Xatire defterim Şn (5)

Müəllif: Aylin...
Şərhlər: 7
Baxılıb: 2 033
Səs ver:
(səs: 2)
Salam saytimizin gözəlləri size xatire dəftərin təqdim edirəm:hahahah: bu defeki qonağim Şn bacidir buyrun baxaq görek neler yazmış:03:

1.Adınız və soyadınız?
Kərimli N..
2. Doğulduğunuz il,gün və ay?
30.03.1997
3. Bürcünüz və iliniz?
Öküz ili qoç bürcü :ihi:
4. Harada yaşayırsınız?
Bakıda
5. Tekliyi sevirsiniz?
Bəli sakitliyi çox sevən insanam
6 .uşaqliq sevgin olub?
İlk aşkım kocamdı :128:
7. Ən çox sevdiyiniz meyvə?
Gilas :nyam:
8. Mənə arzunuz?
Sənə arzum budurki bacişkam məktəbi fəxrlə bitirib uniye qebul olasan Allah hemişe yaxşı insanlar çıxartsın qarşına Amin İnşAllah dua
9. Ən çox sevdiyiniz rəng?
Reng olaraq firuzeyi rengi çooox sevirem :128:
10. Qadınla.com-da ən çox nəyi bəyənirsiniz?
Ancaq qadınların olmasını və qarşı cinsin sayta buraxılmamasını ihi
11. Təsəvvür edin ki, həkimsiniz və vəfasız sevgiliniz illər sonra xəstənizdi ne ederdiz?
Mən missiyamı yerinə yetirərdim kimliyindən aslı olmayaraq bu mənim işim olduğu üçün əlimdən gələn yardımı göstərərdim
12. Tək adaya kiminlə düşmək istərdiniz?
Yoldaşımla :128:
13 .Ən yadda qalan gününüz hansıdır və nə vaxt olub?
Ən yadda qalan gün uzun cəhdlərdən sonra yoldaşımgilin bizə gəlməyi və razılıq almaları :09: 02.08.2015 :128:
14. Qadınla.com-da ən yaxın dostunuz?
Hamsı yaxşı qızlardı xətirlərini çox istəyirəm ən çox yazışdığım amaa...Canan,Onun_Mələyi,sona,Miss Angel,arzum-aysum,Ay-El, barbaris çoxdandi danışmırıq ama :hh: kimin adını çəkmədimsə üzürlü saysın hamınızın xətri əzizdi məndə :123:
15. Ən çox sevdiyiniz mahnı və müğənni?
Alişan Ölümsüz aşklar neçə vaxtdı qulaq asıram birdə Sami Yusuf you came to me
16. Arzu nədir?
Arzu insanı həyata dahada bağlayan bir hissdirki onun nə vaxtsa gerçəkləşəcəyinə inanırsan
17. Dostluq nədir?
Şablon olsun deyə demirəm dostluq yaxşı və pis günündə yanında olandır doğurdanda elədir çünki çətinə düşəndə ilk öncə dostun ağlına gələr yaxşı dost isə indiki zəmanədə çox azdır
18. Həyatda ən çox sevdiyin insan və mümkündürsə,adı?
Yoldaşım anam :128:
19.Hansı məktəbdə oxuyursunuz (oxumusunuz mektebin adi)?
225 saylı tam orta məktəb
20. Ağlinizda qalan bir seir var?
Ucalmaq istəsən bir kamala çat,
Kamala ehtiram göstərir həyat.
Öz adına layiq işlər gör ki sən,
Axırda utanma xəcalətindən.(N.Gəncəvi)
21. Heç kimin bilmədiyi sirriniz varmı? Niyə məhz onu
Xeyr sirr deməzdim ürəyimdə saxladğım şeylər var zamanı gəlincə deməyə
22. ilk defe size edilen eşq etirafin xatirlayirsiz? Bizimle paylaşarsizde
Yoldaşımla danışırdıq bir dəfə sevgili fln deyildik dedi mənəki yupkanı qısa geyinmə dedim niyə :122: dediki sevgilinəmdə icaze vermirəm şok olmuşdum :ihi: sonrada sevgililər günündə üzük taxmışdı barmağıma restorana getmişdik dahasında :128:
23. Həyatinizdan razisizmi?
Tam deməzdim ama şükr yenədə bu günümüzə
24. Xosbext sonluğa inanirsiniz?
Əlbətdə mən Allahıma inanıram çünki nə isdəmişəmsə verib mənə bundan sonrada çarəsiz buraxmaz məni İnşAllah
25. Yenidən uşaq olmaq istərdinimzi?
Həmdəə çoox ama mümkünsüz birşeydi bu ona görədə yaşadığım həyatdan zövq almağa çalışıram
26. Dünyaya yenidən gəlmək istərdiniz?
Dünya yenidən yaransa sevdiklərim bu dünyada olsa istərdim bəli yoldaşımı tək qoymaram çox qısqancam :122:
27. . Məktəb və ya tələbəlik illəri ilə bağlı xatirlər?
Yoldaşımla dərsdən çıxıb gəzməyimiz çox maraqlı günlər idi şəhərin hər yerini gəzmişik demək olarki yenə isdiyərdim o günlərə qayıdım :hh:
28. Sizcə sevgi nedir?
Sevgi bir ömür bir insana bağlı yaşamaqdı,bir ömrü bir insana fəda etməkdir,həmişə yanında olmaqdı..
29. Dinləməyi yoxsa danişmağı xoşlayırsınız?
Sözüm gəldisə danışmağı xoşlayıram :122: yersiz söhbətlərə qulaq asmıram heç qarşımdakı öz öznə danışır ihi
30. Azerbaycanin sevdiyin rayonu?
Mən İsmayıllını və Qəbələni çox sevirəm nəsə əsl istirahət zonalarıdı :128:
31. Xatirə dəftəriniz haçansa olub?
Hə məktəb vaxtı :122:
32. Uşaqliğinizin ən özel xatiresin bizimlə paylaşarsizde. )
Mənim uşaqlığım çox qəşəng keçib ən maraqlıları isə bağımızda olanda olub hamı yığışırıdq bir yerə deyib gülüb oyanyırdıq(birdə qohumlardakı oğlan uşaqlarını döyürdüm :122:
33. Tek qalmaq isteyende hara gedirsiniz?
Otağıma(
34. Heyatda en çox kime inanırısınız?
Anama
35 .İki dostun hakimi olardınız,iki düşmənin?
(Fikirləşməyə dəyər)

Məncə iki dost məhkəməyə qədər gətirib çıxarıbsa işi onlar əsl dost olmayıb ona görədə iki düşmənin hakimi olardım
PS.layihede iştirak etmek isteyenler mene şexsi yaza biler
(səs: 2)
Şərhlər: 7
Baxılıb: 2 033
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri