Mənim sınanmış reseptim (18)

Müəllif: YalniZ-ArZu
Şərhlər: 20
Baxılıb: 3 833
Səs ver:
(səs: 1)
Salam Qadinla.com ailəsi...Bu gün sizinlə bir resept paylaşmaq qərarına gəldim. :127: Resept çox asan hazırlanan kurabiyə reseptidir.Onu da etiraf edim ki,kurabiyəni mən yox əziz anam hazırlayıb, bu da onun sınanmış reseptidir əslində.:hmmm: Bölümü də onun köməkliyi ilə hazırlayıram :komp:

TƏRKİBİ:

250 qram kərə yağı
1 stəkan pudra şəkər
1 stəkan qarğıdalı nişastası
Yarım stəkan duru yağ
1 yumurta
1 paket vanil
1 paket qabartma
Aparınca un
Hər hansı bir cem

HAZIRLANMASI:

Bir azca əritdiyimiz kərə yağına duru yagı da əlavə edirik.1 yumurta və vanili də əlavə edib qarışımı yoğurmağa başlayırıq. 1 stəkan pudra şəkəri də əlavə edib qarışdırmağa davam edirik. Daha sonra bir stəkan nişasta, 1 stəkan un və 1 paket qabartma tozunu da əlavə edib yoğururuq...xəmir çox bərk olmayan və ələ yapışmayan bir formaya düşənə qədər un əlavə etməyə davam edirik. Xəmir hazır olandan sonra onu kanditer torbasına doldurub gül formasında listlərə düzürük. Biz edəndə sobaya qoymamışdan öncə hər birinin ortasına cem əlavə etmişdik, kim istəsə bişəndən sonra da əlavə edə bilər.Məncə əvvəlcədən daha dadlı olur, bişdikcə cemin ətri kurabiyələrə çıxır.
Ərik ceminə bir az qida boyası əlavə edib gözəl qırmızı rəng də ala bilərsiz.Biz elə etdik bu arada :02: Dadına isə söz ola bilməz canlar, ağızda dağılır, çox kövrək bir kurabiyə alınır.

BU DA KURABİYƏLƏRİN ŞƏKİLLƏRİ:

Mənim sınanmış reseptim (18)





P.S-Reseptə görə canım anama, :20: şəkilləri mənə sayta çatdırdığına görə isə Barbarisimə təşəkkürlər :20:
Resept paylaşmaq istəyən xanımlar mənə şəxsi ismarıcla yaza bilərlər :envelope:
(səs: 1)
Şərhlər: 20
Baxılıb: 3 833
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri