllif: heyatim_menim
Şərhlər: 12
Baxılıb: 2 623
Səs ver:
(səs: 0)
Salam Qadınlar.Biz xanımları sizlərə AZƏRBAYCAN filimlərində olan Mahnıları yazmaışam amma variantlarla.Çünki cavabları sizilər tapmacaqsız.Görüm xanımlarımız bizim musiqiləri nə qədər bəyənir.Xüsusən Azərbaycan filimlərini.

Dörd dost, dörd ürək, dörd yoldaşıq biz.
Birdir arzumuz, istəklərimiz.
Hər gün suları tən yara-yara,
Birgə gedirik biz buruqlara.

Ayrılmaz dostlarıq biz,
Tükənməzdir qüvvəmiz,
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.
Qarşımızda baş əyir
Mavi, dalğalı dəniz.(Musiqi : Tofiq Quliyev)

a)Bəxtiyar filmi b)Bəxt üzüyü filmi c)Görüş filmi d) Qaynana filmi

Yurdum, yuvam, ey əziz kəndimiz,
Azad, abad , ay gözəl kəndimiz.
Gözəl olur səndə yay, qış, bahar...

Yaşıl meşəli, ömrüm nəşəli
Sevirəm səni, gözəl kəndimiz...(Bəst: Tofiq Quliyev)

a)Gün keçdi filmi b)Ögey Ana filmi c)Qaynana filmi d)Ulduz filmi

Nəğmə susdu dodağlarda
Dilə gəldi tüfənglər
Mənim atam uzaqlarda
Cəbhələrdə bir əsgər
Cəbhələrdə bir əsgər

Anamızın laylaları
Nənnilərdə pozuldu
Arzuladıq ilk baharı
İstəyimiz yad oldu
İstəyimiz yad oldu(Bəst: Vasif Adıgözəlov)

a)Bizim Cəbiş Müəllim filmi b)Uşaqlığın son gecəsi filmi c)Görüş filmi d)Şərikli Çörək filmi

Bir axşam taksidən düşüb payıza...
Bilmədik haraya, hayana gedək...

Bahar həsrətiylə, payız axşamı...
Yenə həzn-həzn, titrədi ürək...(Bəst: Emin Sabitoğlu)

a)Baladadaşın ilk məhəbbət filmi b)Gün keçdi filmi c)Yuxu filmi d)Bəyin oğurlanması filmi

Gəl, ey səhər!
O gözlər kimi hər tərəf qara
Bu yollar səni aparır hara?
Yenə bu səhər,günəş nur yerə ələr
Bir təzə nağıl başlar dünya,
Oyan ey Günəş,oyan
Al-əlvan boyan,yoxsa bu dəniz uçar
Bir zülmət gecə dəniz qaçar
Gəl,ey səhər,gəl,ey səhər(Bəst: Polad Bülbüloğlu)

a)Alma almaya bənzər filmi b)Dədə Qorqud filmi c)Uşaqlığın son gecəsi filmi d)Qərib cinlər diyarında
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 2 623
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri