"Mənim sınanmış reseptim" layihəm tam hızıyla davam edir.:02: Bu gün bizimlə öz reseptini MELEKNUR paylaşacaq. :127: Buyurun Meleknurun sınanmış resepti ilə tanış olun:
DARCINLI KURABİYƏ
TƏRKİBİ:
250 qr sana 3 x.q toz şəkər 3 stdan bir barmaq əksik un 1 ç.q darçın 1 paket qabartma tozu 50 q.r kişmiş (fındıqda ola bilər zövqə görə)
HAZIRLANMASI:
Yağ buxarda əridilib, toz şəkər əlavə olunur, şəkər əriyənə qədər qarışdırılır. Ələnmiş un, qabartma tozu, darçın və kişmiş əlavə olunub yoğrulur. Xəmirdən qoz böyüklüyündə parçalar götürülüb, əlimizdə formaya salıb, yağlanmış(yağlı kağızlı list)listə düzülür. Əvvəlcədən isidilmiş sobada, 160-170° dərəcə də 25-30 dəqiqə bişirilir
Nuş olsun!
P.S- Reseptdə sizin üçün qaranlıq qalan məqamları şərhlərinizdə soruşun Meleknur cavablandıracaq. Saytın digər hamarat qızları da resept paylaşmaq istəsə mənə şəxsi mesajla yaza bilərlər. :123: