Mənim toy günüm - Ayşə_gül

Müəllif: arzum-aysum
Şərhlər: 12
Baxılıb: 3 056
Səs ver:
(səs: 0)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Ayşə_gül-dü..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - Ayşə_gül

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Salam canim öncə təşəkkür edirəm məni də layihənə dəvət etdiyin üçün.Keçək sualın cavabına.Demək tanış oldum deyəndə mən öz bibim nəvəsinin qız toyunda idim.Yoldaşım da bəyin əmisi oğlu idi həm də gəlin maşını idi(eləcə də yoldaşım qohumumdu).Yəni toyda görmüşdü amma mən qohumum da olsa tanımırdım onu.Sonra gedib evdə deyibmiş ki,toyda belə bir qız görmüşəm xoşum gəldi maraqlanın görün kimdi o.O da məni tanımırmış heç.Sonra mamasigil maraqlanıblar kimliyimi, qohum olduğumuzu biliblər.Nə qədər elçi göndərdilər düzdü mənim tez ailə qurmaq fikrim yox idi.Heç atam da razı olmurdu yəni yox demişdik.O qədər getdilər-gəldilər əl çəkmədilər axırda uje özüm də sevməyə başlamışdım qismət yəni hə dedim.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Evlənmə təklifi yox amma belə el adəti ilə desək elçi gəldilər hə verildi.31.05.2015 ci ildə nişanımız oldu.Həm də mən orta məktəbi bitirirdim o gün.Yoldaşım özü gəlmişdi üzük almışdı, qızılgüllər bağlatdırmışdı.Bir dənə də son zəng hədiyyəsi telefon üstündə nömrə filan bağlatdırmışdı.Həm hədiyyə həm də evlilik təklifi oldu mənim üçün.

3. Neçə müddət nişanlı qaldınız?
7 ay nişanlı qaldıq.

4. Toy hazırlıqları necə irəlilədi?
Çox yaxşı şükür çatdıra bildik toya qədər.

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Toyu yazda eləmək fikrimiz var idi amma yoldaşımgil əl çəkmədi toy tez olsun istədilər.Ona görə iki ay qabaq başladıq.Çatdıra bildik toya qədər.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Mənə ən çox kef verən cehizlərin alınması , evi bəzəmək filan,gəlinliyimi aldığım zamanlar oldu.

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getməmişdik.Mən rayonda,o şəhərdə alınmırdı.

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Toy məkanını qaynatamla, yoldaşım seçmişdi şəhər restoranlarının birində olmuşdu.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Restoranın fotoqrafına.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox əvvəl elədirməmişdik.Amma toy günü elətdirmişdik.Yoldaşım sürpriz eləmişdi böyük bir albom çıxartdırmışdi.Yəni toy günü fotosessiya olacağın bilmirdim.

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Bəli sahib oldum çox şükür.İstədiyim gəlinliyi seçmişdim.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Gəlinlik axtarışım 1 gün səhərdən axşama qədər çəkdi.Axtardıq axşama tapa bildik sonunda.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Bəli gəlinliyin çiyinləri açıq olmasın demişdi))

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Bəli seçmişdim.

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Bəli ürəyimcə oldu.Makiyaj abartılı sevmədiyimə görə sadə elətdirimişdim.Saçımı da əvvəl başqa seçim eləmişdim sonra qızların məsləhəti ilə özümün də ürəyimcə olmuşdu deyə yığdırmışdım.

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Xeyr bizdə belə bir adət yoxdur.Yoldaşım özü almışdı qız toyu üçün də , oğlan toyu üçün də ayrı-ayrı kostyumlar almışdı.

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Xeyr təbiiki unutmaq olmaz.19.12.2015 qız toyum.27.12.2015 oğlan toyu olmuşdu.

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Xeyr yadıma gəlmədi.

19. Toy günü unutduğunuz bir şey oldumu?
Xeyr olmadı.

20 Toyunuzun ən gözəl anı nə idi?
Ən gözəl anı restorana girəndə ilk tansımız.Daha sonra isə toyun sonunda ikimiz oynadıq qonaqlar ayaq üstə ətrafımızda dayanıb əl çalırdılar.

21. İlk rəqs parçanız hansı idi?
Marc Anthony,Tina Arena- I want to spend my lifetime loving you.

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Toyun hər anı, yoldaşımın yanımda olduğu hər an mənim üçün həm özəl idi həm də romantik idi.

23. Bir tərslik yaşandımı toy günü?
Qız toyunda yaşanmışdı.Mənim allergiyam var.Üzümə makiyajı qalıcı etmək üçün sprey vurdular salonda.Evə gəldim üzüm şişdi qızardı.İki dənə suprastin atdım oğlan evi gələnə qədər keçdi çox şükür))

24.Ən çox nə vaxt həyəcanlandınız?
Ən çox qaynım belimi bağlayanda, bir də lampanın başına fırlananda.

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Dediyim kimi yoldaşımın toy günü çəkilən fotosessiyadan və şəkillərimizdən albom çıxartdıracağından xəbərim yox idi.Sürpriz eləmişdi.

26. Bal ayınızı harada keçirdiniz?
Heç yerə getmədik elə evimizdə ikimiz))Amma məncə bal ayı filan boş şeydi yoldaşım yanımda olsun hər günüm bal ayıdır mənim üçün.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
1 il 4 aydi.

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Qızlara əvvəlcə xoşbəxtlik arzu edirəm.Hər zaman sevib-sevilsinlər, yoldaşlarına hörmət etməyi, qayğı göstərməyi bacarsınlar.Qızlara tövsiyəm necə deyərlər yoldaşlarını yola verməyi bacarsınlar))hər xırda şeyi söz söhbətə çevirməsinlər ötürməyi bacarsınlar.Nəyə görə deyirəm ötürməyi bacarsınlar? Psixoloq Narınc Rüstəmovanın bir sözü var "Ailə səadəti onu qorumaqdan başlayır" ailəni qorumaq üçün gərək müəyyən şeyləri keçirməyi bacarsan.Yoxsa hər xırda şeydən söz söhbət salınsa onda arada xətir-hörmət də itər.Çalışın ailənizin qədrini bilin.Ailəni qurmaq çətin, dağıtmaq isə asandı.Hə bir də ailə qurandan sonra qaynana problemi var ona da çox takmiyin fikir eləmiyin)))(təbiiki hamısı eyni deyil).Hər nə olursa olsun yenə də böyüklərə hörmət edin(qaynata və qaynanaya), mehriban olmağa çalışın.Deysən çox danışdım biraz))

PS:Türkan bacıma da xüsusi Təşəkkür edirəm dəvəti üçün həqiqətən sürpriz oldu mənə.Ağlıma gəlməzdi mən də bir gün bu layihədə iştirak edərəm.Çünki burda qeyd olanda subay idim.



Canım mənim, inşallah sevgi ilə qurduğunuz bu ailəniz bir ömür boyu da elə sevgi və səadət içində keçər... amin...
(səs: 0)
Şərhlər: 12
Baxılıb: 3 056
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri