Mənim toy günüm - sona

Müəllif: arzum-aysum
Şərhlər: 11
Baxılıb: 2 795
Səs ver:
(səs: 1)
:toy: ...Mənim Toy Günüm... :toy: layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın sona-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - sona

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanışlığımız çoox uzundu, bir az da qarışıqdı, tamamilə qismət deyərdim. Şükür qismətimə

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Heç olmuşdu ki?))) Amma haqqına girmiyim mən deyənnən sonra elədi evlənmə təklifi. Tort və limonad limpart aldı, heç kim olmuyanda bizə gəlmişdi. nişanlı idim. Onda evlənmə təklifini eldi canım benim

3. Neçə müddət nişanlı qaldınız?
3il

4. Toy hazırlıqları necə irəlilədi?
çox gözəl hər şey ürəyimcə alındı. Hamısına özüm getdim, qaynanamla mən, getmədiklərimi də qaynanam özü alıb, amma hamısını bəyəndim

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
3il zamanımız var idi))) cehiz almaq üçün. Amma toy xonçamı iki ay içində aldıq.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Gəlinliyimmm həmişə arzuladığım kimi alınması ən çox o ləzzət elədi mənə

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
yooo yoldaşım xoşlamır elə şeyləri

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Baldızım bizim toy olan restoranda toyda olmuşdu çox xoşuna gəlib atasına dedi. Qaynatam da atamla gedib yazdırdılar.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
restorandakı şəkilçəkənə

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
yoo yoldaşım razı olmadı. Ümumiyyətlə restoranda toy şəkillərimiz getmədi

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
bəli sahib ola bildim çox şükür Allahıma

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
yoo bir gün davam etdi, çünki mən tikdirdim gəlinliyimi, tikilməsi bir ay çəkdi amma bir gün içində dərziyə fikrimi dedim elə də tikdi sağ olsun

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
əlbət ki mənim aşkitom hər şeydə fikrini mütləq bildirməlidi. Onun üçün önəmli olan qollarım, sinəm , kürəyim açıq olmasın

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
saçı hə seçmişdim, amma makiyajı yox. Amma saçımı seçdiyim kimi eliyə bilmədi usta öz bildiyi kimi elədi xoşuma gəldi

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
makiyajım da, saçım da ürəyimcə idi toyumda, amma xınamda çox ağladım saç və makiyajım üçün

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Yoo bizdə elə adət yoxdu. Köynəyi, ayaqqabısını ve qalstukunu alırlar biz də elə elədik

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
24.03.2015 həyatıma qızıl hərflərlə yazılmış o gün.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
toydan sora evə gələndə artıq gəlinliyimi çıxartmışdım kı, qaynanam zəng elədi ki, boşqab qoy sona qırsın)))) mən də artıq əynimi dəyişmişdim. Restorannan evə ikimiz gəldik. pəncərədən yerə atdıq boşqab qırıldı))))

19. Toy günü unutduğunuz bir şey oldumu?
olub, flaşkartım evdə qalmışdı. Toyda tans üçün mahnı seçmişdim flaşkarta yazmışdım ki, özlərində olmasa flaşkadan oxutsunlar, amma onu da unutdum

20 Toyunuzun ən gözəl anı nə idi?
ənnn ənnnn ənnnn ənnnn gözəl anı həyətimizdə siqanlı eşitdim və qapıdan girən yoldaşımı gördüm. And olsun Allaha gözümü çəkə bilmirdim, çooooooox yaraşıqlı olmuşdu.

21. İlk rəqs parçanız hansı idi?
irem derici kalbimim tek sahibi

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
əllərimiz əsə əsə tans oynamağımız. Bir birimizə baxmağımız. Elə bil 7il tanış olan biz deyildik ))))

23. Bir tərslik yaşandımı toy günü?
əslində toy günü yaşanan tərslik deyil, əvvəldən yaranmışdı, yoldaşım iki qapılı üstü açıq maşın istəyirdi, qaynatam icazə vermədi ki, özün sürmə, həyacanlı olarsan belə helə. O indi də ürəyində qalıb yoldaşımın

24.Ən çox nə vaxt həyəcanlandınız?
Vağzalı səsi bizim evdə calınanda çox həyacanlandım

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Xüsusi sürpriz qaynatamın toya elza seyidcahanı cağırmağı olub. O da bizə görə yox e özünün xoşuna gəlir deyə)))

26. Bal ayınızı harada keçirdiniz?
sağ olsun başda qaynatam olmaqla razi olmadılar. Amma biricik yoldaşım bu il mart ayında bəbəmizlə birgə getdik

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
həmd olsun 2il tamam oldu

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
əvvəla Allah xoşbəxt elesin hər qızımızı. Hamıya qismət olsun gəlinlik geyinmək. ürəyi istədiyi insanla aile qursun hər kəs. Tövsiyəm isə qaynananız və qaynatanızla ilk günnən necə olsanız həmişə elə olacaq. Nə cavab qaytarıb dalaşmayın amma nə də mənim kimi mal )) olmuyun yoxsa başınıza çıxıb oturacaqlar. Ha cəsarət eliyib bir kəlmə desəz deyəcəklər ki, həəə birin doğdu uje dili çıxdı.



Canım mənim, Bir həyat boyu bir-birinizi sevməniz və həmişə sevinc içində, xoşbəxt bir həyat sürməniz diləyirəm... Allahın rəhməti və bərəkəti hər daim evliliyinizin üstündə olsun... amin...
(səs: 1)
Şərhlər: 11
Baxılıb: 2 795
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri