Mənim toy günüm - Miss_Angel

Müəllif: arzum-aysum
Şərhlər: 16
Baxılıb: 8 465
Səs ver:
(səs: 1)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Miss_Angel- di..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - Miss_Angel

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
qohum sayəsində tanış olduq. 1 həftə teldə danışdıq, sonra gördük bir birimizi, 2 həftə tanış olduq, bir birimizlə çox tanış olmağa vaxdımız olmadı bəzi problemlər vardı

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
evlilik təklifi malesef ala bilmədim, yoldaşımla danışanda tanış olma vaxdında elə danışırdı ki, elə bil məni alıb oturub, həmişə evlənib bunu belə edərik danışırdı. mən də ürəyimdə deyirdim ki, bu hazırdı, bəlkəm mən yox deyəcəm bu uje məni alıb oturub :23: nə deyirdim razı olurdu

3. Neçə müddət nişanlı qaldınız?
2 həftə :06:

4. Toy hazırlıqları necə irəlilədi?
toy olmadı, çünki o da mən də evli olub ayrıldığımıza görə bircə nişan oldu, təbii ki, yaya düşsəydi gözəl xına mərasimi edərdim çox isdəyirdim

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
2 həftə nişanlı qaldım hazır idim, nə vardı bir paltarım, bir qab qaşığım yığıb durmuwdum :122:

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Nə axdarırdım tapmırdım paltar hamısı sumkada olduğundan

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
yox

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
evdə yeyib içib getdim

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
gedəndə yoldaşımla maşında şəkil çəkdirdik ilk yan yana şəklimiz onda oldu

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
hə bə nə, o şəkil atırdı mənə, mən də öz şəklimlə onun şəklini proqramla düzəldirdim :23:

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
malesef geyməmişəm, bir dəfə o vaxdı geyinmişdim onu da saymıram

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
kaş ki geysəydim

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
nişanlım dedi isdəyirsən gəlinlik gey toy edək, dedim qışda boş ver, həvəsim olmadı, yayda olsaydı hə geyərdim

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Saçımı makyajımı özüm etmişdim

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
əlbətdə

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
nə o mənə paltar almışdı, nə də mən ona

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
Dekabrın 24-ü yaddan çıxarmı

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
oldu, bu dedi işdən çıxıb yatacam, axşama gələcəm çox soyuq danışdı, mən də küsdüm getdim yatdim, tay demə yolda imiş gəlirmiş, az qalmış zəng edib dedi ki, yoldayam hazirlaş, iki ayağım bir ayaqqabıya girdi, tez saç makyaj etdim

19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox hər şeyi hazır etmişdim

20. Toyunuzun ən gözəl anı nə idi?
O tək gəlmişdi məni aparmağa, yedi içdi, biz də ikimiz getdik evə, evdə də heç kim yox, o və mən rahat idi, adam sanki neçə ildi tanıyırdım :toy:

21. İlk rəqs parçanız hansı idi?
düzü planlaşdırmışdıq amma rəqs etmədik, nədənsə yaddan çıxdı :09:

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Hər anı yaxşı idi, mən də utandığımdan ya nə bilim nədən idisə hey gülürdüm, bilmirəm niyə

23. Bir tərslik yaşandımı toy günü?
hə, elə şey olar? bir mərdimazar qonşu var, o gəldi çıxdı bizə, getmək bilmədi, yoldaşım da gələndə gördü sonra getdi. heç kimə deməmişdim isdəyirdim rahat gedim tünlük isdəmirdim özümüz necə isdədik elə edək

24.Ən çox nə vaxt həyəcanlandınız?
orası malum :09: ayıpdır söyləməsi

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yox yox yox malesef :dash_mini: mən də o bəxt hanı

26. Bal ayınızı harada keçirdiniz?
evdə, harda olacaq :26:

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
4 aydı :xeyal:

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
yaxşı yaxşı tanıyın, düzdü çətin olur, sifdə dünyanı ayağının altına sərilər sonra dünyanı başına çevirilər, vədlər verirlər, nələr deyirlər, ay belə elə, sonra 1 ay keçir görürsən yox bu adam o deyil, yaxşı tanıyın peşman olmuyun . Allah hamını xoşbəxt etsin, bizlər də onun içində. düzdü mənim hekayəm maraqsız oldu bəlkəm də hərədə bir cür olur, ikinci həyatim idi deyə, ilk olsaydı indi necə nələr olmuş yazardım .belə, inşallah bəyənərsiz
:03:



Canım mənimmmm, ən sevə sevə hazırladığım bölümü oldu layihəmin... sən bu həyatda ən böyük xoşbəxtliklərə layiqsən... inşallah Tanrım o xoşbəxtliyi səndən əsirgəməz və ömür boyu sevincdə, xoşbəxtlikdən üzün güləcək... aminnn....
(səs: 1)
Şərhlər: 16
Baxılıb: 8 465
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri