Həftənin seçilən qonağı YalnıZ_ArZu ilə müsahibə

Müəllif: _Mrs_
Şərhlər: 23
Baxılıb: 2 452
Səs ver:
(səs: 1)
Saytmızın dəyərli xanımlarını salamlayıram :03:
Səs verməmiz bitdi,sizin verdiyiniz səslərə əsasən bu həftəmizin Aktiv istifadəçisi YalnıZ_ArZu oldu. Cavablandırığı üçün Arzuya təşəkkür edirəm :papatya:
Buyurun müsahibəmizi oxuyun.

1. Salam Qadınla.Com ailəsinə xoş gəlmisiz!
Sizi aramızda görməyimizə şadıq.

Xoş gördüm məndə hamını. 2 ildir hələdə bu sayta xoş gəlirəmsə nə mutlu bana)) Hər kəsə xoş əhval ruhiyyə və xoş oxumalar...

2. Buyurun özünüzü təqdim edin. Adınız,yaşınız,doğum gününüz,neçənci il?
Yalniz Azru, 1985-ci il 18 oktyabrda anadan olmuşam. Bir neçə aydan sonra 33 yaşımı tamam edəcəm, inşallah xeyirlisi.

3. Biraz öz xarici görünüşünüz barədə bizə danışsanız məncə hamıya maraqlı gələr..
Bir neçə qız görüb məni şəkildə də olsa, onlarcun maraqsız olar yəqin)) Görməyənlər üçün özümü, 165 sm. boyunda, 56 kq çəkidə, qısa qara saçlı, qaraqaş qaragöz bir qız kimi təsvir edim.:02: Deyilənə görə yaşımdan kiçik görünürəm, hamı 25-27 yaş verir mənə. Gözəl olduğumu demərəm, çünki gözəllik nisbi anlayışdır, kiminçünsə gözəl olan, kiminəsə itici gələ bilər. Çirkin deyiləm bəsimdi)) Əsas qəlb gözəlliyidir deyə də şablon cümlə qurmayacam)))

4. Kimlərə görə nələri qurban vermisiz?
Bir məsəl var "Söyləmək çirkinlikdir" yəni etdiyini demək heç də xoş xüsusiyyət deyil. Nə qurbanım olubsa özüm bilirəm, bunu heç qarşı tərəf də bilmir. Həmdə onlar mənim ailəm, atam, anam, qardaşım olduqlarından, onlara canım da qurban. 100 dəfə də bundan sonra dünyaya gəlsəm yenə eyni şeyləri edərəm onlar üçün.

5. Qadınlarda kişilər kimi sərbəst olsa idi, necə olardı?
Bu baxır "sərbəstlik" sözünü kim nə cür başa düşür. Hər kəs bu sözü öz tərbiyəsinə uyğun anlayır, dərk edir. Hansısa qadın üçün sərbəstlik sadəcə bir az artıq söz haqqının olmasıdırsa, kiminçünsə sərbəstlik lütlənib gəzmək, içki, siqaret, vulqar söyüşlü danışıq, saymamazlıqdır. Kişi kimi sərbəst olmaq qadına yaraşmır çox vaxt, qadın elə qadın sözünə uyğun, özünü əzdirib alçaltmadan sərbəstliyə malik olsa kafidir.

6. Sizcə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Hər qadına şamil etmək olmaz bunu əlbəttə. Məsələn mən heç kimə paxıllıq emirəm. Öz həyatımı yaşayıram. Başqası bu həyatda məndən daha uğurlu mövqedə ola bilər, məndən daha varlı da ola bilər, ancaq o da buna rahat nail olmayıb. Bunu hansısa əmək sərf edərək əldə edib. Adama deyərlər, canın cıxsın səndə əlləş vuruş həyatda nələrəsə nail ol, onun bunun pul parasına, geyminə paxıllıq etməkdənsə hünərin var səndə də olsun ondan. Həmdə unutmaq lazım deyilki, qismətdən artıq yemək olmaz. Bir insanın paxıllıq ediləcək hər bir şeyini ona ALLAH verir. Odurki paxıllıq etmək sadəcə içdən içə özünə ziyan verməkdir. Paxıl insanlardan uzağam çünki onların nəfsi güclü olur, bundan çox ziyan görmüşəm((

7. Dərdi verən Allah dərmanını da verər deyirlər. Özünüzü çarəsiz hiss etdiyiniz və qərarsiz qaldığınız vaxt olub?
Çox olub, ancaq sualın ilk hissəsindəki kəlimə ayaqda qalmağıma kömək olub. Ümumiyyətlə mən hər şeydən çarəsizliyə qapılan deyiləm, nikbin insanam. Mən özümü çarəsiz hiss edirəmsə, demək doğrudanda çarəsizəm. Yenə də dözürəm, imkan vermirəm kimsə bunu hiss eləsin. Çıxış yolu axtarıram, Allaha dua edirəm. Səbr edirəm. Ağlayıb sızlayıb camaatı yormuram, balalarımla başımı qatıram və birdə ayılıramki çətinlik artıq arxada qalıb və mən xoşbəxtəm. Allah heç kimi çarəsiz duruma salmasın, səbr hər şeyin başında gəlir. Güclü olmaq lazımdır, bu həyata yoxsa qatlana bilmərik.

8. Təsəvvür edin ki,yolda gedirsiz özünüzlə qarşılaşsanız ilk reaksiyanız nə olar?
Yəqin düşünərəmki ölmüşəm, ruhum cismimin yanında dolaşır. Bir az mat mat üzünə baxaram, sonra soruşaram görüm küçədə bayırda nə gəzir)))

9. Əsəbləşməyin atəşi əvvəlcə sahibini yandırar, sonra qığılcımı düşmənə ya çatar,ya çatmaz. Sizi əsəbləşdirmək asandir? Ümumiyyətlə,əsəblərinizi cilovlaya bilirsiniz?
Nə gözəl məsəldir, ilk dəfədir eşidirəm...Mamam deyir sən barıtsan elə bil, çünki özümdən çox tez çıxıram. Ələ almağa çalışıram yenə də çox vaxt alınmır. Əsəbi olduğumdan başıma çox şeylər gəlib. Səhhətimə də pis təsir edir, əsəb keçirmək olmaz mənə əslində(( Burda bu məsəl tam yerinə düşür çünki mən ilk növbədə özümə ziyan verirəm bu temperamentlə(( Ancaq onu da deyimki, elə çətin durumlar olurki, orda ALLAH mənə fövqəltəbii bir səbr verir. Tam sakitliyimi təmkinimi qoruyuram, sonra özüm də məətdəl qalıramki yani bu mən idim bu situasiyada təmkinli birisi? Yəqin bu xüsusiyyətimi də mənə ALLAH əsəbi olduğumçun kompensasiya olaraq bəxş edib)))

10. Özünüzdə qürur duyduğunuz cəhətiniz hansıdır?
Güclü qadınam mən! Bu pafos deyil həqiqətdir. Həyatımda ağlıma gəlməyənlər başıma gəlib, amma heç vaxt sınmamışam. Nahamar həyatımda büdrəmədən bu günə gəlib çıxmışam. İradəm güclüdür deyə həyatda bir çox çətin durumlarım olubki tez adaptasiya olmuşam, ən əsası da gileylənib şikayət etmədən. Bir az da yazsam deyəcəklə özünü tərifləyir, bir sözlə özümlə qürur duymağım üçün səbəblərim çoxdur.

11. Həyatınızda eşitdiyiniz ən dəyərli söz hansıdır?
Mamam "qızım" deyir arada mənə elə xoşum gəlirki, qaqam "bacım" deyəndə də ürəyimə yağ kimi yayılır. Birdə təbii ki uşaqlarımın "mama" deməsi. Bunlar əslində mənim həyatdakı statusumdur, övlad, bacı və ana. Bu statuslara çox önəm veridiymdən çalışıram bu sözlərə layiq olum həmişə.

12. Ümumiyyətlə xasiyyətiniz necədir(necə bir insansınız)özünüzü bizlərə necə tanıda bilərsiniz?
Burda qızlar daha yaxşı anLatar məni. Burda necəyəmsə həyatdada eləyəm. Qızların mənim nüvanıma dedikləri sözlərin hamısını mənə reladada deyirlər, çünki rola girmirəm virtualda. Sadə biriyəm, özümü dartmıram, kimdənsə üstün bilmirəm, yardımsevərəm, bir az qəddarlığımda var. Səbrsizəm, arada tənbəlliyim tutur, məsuliyyətliyəm. Paxıl deyiləm, kiminsə haqqına girmirəm, çalışıram hamı haqqında müsbət düşünüm. Tərs üzümü heç kim görməsin aman, tez inciyən biri deyiləm amma, bir adamdan qırıldımsa tam qırılıram, öldürsən artıq o adama qanım qaynamır, belə vecimə də olmur öldü ya qaldı.

13. Kimin rəylərini oxumağı sevirsiniz?
Bütün qızların rəylərini oxuyuram əksər vaxtlarda. Şükür saytda ağıllı başlı düşüncəli məntiqli qızımız çoxdur, odurki rəyləri də maraqlı olur.

14. Gündə azı 3 dəfə qulaq asdığınız mahnı hansıdır?
Bu gün 3 dəfə dinlədiyim mahnı Röyanın "Mənə sevgindən bəhs et" mahnısı olub. Belə əhvalıma görə dəyişir amma. Məsələn dünən Nelli Furtado günü idi məndə))) onun "Say it right" mahnisini 5 dəfə dinlədim ən azı))) sabah kim olacaq bilmirəm, çünki musiqi zövqüm çox rəngarəngdir, rok, rep, pop, muğam hamısına qulaq asıram. Təki keyfiyyətli musiqi olsun.

15. Təsəvvür edin ki, Qadınla.Com-un ziyafət gecəsinə dəvətlisiniz bu ziyafəti necə təsəvvür edirsiniz?
Ayy canlarım mənim necə gözəl olardı)) Demək belə təsəvvür edirəm...qızlar hamısı super libaslarda, tay duxilərin ətrindən adam bihuş olur. Səs küydə götürübe aləmi, ağız deyəni qulaq eşitmir)) Masanın üstü şirniyyatlardan cırılır, yarım saata qızlar tozsoran kimi silib süpürürlər şirniyatları...Bir az mehribancasına danışıb gülürlər sonra uje keçirlər qeybətə :D Ən sonda da diskateka :D

16. Sizdən yaşca kiçik birinin sizə nəsə öyrətməsini necə qəbul edərsiniz?
Baxır o yaşca birinin məqsədinə və kimliyinə. Əgər biri özünü məndən üstün göstərməkdən ötrü öz qoz boyda ağılıyla mənə öyüd verirsə, onun öyüdünü elə boğazında boğaram. Ancaq xoş niyyətlə nəsə məsləhət verirsə gözüm üstə yeri var. Mən elə şeyi özümə utanc bilmirəm. Dəfələrlə olubki özümdən kiçik birinə yazıb hansısa məsləhəti almışam. Bilməmək ayıb deyil, bilibdə qürur edib öyrənməmək ayıbdı.

17. Həyat sizə nələr öyrədib?
Həyat mənə bütün hər şeyə ramən gülməyi və bununla yanaşı güldürməyi öyrədib. Həyat mənə çətinlik qarşısında pes etməməyi, insanları sevməyi, üsyan etməməyi, Şükür etməyi, çətinliklərimi heç kimə bildirməməyi öyrədib.

18. Qadınla.Com-u izah edin deyilsə nələr deyərdiniz?
Qadinla.com mənim xobbimdirdə...sevirəm bu saytı bütün xəbərləri və userləriylə birgə. İkinci ailəm, əksər hallarda problemlərimdən sığınacaq tapdığım yer. Olmazsa olmazım tək sayt! Xəbərlər hazırlayaraq beynimi daim nəyləsə məşğul etmək, yeni ideyalar düşünüb tapmaq xoşuma gəlir. Mənə bunu bəxş etdiyi üçün də doğma saytıma minnətdaram. Həmişə var olsun bizlərlə birgə inşallah.

19. Suallar çox fikirləşib verə bilərəm amma ki, userləri bezdirməyim.Nədə sizi yormayım.Suallarım xoşunuza gəldi?
Suallara cavabımı 2-ci dəfə yazdığımı nəzərə almasam yorulmadım, çünki hazırladığın suallar çox maraqlıydi, xoşum gəldi əlbət məmnuniyyətlə cavablandırdım.

20. Və sonda Qadınla.Com userlərinə ürək sözləriniz
Canım bacılarıma əsl qadın xoşbəxtliyi arzu edirəm. Üzünüz gülsün deməyim, Allah ürəyinizi güldürsün hər zaman. Sevinclə dolu bir həyata layiqsiz hamınız çünki bir çoxunuzun həyatda aldığı dərin yaralarınız var, Allah qismət etsin bu yaraları tamamilə sağaldasız, xoş günləriniz bol olsun. Heç vaxt pes etmıyin, daima irəli baxın, keçmişə baxıb köks ötürməyin, zəif tərəflərinizi heç kimə bəlli etməyin. Bilmək olmaz dildə sizə təsəlli verən bəlkə daxildə üzgünlüyünüzə sevinir. Heç kimin arxasıyca getməyin, öz arxanızca aparmağı yeri gəlsə süründürməyi bacarın.
Saytda mənim aktivliyimi qiymətləndirib, görüb, mənə səs verən hər kəsə təşəkkür edirəm. Aktiv olmağa məni heç kim məcbur etmir, bu bir təlabatdir ki mənim daxilimdən gəlir. Bu belə olduqca davam edəcəm, nə vaxt stop edərəm bilmirəm. Ancaq bu cür hallarda biləndə ki, səndən başqa kimsə də bu aktivliyə dəyər verir bu bir ayrı xoş olur. Allah razı olsun hər birinizdən, eləcədə adminlərdən ki, mənim saysız hesabsız xəbərlərimi redaktə edib yayıma düzürlər. Əlləriniz dərd görməsin.
Həmçinin layihə rəhbərinə əziyyətdən dolayı minnətdaram, daha neçə belə layihələrə inşallah.
Oxuyan hər kəsə dərin minnətdarlıq... :123:
(səs: 1)
Şərhlər: 23
Baxılıb: 2 452
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri