Mənim toy günüm - YalniZ-ArZu

Müəllif: arzum-aysum
Şərhlər: 13
Baxılıb: 2 694
Səs ver:
(səs: 0)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın YalniZ-ArZu-du..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq..


Mənim toy günüm - YalniZ-ArZu

İlk öncə HƏR KƏSƏ ALLAHIN SALAMI OLSUN.:melek: İNDİ KEÇİM SUALLARI CAVABLANDIRIM.:08:
1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
Tanışlığımızın tarixçəsi qədim zamanlara gedib çıxır,:ihi:çünki uşaqlıqdan tanıyırıq bir birimizi. Ailəvi dostluq edirdilər valideynlərimiz.

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Sıradan.El adəti ilə elçi göndərmişdi. Mənim fikrimi soruşmamışdı heç.:hh:

3. Neçə müddət nişanlı qaldınız?
Ooooo...çooooox uzun müddət. Desəm inanmazsız amma düz 2 həftə nişanlı qaldıq.:hahahah:

4. Toy hazırlıqları necə irəlilədi?
Iki həftə ərzində olan hazırlıqlar nece olar? Dəlixanaaaaa..:bookiz:

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Indikilər bir il hazırlaşır. Biz iki həftəyə bütün işləri sona vurduq, özü də sıfırdan. çox gözəl də toyumuz keçdi.:toy: Heç bir əskiymiz olmadı.

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Shoping.:ponpon: Bir də gəlinlik seçimi.:128:

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yok kizzz...Allah dərimi alıb elə.:hh: Balağımə əlimə aləb fırlanırdım da özümçün ortalıqda.:122:

8. Adını çəkməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Rayonda seçilən şadlıq sarayı idi. Gözəl xidmətinə və müasir dizaynına görə oranı seçmişdik.

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Aşpaza.:122: Sarayın öz fotoqrafı vardi o cəkmişdi.

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Yox canım. O vaxtlar fotosesiyya dəbdə deyildi axı. Olsaydı da heç inanmıram biz etdirərdik.:hh:

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Vallah nə yalan deyim. Mənim ağlım batmasın, orda bir gəlinlik xəyalı belə yox idi axı.:deli: ərə getmək arzusunda deyildim heç. Ona görə gəlinlik arzum da yox idi..:08:

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Bir gün.:ponpon: Bir gün mənə bəs elədi, özümə yaraşan gəlinlik seçməyimçün.

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Ikimiz seçmişdik. Açıq saçıq olmayan, sadə gəlinlik idi gəlinliyim.:suslu:

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Konkret heç nə. Makiyajım yaşıl çalarlarda, dumanlı göz stilində idi. Saçım da sadə topuz. çok gözəl çıxmışdı hər ikisi.:09:

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Eveet...olmasaydı zaten toya da getməzdim, oturardım evdə.:hh:

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
Bizdə yoxdur elə adət. Yoldaşımın Bakıda dərzisi var, bütün kostyumların illərdir ona tikdirir, kostyum almır. çox gözəl əl qabiliyyəti var həmən dərzinin. Toyumuzda da ona tikdirmişdi.

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
19.09.2008 :xeyal:

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Yox can, olmadı.

19. Toy günü unutduğunuz bir şey oldumu?
Xeyr.

20. Toyunuzun ən gözəl anı nə idi?
Atamın məni lampanın başına dolandırması. Ağlamiışdı onda canım atam.:ciyy:

21. İlk rəqs parçanız hansı idi?
Xatirlamıram.:off::18:

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
ən romantik anı, ikimiz rəqs etdyimiz an idi (hansı ki, mən mahnını xatırlamıram:09:)

23. Bir tərslik yaşandımı toy günü?
Heş zad...çox şükür.:melek:

24.Ən çox nə vaxt həyəcanlandınız?
"Oğlan evi gəlir" kəliməsini eşidəndə.

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Xeyr.:hh:

26. Bal ayınızı harada keçirdiniz?
Bal ayımızı zəhərə döndərdi bəziləri "sağ olsunlar"-oralığa çox girmiyim istərsən((

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
Bu il 9 il tamam olacaq inşallah.:toy:

28. Qadınla.com-un nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Tövsiyyəm, birinci odur ki, heç vaxt ailə qurmağa tələsməyin. Oxuyun, təhsil alın, sənət sahibi olun sonra. əgər ailənin məsuliyyətini hələ dərk etmirsizsə və bu yükü daşımağa hazır deyilsizsə onda ailə qurmayın. Yağınız daşmır ki:))) Sevib ailə qurmaq istəyirsizsə yenə də yüz ölçün bir biçin. Imkan verməyin sevgi gözünüzü kor eləsin, beyninizlə hərəkət edin ki, sonra peşman olmayasız. ALLAH saytımızın bütün subay qızlarına gözəl bəxt qismət eləsin, hamısının xoş xəbərlərinə şərh yazaq. MAŞALLAH saytda ağıllı, tərbiyəli, qanacaqlı qızlarımız çoxdu. Hamısına xoşbəxtlik arzulayıram.:dua:

Türkanım sənə də layihəndə mənə yer verdiyinçün dərin minnətdarləq.:123: Bəlkə ən romantik olmayan yazını mən yazmışam, amma nağayrım e olanımız budu. özümdən düzüb qoşub yazmayacam ki.:ihi:
Oxuyan hər kəsə təşəkkürlər, vaxtınızı sərf etdiniz çox sağ olun.



Ay canım, inşallah sevdiyinlə bir birinizə olan sevginiz hər keçən gün daha da çoxalar... çoxalar və varlığı ilə sizi çoxxxxxxxx xoşbəxt edər... amin... hər zaman bir birinizi qoruyun, dəyər verin, hörmət edin və mehriban olun... o isti yuvanız uşaqlarınız sizin xoşbəxtliyiniz ilə daha da istiləşsin aminnnnnnnnn...
(səs: 0)
Şərhlər: 13
Baxılıb: 2 694
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri