Kaşki uşaq olsaydım! (2)

Müəllif: Efsuw2016
Şərhlər: 10
Baxılıb: 2 487
Səs ver:
(səs: 1)
Salam satımızın konfet qızları. Laihemizin bu günki qonağ uşeri, menim üreyi kövrek Tutum qadınlar.biz-in Türkan Abbasovasıdır. Başlığı gülmeli axırı ağlamalı müsahibeni buyurun oxuyuyaq... [/i][/b]

Ilk öncə saytımızın şirin şəkər, gözəl qızlarının hamısını salamlayıram. Əfsunum səndə lahiyənə dəvət etdiyinə görə çoox sağol canım bacım. :mucux: . Uşaqlığım maraqlı keçib. Bir çoxları kimi məndə kaşki uşaq olsaydım deyənlərdənəm. Qaldıki uşaq vaxti etdiyim sehvlərə bəzilərini indi yadımda olanları yazıram. Demək bir dəfə atamın əmisi rəhmətə getmişdi. Məndə uşaq olduğum üçün anam mənidə götürdü gedəndəki tək qalmıyım. Yazıq arvad hardan bilsin başına oyun açacam. :)) məndə üzür yerində eləmədim tənbəllik bütün uşaqlar yığışdıq məclisə gedən qəndqabılardakı kanfetləri yıgıb yedik. Yerinə daş qoyub kağızın bağladıq. Hələ üstəlik həyətdə düşən kağızlarıda tapıb içinə daş bagliyib qoyduq yerinə. Məclisdə camaat açır daş hələ mərsiyəxan da acıb daş görəndə ev yiyəsi dəli olmuşdu. Orda hec kimə hec nə deməmişdim. Amma tabi annem anlamazmı? Evə gələndə mədəni formada bayaa danlanmisdim. Amma indi hər dəfə qohumlarımız yada salıb güləndə mən yerin dibinə girib çıxıram. :09: Birdə uşaq olsam əsla etməzdim.
Sonra bir dəfə də toya getmişik. Emim qızı güc elədiki gedək vanna otagına. Məndə getmirdimki anasıynan getsin. Dedi yoxki yox sennen gedek. Neyse getdik. Getmez olaydım. :hahahah: qız giren kimi qapını açarladı. İndi çıxanda qapını açaq açılmır. Qışqırıq hay şüvən. Toydakı hamı ayağa qalxıb ki nəsə olub camaat hara qaçır. Sadlıq evində işləyənlər baltaynan gəlib qapını açıblarki biz cixaq. Çölə çixanda az qaldi urəyim getsin. Hami tökülüşmüşdü qapiya. O an elə utanirdimki necə basa salim bilmirem. Hele anami hec demirem. Yazığın rengi rufu qacmışdı. :09: bizimkilərimdə yadından cıxar? Həmişə deyirlər sağ olsunlar. Birde uşaq olsam esla getmezdim ora.
Birdeki bu biraz hüzünlüdü. Bir defe 5 de ya 6 da oxuyurdum. Anamın qohumlarından biri rehmete getmişdi. Bakıya getmişdi. Mende atamla idim. Atama dedim ki meni nenegile apar darıxıram. Oda apardı. 2 gün keçdi. Mende eve geldim özüm. Evlerimiz yaxın idi. Eve geləndə gördüm ki atam öz paltarını özü yuyur. O an elə pis oldumki. Atam didinib calısıb 3 qız böyüdüb. Amma öz paltarını özü yuyurdu. O an atama bildirməmişdim amma gizlincə o qədər ağlamışdımki. Hetta indide yadıma düşendə gözlərim dolur. Amma o gundən sonra anam nə vaxt bir yerə getsə atamın yanından bir azda ayrılmadım. Bir gün möcüzə olarda uşaq olsam hec vaxt əsla atamı tək qoymazdım. Hetta Allaha yalvarardımki oğlan doğulum. Cünki atamı anamı canımdan çox sevsəm də başqasının evindəyəm. Mənim atam anam isə təkdilər. Hələ atam Rusiyaya gedende tam tek olur anam. Ve mənim əlimdən hec nə gəlmir. :15: Rəbbim onları ayırmasın. Ömürlərinin sonuna qeder canları sag olsun bir yerde yasasinlar. Hec kime möhtac olmasınlar insallah. Rebbiç haminin valideynlerini qorusun.

Laihede iştirak etdmey isdeyen qızlar şexsi mesajla mene müraciet ede biler.!
Sizi sevirem!!!
(səs: 1)
Şərhlər: 10
Baxılıb: 2 487
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri