Mənim toy günüm - Gülüş.

Müəllif: arzum-aysum
Şərhlər: 15
Baxılıb: 2 870
Səs ver:
(səs: 1)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Gülüş-dü..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..

Mənim toy günüm - Gülüş.


1.Canim menim, ilk önce bundan başlayaq ki, nece taniş oldunuz?
qonşumuzun qohumu idi orda gördük bir birimizi.

2.Sevdiyinin evlənmə təklifi necə oldu?
görüb bəyəndikdən sonra elçi gəldilər, ilk dəfə görüşəndə dedi anan atan razıdı sən də razısan mənimlə evlənməyə? məndə güldüm heç nə demədim:09:

3.Neçe müddət nişanlı qaldınız?
1 noyabr 2011də nişanım olub, 13 noyabrda qız toyum olub yəni 12 gün nişanlı olmuşam.

4.Toy hazırlıqları necə irəlilədi?
tələsik olsa da yaxsşı oldu hazırlıqlar.

5.Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
nişandan 2-3 gün sonra .

6.Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
kiminsə məni iş üçün buyurmaması otururdum ancaq.

7.İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
xeyr getməmişdik, burda ele bir şey yoxdu.

8.Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
böyüklər qərar verdi harda olsun, biz yox.

9.Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Qız toyu palatkada oldu, qonşumuz çəkdi o işlə meşğuldu. oğlan toyunda isə restoranın fotoşəkil çəkəni idi.

10.Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
xeyr

11.Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
qız toyunda hə, oğlan toyunda yox.

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
bəli çətindi, saçımın, makiyajımın ediləcəyi salonun gəlinlik mağazası vardı, ordan götürdüm gəlinliyi.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
xeyr, heç nə demədi. özün ürəyin istədiyini seçə bilərsən ömründə 1 dəfə geyilən şeydi dedi

14.Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
kataloqa baxdım bəyəndiyimi göstərdim, elə də elədi saç ustası .

15.Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
bəli ürəyimcə oldu

16.Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
bizdə belə adət yoxdu.

17.Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız..
heç zaman 27.11.2011

18.Toy günü başınıza gələn komik bir hadisə oldumu?
bəli oldu, salondan çıxıb evə gələndə maşın yolda xarab oldu, qaldıq yolda, maşının dalından qabağından basdılarkı işləsin işləmədi də maşın, başqa maşınla gəldik

19. Toy günü unutduğunuz bir şey oldumu?
yox

20.Toyunuzun ən gözəl anı nə idi?
:09: soyləməm. :09:

21.İlk rəqs parçanız hansı idi?
düzünü desəm yadımda deyil. :26:

22.Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
əlbəttə .evə gələndə ikimiz başqa yolla gəldik, həm romantik idi, həm də qorxurdum ki, bura haradı, sən demə evə gedən başqa yol imiş.

23.Bir tərslik yaşandımı toy günü?
restorandan sonra toyun davamını palatkada keçirtdilər, kəndin cavanları dava saldı.

24.Ən çox nə vaxt həyəcanlandınız?
:kisses:

25.. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
bəli, kocişim :urek: mənə şeir yazmışdı altına da ürək çəkib adımızın baş hərflərini yazmışdı, şərab almışdı içək, şfanerdə gizledibmiş, 2 bakalı şərabı ki, heç kəs görməsin mən içmədim ki, piyan olaram .:alem: təzə gəlin piyan oldu.:23:

26.. Bal ayınızı harada keçirdiniz?
bal ayını öz evimizdə keçirtdik.

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
6 ilə keçib

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
onu demək istərdim ki, səbrli olsunlar, hər sözə söhbətö cavab verməsinlər, sevdikləriylə bir birini başa düşsünlər . xoşbəxtlik odu. qaynanamın 1 sözü var, deyir xoşbəxtlik söz söhbətsiz ailədə böyük kiçiyə hörmət olan evdədi .



Canım mənim, evliliyinizin hər bir anında məhəbbət və səadət sizlələ olsun... evlilik yolunda hər zaman əl-ələ, bir birinizi böyük sevgi ilə sevə sevə addımlayasanız... amin...
(səs: 1)
Şərhlər: 15
Baxılıb: 2 870
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri