Mənim sınanmış reseptim (15)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 16
Baxılıb: 2 420
Səs ver:
(səs: 3)
Salam usercanlar :03: Uzun fasilədən sonra MƏNİM SINANMIŞ RESEPTİM layihəm davam edir.:hmmm: Resepti göndərən isə saytımızın hamarat gözəli TATYANA-dır.Bacim bu gün bizlərlə çox dadlı yemək reseptini paylaşacaq.İnanıram ki resepti bəyənəcəksiz.Hansısa qaranlıq qalan məqamlar olsa buyurub şərhinizdə TATYANA-ya suallarınızı ünvanlaya bilərsiz.:11:

Mənim sınanmış reseptim (15)ƏTLİ RULET

TƏRKİBİ:

Ət mal əti(300-400qr) və ya toyuq(bir döş əti)
Yumurta (3-4 dənə)
Pendir bir kəsik (200-300qr)
Bu reseptlə şəkildəki kimi 3-4rulet çıxır,hər ruletə bir yumurta gedir

HAZIRLANMASI:

Əti ət maşınından kecirib duz istiot vurub qarışdırmaq
Bir boşqabda duzlu su etmək əli duzlu suya batırıb ətin bir qədərni götürüb iki ovucun ici qədər,paketin(pinqivin deyrler mence ona) üstüne yayırıq elimizle



Üstündən yumurtanı(1yumurta) tyorkadan keciririk,yumurtanın üstündən pendiri(pendiri cox olanda dadlı olur)



Sonra başlayırıq rulet kimi bükmeye,bükdükce paketi cıxarırıq,





Üstünü yumurtalayıb,suxari səpib isti yağa salıb qızardın.(Yağ qaynar olmalıkı dagılmasın rulet,) tez çevirməmək dagılmasın deyə bir tərəfi qızardıqdan sonra artıq dagıla bilməz
Kolbasa kimi,paştet kimi dograyıb öz zövqünüzə uygun serviz edin,



NUŞ OLSUN!



P.S-Resept paylaşmaq istəyən qızlar,mənə YALNİZ-ARZU nikinə şəxsi ismarıcla yaza bilərlər :02:
(səs: 3)
Şərhlər: 16
Baxılıb: 2 420
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri