Unudulmayanlar {10} ^_^

Müəllif: Aylin...
Şərhlər: 9
Baxılıb: 1 661
Səs ver:
(səs: 2)
salam saytin parıldayan ulduzlari bugünkü Unudulmayan qonağimiz haminizin tanıdığı ve sevdiyi Arzum-aysum bacidi gelin evvel profiline sonra cavablarina baxaq
Tam adı:
Statusu: Müxbir
Sayt təcrübəsi: 3 il 8 ay
Qeydiyyat: 10 yanvar 2014 19:20
Son ziyarət: 17 sentyabr 2017 14:16
Haqqında:
Bütün mövzuları: 2681 [ Bütün xəbərlərə bax ]
Bütün şərhləri: 16390 [ Bütün son şərhlərə bax ]

1. Evvelce ozunuzu teqdim edin
Özüm Türkan, saytımızın arzum-aysumu, ümid edirəm ki, unudulmayan arzum-aysumu

2 .burcunuz ve iliniz??
Bürcüm çoxlarının sevmədiyi və zəhərli deyib bəyənmədiyi əqrəb, ilim isə siçan ili

3. Ad günü ay il??
20 noyabr 1984

4. Harada yasayirsiz? ?
İsmayıllı şəhərində

5. Evvelki kimi aktiv olmama sebebiniz?
Bu suala ürəyim çox doludu. Əvvəlki kimi aktiv olmamağımın səbəbi ilk növbədə saytımızın bir ara əvvəlki kimi olmaması idi. Bəzi iyrənc reklamlar tamam həvəsimi öldürürdü. Adminlərin normal işləməməsi, göndərilən xəbərlərin həftələrlə profildə yatması, nə bilim bir sıra texniki səbəblər. İkincisi, yayda Allah canlarını sağ eləsin gəlib gedənin əlindən elə də imkan tapa bilmirəm sayta girməyə. Üçüncü səbəb isə vi fi xarab olması, bir iki aya öz evimə köçəcəyim üçün düzəltdirməyə də əlim gəlmir. İnşallah öz evimdə yenə əvvəlki kimi rahatlıqla girə biləcəm sayta.

6. Şerh yazmasazda sexsi ünsiyet saxladiginiz user?
Şərh yazmasam da, imkan olduqca xəbər göndərirəm, maraqlı olan məlumatları paylaşmağa çalışıram. Bura mənim ikinci ailəmdi, burdan tamam qopmağım mümkün deyil. Aktiv olmasam da, imkan tapan kimi girib mənə çox yaxın olan bacılarımla danışıram. Sonam, arzum yeni Yalnız Arzu, bir də perişim yəni AGHAYEVA heç vaxt məni unutmurlar, həmişə məni axtarırlar. Amma ünsiyyətdə olduğum çox qız var ki, mən yazmasam məni axtarmırlar. Demək ki, bəziləri üçün unudulmuşam :agla:

7. sizce sayt evvel yaxsi idi yoxsa indi? saytımızın əvvəllər Memmedovun rəhbərliyi altında çoxxxxx yaxşı idi. Hər şey öz qaydasında, həm də qızlar daha aktiv idi. Sonra bir ara saytımızın üstünə qara buludlar çökdü, xatırlayarsız sayt bağlanmaq təhlükəsi ilə üz üzə qaldı. O günlər nə hisslər keçirdiyimi o günləri yaşayan bilər. Bura dediyim kimi, mənim ikinci ailəmdi. Bacı kimi yaxın bildiyim qızlarla əlaqəm kəsiləcək deyə çox qorxdum. Şükür o çətin günlər də, Memmedovun sayəsində geridə qaldı. İnanıram ki, bundan sonra da, saytımızın yenə Memmedovun rəhbərliyi altında əvvəlki kimi səsli küylü, qonaqlı qaralı olacaq. İnşallah, bir də çoxxxx ümid edirəm ki, əvvəl saytda olan qızların çoxu yenidən saytımıza qayıdacaqlar.

8. userlerden realda gorduyunuz var?
Realda gördüyüm user yoxdu, amma şəklini gördüyüm bir neçə qız var.

9 sizin maraginizi en cox celb eden xeberler
Marağımı daha çox mətbəx bölməsinin xəbərləri cəlb edir. Sağlamlıq haqqında, xalq təbabəti ilə bağlı xəbərlər cəlb edir. Və bir də təbii ki, moda və dəb aləmi ilə bağlı xəbərlər, gözəllik ilə bağlı xəbərlər, hə bir də dini bölməyə aid xəbərlər.

10. aktiv olmagi düşünürüz
düşünürəm və çox istəyirəm. Az qalıb, inşallah yenə əvvəlki kimi aktiv və öndə gedən userlərdən olacam

11.. sizce en aktiv user
Hal hazırda və hər zaman aktiv olan, sayta sadiq olan yeganə user BARBİ nikidi, hal hazırda isə Barbaris, Onun meleyi, Yalnuz Arzu, son bahar, xəbərini tez tez gördüyüm qızlar bunlardı, şərhlər barədə isə deyə bilməyəcəm, çünki son zamanlar özüm aktiv olmadığım üçün bilmirəm

12. userlere sözünüz sualiniz?
Userlərə sözüm mənə baxmauın, siz aktiv olin, sayta girib xəbərlərə baxırsınızsa şərh yazmağı unutmayın. Çünki xəbəri hazırlayan zaman sizə görə hazırlanır və sizin şərhləriniz çox vacibdir. Bu saytımızın aktivliyini, nə qədər sevildiyini göstərir həm də. Bir də məni unutmayın, yenidən qayıdacam inşallah....
Gönderen:arzum-aysum
PS.köhne userler unudulmadiz sadece bir sms size Unudulmayan olduğunuzu gösterecek :mail: ?
(səs: 2)
Şərhlər: 9
Baxılıb: 1 661
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri