Mənim sınanmış reseptim (13)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 6
Baxılıb: 2 577
Səs ver:
(səs: 1)
Qızlar bu günki sınanmış reseptimiz çox maraqlı və fərqli bir təamdır.:yam:Mənə bu resepti göndərən isə MƏLƏKNUR nikli userimizdir.:cak:Buyurun bu gözəl reseptlə tanış olun. :08:

Mənim sınanmış reseptim (13)

BOMBA PERAŞKİLƏR



ƏRZAQLAR:


Xəmir üçün:


un — 3-3,5 stakan.
su (qaynar) — 1 st.
bitki yağı — 4 x.q..
şəkər — 1 x.q.
duz — 1 ç.q.

İçlik üçün:

Pomidor — 5 əd.
Brınza pendiri və yaxud kəsmik — 200 qr
sarımsaq — 2 diş.
göyərti
duz

Hazırlanması:

Pomidorlar halqa şəkilində doğranır. Brınza pendiri çəngəllə əzilir, duz vurulur, kəsmikdirsə həmçinin duzlanır, sarımsaq və göyərti xırda doğranır, qarışdırılır.
Qaynar suda şəkər və duz və bitki yağı qarışdırılır. Un əlavə olunur. Yumşaq xəmir yoğurulur.
Xəmir 30 dəqiqə qalmalıdır.
Xəmirin yarısı nazik yayılır.
Xəmirin üzərinə biri birindən 3 sm aralı olmaq şərtilə pomidor halqaları düzülür.
Pomidorun üzərinə içlik yığılır.
Xəmirin ikinci yarısıda həmçinin yayılaraq, birinci içlikli xəmirin üstünə örtülür.
uyğun diametrli stakanla peraşkilər pomidor halqalarının bərabərində kəsilir.

Peraşkilər tavada qaynar yağda hər iki tərəfi üstə qızardılır.





Mələknura təşəkkür edirəm aydın izahli reseptə və şəkilə görə :20: Digər reseptlərini də paylaşacaq bizimlə :11:
(səs: 1)
Şərhlər: 6
Baxılıb: 2 577
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri