Xatirə dəftərim Yalnız-Arzu (9)

Müəllif: Aylin...
Şərhlər: 11
Baxılıb: 4 122
Səs ver:
(səs: 2)
salamlar gozeller Xatire defteri layihesi her gün bir gözəl qizimizin Xatire defterin oxuyuruq bugün ise qonagimiz saytimizin sayilib seçilen her kesin hormet etdiyi-------- Yalniz-arzu bu gozel xanim görelim bizim suallara nece cavablar verib.:hahahah:

RE: suallar
1.Adınız və soyadınız?
YalniZ-ArZU. :22:

2.Doğulduğunuz il,gün və ay?
18.10.1985.

3.Bürcünüz və iliniz?
Öküz ili TƏRƏZİ bürcü.

4. Harada yaşayırsınız?
Paytaxtda)

5.Tekliyi sevirsiniz?
Tək qalmağa elə də fürsətim olmur amma çox sevirəm təkliyi...

6.uşaqliq sevgin olub?
Xatırlamasam da Olmamiş olmaz hər halda... :09:

7.Ən çox sevdiyiniz meyvə?
Uşaqlıqdan ən cox sevdiyim meyvə naringi olub...xəstələnən kimi mütləq mənə naringi alırdılar,onda ele bil tez sağalırdım))

8.Mənə arzunuz?
Balaca Aylinimə arzum inşallah sənin UNİ-yə daxil olma xəbərini özüm hazırlayım :128: (həm də söz vermiş oldum)))

9.Ən çox sevdiyiniz rəng?
QAN QIRMIZISI :heart:

10.Qadınla.com-da ən çox nəyi bəyənirsiniz?
Bu sayt mənimcun cox dogmadır,burda hər şeyi bəyənirəm.

11.Təsəvvür edin ki, həkimsiniz və vəfasız sevgiliniz illər sonra xəstənizdi ne ederdiz?
Noldu elə ölkədə həkim yoxdu onu mənim yanıma gətirdilər?:hh: Cani cəhənnəmə kovulan

12.Tək adaya kiminlə düşmək istərdiniz?
Tək adada elə TƏK olmaq yaxşıdı :keyif:

13.Ən yadda qalan gününüz hansıdır və nə vaxt olub?
Çoxdu ən yadda qalan günlərim...həm pozitiv həm də neqativ günlər...

14.Qadınla.com-da ən yaxın dostunuz?
Hec kimin adını çəkə bilmərəm...kiminlə sirr bölüşürəmsə,kiminlə tez-tez yazışıramsa demək onunla yaxınam...can ciyərəm))

15.Ən çox sevdiyiniz mahnı və müğənni?
Musiqini cox sevirəm mən...odur ki sevdiyim mahnı da çoxdur.Axır günlər ən cox dinlədiyim mahni "SAGOPA KAJMER-HARİKALAR DİYARİ"

16.Arzu nədir?
Ümüd edib ürəyimizdə bəslədiyimiz bir duygu.

17.Dostluq nədir?
İki insanın ruh ekizi olmasıdır dostluq...hansı ki dost olmayanda insan natamamdir.

18.Həyatda ən çox sevdiyin insan və mümkündürsə,adı?
Anam,atam,iki balam,yoldaşım və canımın ici qardaşım.

19.Hansı məktəbdə oxuyursunuz (oxumusunuz mektebin adi)?
Rayon məktəbini bitirmişəm...

20.Ağlinizda qalan bir seir var?
Xəyal gah dağdadır gah da aranda
Gah göyə yüksəlir, gah enir insan.
Otaqda 1 saat tək oturanda,
100 ilin dərdiylə yüklənir insan.

Elə bil divarlar gəlir üstünə
Qulağın səslənir, qəlbin döyünür.
Alışıb yanırsan sən öz tüstünə,
Nidalar gözündə suala dönür.

İnsanı tez yorar düşüncələr də,
Verib nəfəsini dərd udar insan.
Özündən başqası olmayan yerdə,
İnsan olduğunu unudar insan...

B.VAHABZADƏ "TƏKLİK"

21.Heç kimin bilmədiyi sirriniz varmı? Niyə məhz onu
Var. :09:

22.ilk defe size edilen eşq etirafin xatirlayirsiz? Bizimle paylaşarsizde
5-ci sinifdə oxuyurdum,məktəbdən bir oğlan düşürdü arxamca.Məktub falan gondərirdi,məndə dəli olurdum.Uşaqlardan kimsə sinif rəhbərimə dedi,o da yaxşica döymüşdü yetimi. :122:

23.Həyatinizdan razisizmi?
Şükür bu günümə...

24.Xosbext sonluğa inanirsiniz?
İnanmasam yaşamaga dəyməz.

25.Yenidən uşaq olmaq istərdinimzi?
Əşşii yoooox...güclə gəlib bu yaşıma çıxmışam deyirsən təzədən geri qayidim?Nizastoo:125:

26.Dünyaya yenidən gəlmək istərdiniz?
Yox!!! :pilka:
27. .Məktəb və ya tələbəlik illəri ilə bağlı xatirlərin.
Tələbəlik illərim olmayıb təəssüf,məktəbdən də bir xatirəmi 22-ci sualın cavabında oxuduz))

28.Sizcə sevgi nedir?
Mənasız bir şeydi sevgi mənimçün.Yaşamağa mane olur...sadəcə bu qədər.

29.Dinləməyi yoxsa danişmağı xoşlayırsınız?
Əgər dəyərli söhbətdirsə dinləməyi sevirəm...danışmaqla aram yoxdur cox da.Naturama gore susqun biriyəm.(bu etirafima deyəsən inanan olmayacaq :122:)

30.Azerbaycanin sevdiyin rayonu?
Azərbaycanın hər bir qarışı gözəldir...ölkəni bölgələrə,rayonlara bölməyin əleyhinəyəm,yetərincə bölünüb bizim ölkəmiz((

31. Xatirə dəftəriniz haçansa olub?
Vallahi deyəsən olub...yadıma gəlmire çox da.:deli:

32.Uşaqliğinizin ən özel xatiresin bizimlə paylaşarsizde. )
Konkret bir şey ağlıma gəlmədi.Amma saatlarla deyə gülə həyətdə oynadığım günlərim gözəl idi.

33.Tek qalmaq isteyende hara gedirsiniz?
Hec hara...imkan verən var ki tək qalım :hh:

34.Heyatda en çox kime inanırısınız?
Doğmalarıma
35.)İki dostun hakimi olardınız,yoxsa iki düşmenin?(fikirleşmeye deyer)
Dosta hakim nə gərək?Onlar zatən dost...dümənlərə hakimlik etməyə cəhv edərdim,bəlkə sonunda onlar da dost oldular))

SUALLARA GORE TƏŞƏKKÜRLƏR AYLİNİM...SƏNDƏN BUNDAN SONRA DA MARAQLI LAYİHƏLƏR GÖZLƏYƏCƏM :128:
OXUYAN HƏR KƏSƏ DƏ MİNNƏTDARAM. :20:
Göndərən: YalniZ-ArZu
Baci maşallah bize cox gozel olmuş
P.S QIZLAR BUYRUN LAYIHEDE ISTIRAK EDIN SIZIN SEVIMLI ANLARINIZI QOY QADINLA.COM-UN XEBERLERINE QAZINSIN HAYDI GOZELLER MENE SEXSI MESAJ GÖNDERMEYINIZI GOZLEYECEM.....
(səs: 2)
Şərhlər: 11
Baxılıb: 4 122
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri