Mənim toy günüm - Gultekin.A

Müəllif: arzum-aysum
Şərhlər: 9
Baxılıb: 2 843
Səs ver:
(səs: 0)
...Mənim Toy Günüm... layihəmin növbəti qonağı artıq sizinlədir... bu dəfəki qonağım canım bacım saytımızın Gultekin.A-dı..
bacıma bir xeyli suallar verdim həyatının ən gözəl hadisəsi ilə bağlı, əvvəli və sonrası ilə bağlı.. indi də buyurun bir yerdə bacımızın cavablarını oxuyaq.

Mənim toy günüm - Gultekin.A

1. Canım mənim, ilk öncə burdan başlayaq ki, necə tanış oldunuz?
1il əvvəl bacımın qaynatası mənə demişdi ki, 1 oğlan var rayondan qız istəyir, onunla çox yaxın idi yoldaşım . Halbuki çox yaş fərqləri var idi arada. Amma qonşu olduqları üçün yaxın idilər. Mənə demişdilər amma mən hələ yaşım az idi 17idi razı olmadım söhbət bağlandı. 1il keçdi və təkrar eyni söhbət açıldı. Və mən bacımgilə gəldim, orda oğlan gördü məni bəyəndi, mən də onu bəyənsəm də tanımırdım ona görə razılıq vermək istəmirdim. sonra tanıdıq bir birimizi, beləcə tanışlığımız başladı)

2. Sevdiyinin evlənmə təklifi necə olmuşdu?
Sözün düzü olmayıb özəl təklif))

3. Neçə müddət nişanlı qaldınız?
3ay hərili, 3ay nişanlı, ümumilikdə 6ay

4. Toy hazırlıqları necə irəlilədi?
Hər şey yaxşı idi normal idi

5. Hazırlıqlara nə qədər zaman əvvəl başladınız? Kifayət qədər zamanınız var idimi?
Var idi, amma mən rayonda yoldaşım bakıda olduğu üçün çətin idi gedib gəlmək. O vaxtlar Ramazan ayı başlayırdı yoldaşım istəyirdi daha tez olsun

6. Bütün hazırlıq müddətində sizə ən çox kef verən şey nə idi?
Yorulurdum amma ən keyfli gəlinliklər geyinib baxmağım idi)

7. İndi dəb halını alıb deyə soruşum, rəqs kursuna getmişdiniz?
Yox getməmişdik. Amma ikimiz tək ,Iran təranələri"musiqisinə rəqs etmişik

8. Adını çəməmək şərti ilə, toy məkanına necə qərar verdiniz?
Yoldaşım qaynanam getmişdilər bəyənmişdi yoldaşım, mənə də şəklini göndərdilər. çox bəyəndim doğurdan da gözəl idi

9. Toy fotoşəkillərinizi kimə çəkdirdiniz?
Elə restaranda )

10. Toy günündən əvvəl fotosessiya etdirmişdiniz?
Xeyr etdirə bilmədik. amma çox istəyərdim ki olsun(

11. Bilirəm ki, hər bir gənc qızın xəyllarında bir bəyaz gəlinlik var. Bəs ağılınızdakı gəlinliyə sahib ola bildinizmi?
Hə çox bəyənmişdim, gəlinliyi zakaz edib tikdirdilər indi də özümdədi) saxlayıram. deyirəm ya gəlnim ya qızım geyinər. sonra fikirləşirəm bəlkə day o vaxta bəyənməzlər

12. Gəlinlik axtarışınız nə qədər davam etdi? Bilirəm ki, gəlinlik seçimi çoxxxxx çətindi...
Yuxarıdaki sualda yazmışam bacı, şəklin gördüm və zakaz verdim tikdilər

13. Bəs nişanlınız gəlinlik seçimində öz fikirlərini bildirmişdi?
Hə, yuxarısı bağli deyildi açıq idi, razı deyildi bir təhər yola gətirdim. saçlarım uzun idi duvag saçlar bağladı

14. Əvvəlcədən gəlin saçı və makiyajı seçmişdiniz?
Hə, necə ay əvvəldən axtarırdım. axır ki, ürəyimcə tapdım

15. Saçınız və makiyajınız ürəyiniz istəyən kimi idimi?
Hə, şəkili necə göstərmişdimsə elə də etdilər, sağ olsunlar

16. Biz tərəflərdə belə bir adət var ki, bəylik kostyumunu qız evi alır. Bəs sizdə necə?
O məsələ))) yoldaşım dedi bizdə elədi dedim bizdə elə deyil)) yox almadıq, özü bəyənib almışdı

17. Gələk o məşhur günə... toy gününzün tarıxını yəqin ki, ömür boyu unutmarsınız...
əlbəttəəə ömrümdə ən gözəl gün 21 iyul 2014

18. Toy günü başınıza gələn komik bir hadisə oldumu?
Hə, toydan çıxıb evə gedəndə hamısı içkili olduğu üçün niva ilə qayıtdıq hələ də yadımdan çıxmır gülürəm))

19. Toy günü unutduğunuz bir şey oldumu?
Yox olmadı, hər şey qaydasında idi bacı

20 Toyunuzun ən gözəl anı nə idi?
Elə bütün toy mənim üçün ən gözəl an idi. çünki insanın həyatında bir gündürki tam ayrı hiss edirsən hər kəsin fikiri gözü səndə olur

21. İlk rəqs parçanız hansı idi?
Ferhat Gocer"Saril bana,,

22. Toyunuzun ən romantik anını bizimlə bölüşərdiniz.
Bizim toy çox maraqlı keçmişdi. artiq 3il tamam olacaq hələ də tanışlar bizim toyu deyir ki, çox maraqli idi. Doğurdan da çox maraqlı idi. elə hər şey mənim üçün romantik və gözəl idi

23. Bir tərslik yaşandımı toy günü?
çox şükür ki yox.

24.Ən çox nə vaxt həyəcanlandınız?
Evə qayıdan da)))))

25. Toy üçün sizə xüsusi bir süpriz təşkil edilmişdimi?
Yox ()

26. Bal ayınızı harada keçirdiniz?
Evdə)))

27. Artıq nə qədər vaxtdır ki, evlisiniz?
InşAllah bu il iyunda 3 ili tamamlayacayıq Allahın köməkliyi ilə bacı

28. Qadınla.com-in nişanlı və evliliyə hazırlaşan qızlarına nələr tövsiyə edərsiniz?
Bir bacıları kimi arzu edirəm Xoşbəxt olsunlar. Sevib ailə qurmaq bir başqadır. Hazırlaşanlara sevdikləri ilə ailə qurmağı tövsiyyə edirəm. Nişanlılara isə gələcək ailələrini qoruyub saxlamaq. 3il keçsə də ilk günki kimi danışmaq qismət olsun




Canım mənim, dilərəm yaşadığınız bu həyat ancaq gözəl günlərlə dolu olsun... bölüşdüyünüz ev yalnız sevinc gülüşlərinə bürünsün... amin...
(səs: 0)
Şərhlər: 9
Baxılıb: 2 843
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri