fialka ilə müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 19
Baxılıb: 2 278
Səs ver:
(səs: 10)
1.Salam canım mənim səni burda görməyimizə cox şadıq aramıza xoş gəlmisən.
Salam bacım məndə şadam çox sağol

2.Buyur özünü təqdim elə canım adın soyadın yaşın neçənci ilsən?
Əzizova Firuzə 1991- ci ildənəm

3.Sən həyatdan ən çox nədən qorxursan?Qorxularının üzərinə gedirsən canım?
Ən çox bu həyatda Allahın qəzəbinə tuş gəlməkdən qorxuram bunun üçün isə çalışıram imanım güclü olsun həmişə doğru yolda olum

4.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???
Olub belə anlar istəməmişəm kiməsə danışım yəqin başa düşülməməkdən qorxduğum üçün heç ağ vərəqə də etibar etməmişəm

5.Bu günə kimi dərk etdiyin ən aci həqiqət,kəsf etdiyin həyat qanunu?
Ən acı həqiqət mənim üçün doğru bildiklərimin yalan olması olub, kəşf etdiyim həyat qanununu belə izah edərdim, Hər şeyi sən istədiyin üçün edəcəksən, başqası səndən istədiyi üçün deyil.Və sən, sən olaraq qaldığın müddətcə sənin yanında olanlar da xoşbəxt olacaq

6.Təsəvvür etkir həkimsən ve vəfasız sevgilin illər sonra xəstəndir.Nə edərsən?
Bilirsən həmişə kiçik yaşlarımda həkim olmağı arzu etmişəm baxmayaraq ixtisasım başqadı fikirləşmişəm ki, onları sağalmat şəfa vermək necə xoş bir hissdir əgər xəstə olan vəfasız sevgili olsaydı onun digər xəstələrdən fərqi olmazdı yenə eyni şəkildə sağaltmağa çalışardım

7.Səncə arzu nədir?Ümid nədir?Xəyal nədir canım?
Arzu insanın istəkləridir hansı ki,həyatı boyu çalışır ki, reallığa çevrilsin və bitib tükənmir necə deyərlər arzudan arzu doğur,Ümid elə bir şeydir ki, o hər kəsin ürəyində var və insan ömrünün sonunacan açılan hər səhərə ümüdlə gözünü açır axı ümüdlər sonda ölür buna inanıram, Xəyal nədir desən bircə onu deyə bilərəm ki, bu dünya xəyal dünyası deyil o xəyallar səni göyün yeddinci qatından yerə də çırpa bilər odurki reallıq daha yaxşıdı

8.Daha çox dinləməyi yoxsa danışmağı xoşlayırsan canım?
Düzünü desəm dinləməyi daha üstün tuturam demirəm danışmıram heç əksinə yerində lazım olanda danışmağıda bacarıram)

9.Biraz əl qabiliyyətindən danışaq.Bacarığın nər yerdədi canım?
Əl qabiliyyətim biş düşlə bağlıdı dadlı təamlar hazırlayiram birdə muncuqla toxumağı bacarıram müxtəlif aksesuarlar hazırlayıram

10.Yeri gəlmişkən canım subaylığın daşını nə zaman atırsan?
Qismət nə vaxt olsa, yenə qismətin boynuna atıram )) əslində bu çox məsuliyyətli və ömürdə bir dəfə olan haldı məndə hələki düşünürəm görəkdə o vaxt nə vaxtı))

11.Geyim tərzin necədi canım daha çox hansı geyim növlərinə üsdünlük verirsən?
Belə gündəlik rahat geyimlərdən istifadə edirəm ancaq xüsusi yerlər varki ora klassik üslubda geyinirəm

12.Ailənin daha möhkəm olması ən çox kimdən asılıdı və niyə?
Ailənin möhkəm olmağında həm atanın həm də ananın böyük rolu var ancaq anamın sayəsində daha möhkəmdi çünki o böyük bir sınaqdan keçib bu günə çatıb hansı ki, çoxlarının keçə bilmədiyi və Allah onun əziyyətinin qarşılığını elə böyük mükafatlandırdıki indi heç bir əziyyəti xatırlatmır ona bu günümüzə şükür

13.Kosmetiçkanda olan və ən çox istifadə etdiyin kosmetika hansıdır?
Belə kosmetikadan çox istifadə edən biri deyiləm edəndə də çalışıram sadə daha çox təbii görünüş olsun

14.Mətbəxə, ev işlərinə münasibətin necədi canım?
Mətbəxlə aram çox yaxşıdı yeməklər şirniyyatlar bişirməyi çox sevirəm ancaq hərdən bişirirəm çünki evdəkiləri kökəldirəm, ev işləridə görürəm qaydasında anam sağolsun o barədə kapriznidir ))

15.Hansı filmdəki hansı xarakterin həyatının sənin həyatın olmasını istəyərdin?
Düzü film izləyərkən belə özümü hər hansısa obrazın yerinə qoymamışam ancaq rejissoru olardım yəni obrazları idarə edən rejissor

16.Deyirlər həyatda bir məktəbdir. Bu məktəb sənə nələri öyrədib?
Böyük məktəbdi mən deyərdim yaşaya-yaşaya insan həyatın hər üzünü öyrənir bu həyatda ən çox insan olmağa çalışmaq lazımdır çünki ən böyük vəzifə insanlıqdı hansı ki, bu vəzifə çoxlarında yoxdu o deyirləre necə insan adamdı bax elə olmaq birdə bu qısa həyatı boşa verməmək lazımdır bu gün varsansa bu sabah olacağın anlamına gəlməz

17.Gündə azı 3 dəfə qulaq asdığın mahnı və ya müğənni varmı canım?
Qulaq asdığım mahnılar var təbii ki ancaq çox sevirəm lirik instrumental musiqi çünki onların sözləri yoxdu insanın düşüncələri onda sərhədsiz olur mahnılarda isə bu belə deyil sözləri var və sənin düşüncələrin o sözlər əks etdirir o tərəfə keçmir

18.Səncə niyə xanımlar hər zaman bir birlərinə paxıllıq edir?
Paxıllıq insanı içindən yeyən bir şeydi heç vaxt o insan artmır və imanı zəif olan insanlarda olur paxıllıq bu təkcə xanımlara aid deyil ümumi insanlarda olur kişi qadın fərq etmir

19.Hər bir insanın özünə görə arzuları olur. Bəs sənin arzun nədir?
Özümə arzum ancaq Allahın buyurduqlarına əməl edənlərdən olub həmişə doğru yolda olmaqdı

20.Həyatında eşitdiyin ən dəyərli söz hansıdır canım?
Ən dəyərli söz mənim atamın mənimlə fəxr etdiyini deməsi olub bunun önəmi mənim üçün çox böyükdür

21.İlk dəfə neçə yaşından kablok geyinməyə başlamısan?
İlk dəfə 5-6 yaşım olanda mamanın kabloklarını geyib evdə gəzirdim uşaqlıqlarım yadıma düşdü belə ancaq ilk dəfə məktəbi bitirən günü geymişəm

22.Hansı ölkəyə getmək istəyərdin? Və hansı ölkələrdə olmusan?
Ən çox maldiv adalarına getmək istərdim birdə Avropa ölkələri xaricdə isə bir dəfə Rusiyada olmuşam

23.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədi?
Odlar Yurdu Universiteti menecment fakültəsini bitirmişəm

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Canım sənə sualım yoxdur səni çox səmimi cana yaxın biri olaraq tanıyıram sənlə ünsiyyətdə olarkən sanki bir rahatlıq hiss edirəm sənə arzum inşAllah körpəni sağsalamat qucağına alarsan daim üzün gülsün xoşbəxt ol canım

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Qızlarımıza arzum budur ki, inşallah arzuları çin olar və Allahın əməli saleh bəndələrindən olarlar Amin
 
 Canım müsahibədə verdiyim suallara qarşı aldığım cavablar üçün çox sağol tam səmimi vermisən cavablar xoş sözlərin üçündə təşəkkürlər canım mənim..
(səs: 10)
Şərhlər: 19
Baxılıb: 2 278
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri