Mən və O-Yalnız-Arzu ilə maraqlı müsahibəm

Müəllif: Antikvar
Şərhlər: 10
Baxılıb: 2 016
Səs ver:
(səs: 2)
1.Salam olsun Saytımızın hər kəs tərəfindən sevilən Arzusuna:) Deyirəm bəlkə suallara keçməmişdən öncə özünü Qadınla.com ailəsinə istədiyin tərzdə təqdim edəsən?) Sözsüz Arzumu tanımayan yoxdu amma yenədə adətdəndi ilk öncə təqdimatla başlancığ etmək:)

Salam Nigarcan) Təqdimata ehtiyac var ya yox bilmirəm...amma tanimayanlarcun ozumu təqdim edərəm)) Mən yalnız olmayan YalniZ-ArZu...kimincunse yaxşi,mehriban,cana yaxin aciq sozlu...kimincunse pis,kobud,ozunden razi biri...əslində isə sadə,əsəbi,özünə hörmət qoyan və bu hörməti yeri gələndə tələb edən,ayriseçkiliyə riyakarlığa nifrət edən,hər sözdən küsüb inciməyən ancaq inciyəndə bir yolluq inciyən biriyəm.(Bu arada son yazdığımı özümdə yeni kəşv etmişəm.Kinli biri oldum mən,bilmirəm rastlaşdığım durumlar mi,ya nə məni belə etdi.Ancaq həmişə istəmişəm kinli olub,incikliklər asanlıqla unutmayım və buna nail olmuşam son bir ildə)

2.Arxaya baxıb "Xoşbəxtsən" sualını verdikdə, (cavab) "Yox" olacaq, sağa - sola baxıb yenə "Xoşbəxtsən" sulanı verdikdə (cavab) dəyişilməyərək "Yox" olaraq qalacaq, amma irəlliyə baxdığımızda "xoşbəxtsən" sualı (Qismət) deyərək cavablanır, çünki hər kəs gələcəyə bir arzuyla, xəyalla addımlayır. Amma əsas o arzularla birgə insanlarda bədbinlik,pessimistlik,hətta intahara belə əl atanlar saysız hesabsızdı, nə səbəbdən cəmiyyətimiz xoşbəxtliyə əl çatmaz kimi baxır və nəyə görə mübarizə aparmağa çaba göstəmirlər?

Mənə "xoşbəxtsənmi?" sualını verəndə bir anlıq duruxuram..çünki nə hə deyə bilirəm nə yox...ancaq bir tərəzi bürcü olaraq ölçüb biçəndə "HƏ" cavabı daha ağır gəlir və deyirəm "BƏLİ XOŞBƏXTƏM" Şükür yaradana :melek: mübarizəyə gəldikdə isə,həyat mübarizədir deyirlər bəlkə elə budur insanları bədbin edən?Hər insanda səbr və iradə olmur axı illərlə mübarizə aparmağa...çarpışır vuruşur və heçnə alınmır və o insan sınır.Bəlkə həyatla mübarizə aparmaqdansa ele axışa buraxaq hər şeyi?Qoy nə olur olsun.Məcbur heçnə etmək olmur axı,bizdən asılı olmur çox vaxt başımıza gələnlər...həyatla mübarizədə çox vaxt bizə çarəsizlik,xəyal qırıqlığı və göz yaşları qalır...Ona görə mən həyat axınına doğru hərəkət etməyin tərəfdarıyam...axına qarşı üzmək mənasızdı.

3.12,13,14,15,yaşda qızlarımız səncədə uşaq deyilmi? Onların torpaqlarla ev düzəldən və qarşısında balaca oyuncaqlarla evcik-evcik oynayan vaxtları deyilmi? Onların kuklalarıyla oynayan, anaların qayğısına ehtiyac olan zamanları deyilmi? Bəs niyə valdeynlər göz görə-görə öz övladlarını böyük mənsuliyyəti üzərlərinə götürməyə vadar edirlər, o yaşda uşaqlar nə bilir ailə, ər, qaynana, qaynata, balduz, qayın nədi? İnanırsanmı mən bu il düz iki ailənin 12—13 yaşda qızlarını ərə verdiklərinin şahidi oldum,bütün kənd o ailənin axmaqlığından danışsalarda hər kəs o toyda iştirak etdi... (Əyər birazda çox yazsam suala keçid ala bilmərəm deyə sualımı verirəm))Valdeynlərinin o yaşda qızlarının ərə vermələrinin səbəbi nədi? İmkansızlıqmı cahilikmi?..

Çox Çox pis!Mən dəfələrlə şərhlərimdə də yazmışam bu mövqeyim ölüncə dəyişməz...Burda ən böyük günah valideynlərdədir...və söhbət kasıbçılıqdan heç gedə bilməz.Sohbət ancaq cahillikdən və eqoistlikdən gedə bilər.Və inan mənə Nigar,o valideynləri qınayanlar var haa,bax əgər həmən toyu olan qız Bakıya və ya hansısa xarici ölkəyə təhsil arxasıyca getsəydi,o toyu qınayanlar bu səfər onu qinayaqcdılar ki,buna bax filankəs qızını buraxdı başlı başına...budur da bizim cəmiyyətimiz.Çox ədalətsiz bir cəmiyyətdə yaşayırıq.

4.Həyat qəribədi deyirlər, İnsanlar zalımlıqla üzləşirlər, Cəmiyyət isə qınamağı sevirlər...Bir situasiyadan canım qurtuldu deyərkən, digərinə tuş gəlirsən.. Nə etmək lazımdı "Zalımlıqdan," Qınama'lıqdan"bu həyatda dadmayasan?Daha doğrusu Arzum sadaladıqlarımla necə mücadilə aparıb?)

Mən hələ həyatımda zalımlıqla üzləşməmişəm.Nə də qınaq obyekti olmuşam.Birincisi çünki ətrafımda zalım insan olmayıb.İkincisi də mən qınaq obyekti olmaqdan həmişə çəkinmişəm.Demirem özümü zorla çərçivədə saxlamışam sadəcə bu çərçivə mənim canımda olub.Bir məsəl var deyirlər "Adamın gərək canında ola" bax bu fason bir şey)) Nahaqdan qınayanları isə hec vecimə almıram,kimin beyni nə cür çalışır o cürə də qanacaq hər şeyi,mən ona nəsə qandırıb özümü yormaram heç vaxt.

5.Bədahətən beynimdə kəşf olunmuş bir status barmaqlarımdan ağ vərəqə yazılmış oldu:)) Bəlkə statusumda da görmüş olarsan.Bax belədi:
"Dinləməyi sev danışmağı yox, ağıllı olmağı sev ağıl verməyi yox, özünü ailəni sev özgəsini yox, vaxt gələr elə zərbələr alarsan ki, göz yaşlarıyla bərabər niyə belə oldu? sualları ürəyini ağrıdar"
Bu statusum səncədə doğru deyilmi? Arzum yazdığım bu sözlərə daha nələr əlavə etmək istərdi?)


Mənim dəli mələklərim gələn kimi,sənin də ilham pərilərin gəlirmiş demək))Həm razıyam həm yox.Dinləməyi sevək ancaq baxır nəyi dinləməliyik,danışmağı sevməyək bəs elə sözlər var ki adamın bağrın dəlir,onları necə deməyək?"Hamını sev,ancaq heç kəsi özündən üstün tutma."

6.İki oğul Anası, Ailəsinin Qadını,Gözəl həyat yoldaşı olan Arzum;) ...Bir tək Övlad dünyaya gətirməklə Ana olmursan,Yemək bişirməklədə Ailə qadını olmursan(Mənə görə).. Bir Qadın nə etdiyi zaman sadaladıqlarım öhtəliyə sahibdir? Arzumun gözündə əsl Ana - Qadın necə olmalıdı?

Əsl analıq prinsipləriylə götürsəm mən hələ özümü əsl ana zənn etmirəm.Bununçun hələ çox tezdi uşaqlar balacadır çünki.Əsl ana kimi mən özümü hardasa 60 falan yaşım olanda hiss edərəm o da ƏGƏR mənim balalarım da bunu təsdiqləsə edə bilərəm.Daha öz uydurmamla yox))Ana olmaq hələ uşaq dünyaya gətirmək,gündə yeməyini verib təmizliyinə baxmaq,ya yuxusuz gecələr keçirmək demək deyil.Eləyə qalsa üzr istəyirəm bunu heyvanlar da edir.(hətta bəzi insanlardan min dəfə yaxşı) Ana olmaq övladı layiqli və xoşbəxt böyütmək,onun dünya görüşlü savadlı,Allahına bağlı olması üçün əlindən gələni etmək,və ən vacibi də bu etdiklərini övladın başına qaxanc etməməkdir.Bu analıq borcudur.Övlad bizə ALLAHIN verdiyi bir əmanətdir onu göz bəbəyimiz kimi qorumalıyıq çünki qoruya bilməsək ALLAH qarşısında cavab verməli olacagiq.Əmanətə xəyanət etmək olmaz çünki.Və cavabın yekunu olaraq mən Arzu deyirəm ki,31 yaşım var və mənim anam əsl anadır! :heart: Yani mən yetkin övlad olaraq bunu təsdiqləyirəm anam öz missiyasını layiqincə yerinə yetirib demək.Hələ ondan da artıq edib.İnşallah gün gələr mənim də balalariım mənim ünvanıma bu sözləri deyərlər :dua:

7.Əyər bir qız gecə-gündüz ağlayırsa bilki çox sevibdir, yox əyər bir Oğlan ağlayırsa bilki o qızı kimsə onun qədər sevməyəcəkdir"... Nədənsə insanlar ona dəyər verənləri yox verməyənləri sevir, dürüst olanları deyil olmayanları sevir, sahiblənənləri deyil, incidənləri sevir..Arzum bu haqqda nə düşünür, Səncə niyə belədi?

Sevgi barədə mən pas Nigar)))Subay vaxtı da qarşılıqlı sevgim olmayıb heç,padruqalarım danışardı sevgililəriylə mən də durub mat mat baxardım)) Geriyə baxanda isə xoşbəxtəm ki,ilk "Səni sevirəm" dediyim kəs həyat yoldaşım olub. :09:Bəzi qızlar nankor oğlanları sevmir əslində,o oğlanın beynində qurduğu ideal maketin sevir.Yani o insan sadəcə xarici qabıqdan ibarət olur,qalan bütün müsbət keyfiyyətləri qızlar öz fantaziyasıyla uydururlar olurlar dəli divanə aşiq.:pff:Sevginin gözü kor qulağı da kardır :hmmm:

8."Məmmədəli-Necəsən xanım, yaman forslusan haa, adam zad saymırsan bu nədi iki alma tutub gəlmisən bazara?
Müəllimə-Nə olar..
Məmmədəli - necə yəni nə olar, uborşiklərin yoxdu sənin? Onlardan bir ikisini göndər bir kərzinqə yığıb göndərim səəəyün üçün)) Gücü çatmaz mən özüm götürərəm mən ölüm))
Müəllimə-Bəlkə bir zənbil alma almağa gücüm çatmaz..
Məmmədəli-Ala səndən pul istəyən kimdi. De nə istəyirsən edim səəəyün üçün, istərsən texnikumda girim səəəyün üçün, istərsən bazarı bağladım səəəyün üçün)))
Müəllimə-Nə edirsən özün üçün et mənə nə))"
Alma Almaya bənzər kino filmindən qısa fraqment) O zamanlarda oğlanın qıza sevgisini bildirmə qaydası və qızın qarşılığında cavabı.Amma indiki Bakı qızlarının(istisna olaraq)oğlanlarla oynaşması, oğlanların mırtlaşması, hələ Ərəblərin Tarqovidə istədiyi qızı pulla əldə etməsi... Yaz yaz bitməz...Pozğunluqmu baş alıb gedir ya Avropa deyə deyə ahınımı aldıq?)))


Belə şeylər tək Bakıda yox elə rayonlarda da az deyil təəssüfki.Avropa deyə deyə ancaq əxlaqsızlıqmı gəlir ağıla?Heç mi yüksək mədəniyyət,savad,təmiz küçələr,insanların ünsiyyətdə etikanı gözləməkləri,öz şəxsi gigiyenalarına aşırı fikir vermələri gəlmir?Niyə avropalaşırıq deyəndə mütləq kimsə soyunmalıdı,küçənin ortasında öpüşməlidir və ya böyüyə kiçiyə hörmət qoymamamalıdır?Bu gün bayırda qarşılaşdığımız mənzərələr çox acınacaqlıdır doğurdanda.Millət sanki qabağa getməkdənsə dala gedir.Uzaqdan gəlir fərqi yox istər qadın istər kişi baxirsan normal adamdı,yanından keçir iy verib iylənir.Ya da gözəl göyçək qızdı tatuyla pirsinqlə özünü bir vulqar hala salıb ki,adam heç üzünə baxmaq belə istəmir.Budursa Avropalı olmaq mən Azərbaycanın ən ucqar kəndinin torpağına quzu kəsərəm)))Qoy bəziləri ikrah hissiylə Kəndçi deyirlər haa,halbukı tısbağa qınından çıxıb qının bəyənmir,bax mənə avropalı deməsinlər lazim deyil.Kəndçi sözü mənimçün kompliment olar.Çünki hamımızın əsli elə hansısa kənddəndi.Həmçinin mənim də))

9.Sevda-Moşu müəllim
Moşu-Eeee, nədi az?))
Sevda -Bəlkə kömək edəsiz servantı çəkməyə gücüm çatmıree:)
Hüseyn-Get Şair get, millətin sənə ehtiyacı var, amma işi gör qayıt haa
Moşu-yaxşı kişi.
Sevda-Mmm, soyun tez elə
Moşu-Hayy niyə, Necə soyunum az))
Sevda - oyy tyos başmaqlarınl çıxart))
Moşu-Az Sevda bir servanta gücünüz çatmır amma maa hər gün gəlib xoruzlanırsan:))) Baaana dur görüm Banaa dur)) Ya Allah
Sevda-Deyirəm ay Moşu müəllim, siz kişilər olmasaydız biz qadınlar neyləyərdik))
Bəxt üzüyü filmindən;) maraqlı bir dialoq, sualımıda bunun üzərinə düşünərək vermək istərdim. Bəs Arzum necə düşünür səncədə Kişilərsiz qadın heçnə edə bilməz? Və Arzumun gücü çatmadıqda kimi köməyinə çağırır?)))

Ya öldüm bu sitata gülməkdən :122: Filmin kulminasiya nöqtəsi deyə bilərəm buna)))
Demək canım evdə öz üzərimə düşən vəzifələrin hamısını özüm görürəm.Yani biz də kişi qadın işini qadın da kişi işini görmür.Bəzi qadınlar var kişilərini pis öyrədiblər bütün işləri özləri görürlər deyə.Sonra da deyirlər kişimiz evə baxmır.Çünki kişi arxayındır ki,bunu qadını edəcək o da maraqlanmır.Mən bunun əleyhinəyəm odur ki bəzən elə olur gücüm çatan bacardığım işi belə,görmürəm.Gözləyirəm özü etsin,mənə arxayın olmasın))Amma bacarmaq yaxşı şeydi.İşi görməməmyim hələ o işi öyrənməməyim anlamına gəlmir.

10.Bəlkə bu qədər dramatik suallardan sonra bir sualıda sənə məxsus edim?))Arzumu özü edən nədi, İnadımı, gücümü, ya önəmsəməməyimi?)

Həm inadım,həm gücüm,pozitiv yönüm və daha nələr nələr...önəmsəməyə gəldikdə kaş bəzi şeyləri önəmsəməyə bilsəydim amma alınmır.Və bir şeyi önəmsəməmiş kimi görünə bilərəm arada,ancaq bu yanlış görüntü olar.Çünki hər şeyi görürəm hər şeyə də fikir verirəm sadəcə susuram və bu ən çox da insaların ayıbını və mənfisini üzə vurmağı xoşlamadığımdan irəli gəlir.Çox vaxt isə susmağımdan istifadə edən insanlarla üz üzə qalıram((

11.Şablon sözlərdən biri"Xoşbəxtlik pulda deyil".. Heç amma heç razı deyiləm bu fikir ilə, indiki zəmanəyə aid bir cümlə belə deyil,ələxüsus Azərbaycan kimi bir ölkədə yaşayırsansa xoşbəxtlikdə bədbəxtlikdə puldadı deyə düşünürəm)Bəs Arzum bu Şablon sözlə razıdımı? Pul olmasa xoşbəxt olmaq mümkündürmü?)

Bu çox yanlış və absurd fikirdir.Pul yoxdursa necə xoşbəxt olasan?Şirin sözlə xoş münasibətlə qarın doyur bəyəm?Məsələn mənim pulum yoxdur və övladıma ürəyi istədiyi şeyi ala bilmirəmsə,onun yanında başı aşağı oluramsa mən necə xoşbəxt ola bilərəm?Bu sadəcə bəzi kasıbların hansılar ki pul da yoxdur və o pulu qazanmağa hər hansı bacarıq da yoxdur,bax onların uydurmasıdır.Tənbəllikdən uydurub özlərinə təsəlli verirlər.İnanmayın.Pul hər şey deyilsə də,çox şeydir.

12."Saçlarıma ağlar doldu, qumlar doldu bir darak gətirdə dara"-Bu sözlərin üstünə daha hansı fikirləri beynindən qələmə ötürmək istərdin?)

Saçlarıma ağlar doldu cünki ömrümü yedin))) :122: Gülmə krizim tutdu yenə))) Zarafatsiz yanaşsam,Buda hər halda qayğıya ehtiyacı olan bir qadının sözləridir.Məncə bir qadın hər zaman əzizlənməlidir,biz qadınlar bunu sevərik."Saçlarına ağlar doldu,ancaq bir qayğı nəvazişi görmədi qadın(("

13.GECƏ...Dostundu sanarsan gecəni səssiz dinləyər insanı,İnsanı Öz caynaqları arasına alan, ruhunu, göz yaşlarını əmanət etdiyin, boğazında düyünlənən sirlərini biləndir gecə.. Arzum gecəni sevənlərdəndimi? Ya qaranlıqla üzləşməkdən qorxanlardandımı?

Gəlmə qaranlıq gecələr
Taqətim yoxdur gecələr
Gözlərim töksə yaşını
Dəryadan çoxdur gecələr
Taqətim yoxdur gecələr...

Bu mahnı düşdü yadıma bu sualı oxuduqca.))Gecə mənim dostumdur...gecələr yatmaqla aram olmaz mənim.Dəyən olmasa oturaram səhərə qədər :hmmm: Səssizlik və ay işığından zövq alaram. Gecənin zülmətindən da qorxmuram...qəlbi gecə kimi zülmət olanlardan qorxum var mənim.

14.Saytımızdan danışmasaq doğru olmaz)) Saytda fikirlərinə önəm verdiyin, şərhlərini oxuduğun, hətta fikirlərindən özünə örnək götürdüyün user varmı? Varsa hansı niklərdi?;)

Önəm verdiklərim deyəndə hər kəsin fikrinə hörmətlə yanaşdığımdan əksəriyyətinin də fikrinə önəm verirəm.Çünki saytımızda mehriban cana yaxın qızlar çoxdur şukur.Demək olarkı hamısını çox istəyirəm. :123:Şərhləri də maraqla oxuyuram. Örnək götürdüklərim isə yoxdur. :02:

15.Və gəlib çatdıq sona.Ümid edirəm sualları bəyəndin.Qadınla.com ailəsinə arzuların, ürək sözlərini varsa buyurub yaza bilərsən.

Döğma saytımızın qızlarına sözüm ilk öncə:Gəlin bir birimizin əməyinə hörmət edək.Kimsə əziyyət çəkib 1 2 saatını sərf edib xəbər hazırlayıb təqdim edirsə bu xəbərə "BƏYƏNMƏDİM" və ya "MƏNASIZ XƏBƏRDİR" yazmaq nə dərəcədə düzgündür?Mədəni insanlar bir birinin zəhmətinə dəyər verər.Girdin xəbərə baxdın bəyənmədin ya heç nə yazma,yazırsansada onun yazılış tərzi var elə yaz.Bir sözlə etikayla yanaş.Hörmət et!Və söhbət tək userlərin yox ele dəyərli adminlərimizin də paylaşdığı xəbərlərdən də gedir.
Köhnə userlər var ki,sayta girir lakin heç aktiv deyillər sonra da adını qoyurlar ki,sayt əvvəlki kimi maraqli deyil.Bəs siz hardasız?Gəlin buralığa maraq qatın biz də baxaq görək maraqlı sayt necə olur.Birdə arada başqa qadin saytlarina da nəzər yetirin gorun layihə və şərh üzünə həsrət qalıblar ya yox?Aktiv sayt bundan başqa nece olur men bilmirem.Saytı aktiv və maraqlı edən onun userləridir.Hamı əvvəlki həvəslə yanaşsa sayta saytın marağı da azalmaz.
Bacılarıma arzularım isə sonsuzdur.Çoxusunun problemindən dərdindən agaham,sağolsunlar güvənib yazırlar mənə.Çalışıram dərd ortağı olam hamısına.İstəmərəm biri üzülsün.Çünki bizim qızlar hər şeyin ən yaxşısına layiq olan qızlardır.:melek:Odur ki,tək arzum ALLAH hamısının ürəyində nə arzusu var çin eləsin.:dua:Heç biri neyləyim necə eləyim deməsin.:melek: birdə saytda hamınız daima var olasız.:melek:

Nigarcanım məni bu gözəl layihənə dəvət etdiyinçün sənə dərin minnətdarlıq. :123: Çox iştirak etmək istədiyim bir layihə idi bu,nəsib oldu şükür.:08:
Bu upuzun müsahibəni səbrlə sonadək oxuyan bütün oxuculara da təşəkkürlər. :wiyin: Ümüd edirəm oxuduğunuz vaxtınız hədər getmədi və maraqla oxuduz.
(səs: 2)
Şərhlər: 10
Baxılıb: 2 016
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri