Svetoklana ilə müsahibə

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 2 978
Səs ver:
(səs: 4)
1.Salam canım mənim səni tanıyanlar tanıyır tanımayanlarada birdaha özünü tanıt canım.
Sadə,mehriban,ünsiyyetcil,sevimli,zarafatcıl..

2.Buyur özünü təqdim elə adın yaşın doğum günün neçənci il?
Canım mən 1992-ci il avqust ayının 5-i yer planetine xoş gelmişem. Xoş gəlmisən canım nə yaxşıki dünyaya göz açmısan.

3.Canım hansı məktəbdə oxumusan hansı Universetdə təhsil almısan təhsilin nədir?
Təhsilimdən kifayet qədər razıyam canım...mən BDU-ni bitirmişem...)oxudugum fakulteni isə "söylemeyi"sevmirem...)

4.Gündəlik hansı geyimlərə ən çox üstünlik verirsən?
Gündelik daha çox sport geyimlərə üstünlük verirem çünki,ele geyimlər menim üçün rahat sayılır...)

5.Ailənin daha möhkəm olması ən çox kimdən asılıdı və niyə?
İlk öncə bunu qeyd edim ki,ailənin başçıları ana və atadır və təbii ki,onların sözündən çixmamaq lazimdir,onlarin qoydugu qanunlara əməl etmek lazımdır...ailənin mohkem olması ana ve atadan asilidir çünki,yaşadigimiz ailənin başçıları onlardır...bele gozel bir deyim vardır ki,sərkərdə ordunu tərk etsə,ordu dagilar eyni ilə ana və ata da eledir...onlardan biri qurduqlari ailədən ayrilsa hemin ailə əmin olun bir anin içində çökər...

6.Kosmetiçkanda olan və ən çox istifadə etdiyin kosmetika hansıdır?
Təvəzökarlıq kimi olmasın kosmetikaya ehtiyyac yoxdur...))amma,hər bir xanım kimi istifadə edirem...)daha çox dodaq boyasindan və laynerden istifadə edirem...)

7.Səni ən çox nə hirsləndirir? Bu hirslə bacara bilirsənmi?
Gözəl sualdır...əfsuslar olsun ki,tez hirslənən insanam...her xırda bir şey meni esebleşdirmeye yetecek qədər böyük ola bilir bəzən...xeyr təəssüf ki,hirsimi məğlubiyyetə uğrada bilmirem...)hirsimə qarşı yenilmekden bir xeyli yorulmuşam doğrusu...)

8.Mətbəxə, ev işlərinə münasibətin necədi canım daha çox sevdiyin yemək və sevmədiyin yemək tərzin hansıdı?
Mətbəx və ev işlərinə münasibətim yaxşıdır,bacardigim qədəri ilə bu işləri daha mükəmməl şəkildə öyrenmeye can atiram...)milli metbeximizin bütün yemekleri menim üçün dogma və əzizdir lakin,ətli yemekləri heç cür sevmirem...uşaqlıqdan artıq vərdiş halina gelib...)

9.Hansı filmdəki hansı xarakterin həyatının sənin həyatın olmasını istəyərdin?
Heç bir vaxt ele bir şey düşünməmişəm çünki,yaxşı anlayiram ki,filmlər də canlandirilan her bir şey saxtadır və mən həyatımın saxta olmasini istemerem...)

10.Hər sevgili olan sevdiyini sanır.Amma əksəriyyət anlaya bilmirki o əsl sevgi deyil.Sadəcə bağlamaqdır.Sən ayıra bilirsən sevgini canım?
Biri var sevgi,biri var baglanmaq,biri isə var istemek...hal-hazırda insanlar sadəcə bir-birinə məcburi bagliliq seklinde yaşayır...əsl sevgi sadece nagillarda və əfsanələrdə olur...Beli sevgi ilə bagliliqi müqayisə etmeyi bacariram....

11.Nəyi həyatından tamamilə silmək istərdin imkanın olsaydı?Hansı gününü?
Yaxşı dərk edirem ki,həyatımdan heç bir günümü silə bilmərəm istər acı,istər sevincli çünki,bu menim həyatimdir və men həyatimi yaşadığım acılarla və sevinclərlə dərk etmişem ve hal-hazırda da dərk etmeye davam edirem...amma suala uygun olaraq cavablayim ki,həyatimdan sadəcə 3 günümü silmek isterdim...
1.Sevdiyim şəxsi ilk dəfə gorduyum gun...
2.Nişanlandigim gün...
3.Nişanı qaytardigim gün...

12.Olubmiki ürəyin dolu olduğu zamanda ,ürəyini kimsəyə aca bilməmisən?Yalnız ağ vərəqdən başqa...???
Dərdlərimi bölüşməyi sevən insan deyilem çünki,yaxşı anlayiram ki,dərdimi kiməsə danışsam menim derdim bitmeyecek ve yeniden davam edecek...bu sebebden insanlari dərdlərimlə yormağı və üzmeyi sevmirem...

13.Həyata bel bağlama,yuxu kimi keçər,boş saata güvənmə, quş kimi uçar!Gəncliyə güvənib hələ tezdi dediyin olubmu heç?
Xeyr!heç bir vaxt ele fikirleşmemişem...çünki,sabah nə olacagimiz belli deyil...belke sabah oyanmaya və əbədi yuxuya bele gedə bilərik...bu sebebden bu günün işini,sabaha buraxmamaq lazımdır...

14.Yalanın dostu, gerçəyin də düşməni çoxdur. Nə üçün?
Yalançı insan,başqa insanların vəziyyetinden asili olmayaraq onun əksini deyir...)bu sebebden dostları çox olur...)dürüst insan isə sözü oldugu kimi üzə deyen olur...)bu sebebden düşmenleri çox olur...)

15.Dərdi verən Allah dərmanını da verər diyirlər. Özünü çarəsiz hiss etdiyin və qərarsiz qaldığın vaxt olubmu?
Dərdi veren ALLAHa şükürlər olsun hər halımda,veziyyetimden asili olmayaraq ALLAHa şükür etmişem özümü heç bir zaman çarəsiz hiss etməmişəm lakin,son yaşadığım hadisədən sonra bütün xəyallarım,hisslərim tamamilə alt-üst oldu...

16.Ən qeyrətli bitki göbələkdir, çünki papağı həmişə başındadı))) Söhbət açılmışkən göbələyi xoşluyursan?
Sualin başlığ hissəsi bir xeyli güldürdü dogrusu....)xeyr gobeleyi qətiyyən sevmirem...)

17.Qonaqlar tam getmək istəyən vaxtı yalandan: "Oturmuşduz daaa" demisən heç?))
Nə yalan deyim qonaqpərvər insan deyilem...)insanlarla ele çox ünsiyyet qurmagi sevmirem...)beli ele olub ki,o ifadeni işletmişem kimisi üçün yalandan,kimisi üçün gercekden o isə baxır qonagin seviyyesine(daxilen)...))

18.Məni sadəcə sevsin, bəsdir."- deyənlər çoxdur, bəs sən necə düşünürsən?
Xeyr canım çox deyil,bunlar sadəcə şablon sozlerdir...))men insana(cenaba)alıcı gözü ilə baxan zaman həmin insanin xarici gozelliyine yox,daxili gözəlliyinə nəzər yetirirem...çünki,xarici gözəlliyi olub da ,daxilen bir murdar olan insanin heç bir şəxsə faydası yoxdur...

19.Günahsızkən üzr istəmisənmi və ya istəyərsənmi ?
Günahsız olan zaman üzr istəməyi qətiyyən sevmirem...amma sehv hereket edib sonradan peşman oluramsa üzr isteyirem...öz mövqem də üzr istemeyi alçalmaq kimi yox,yüksəlmək kimi görürəm...

20.Deyirlər əgər ailə dağılacaqsa,pis hadisə olacaqsa yalandan and içmək olar. Əgər səndən yalandan and içməyini istəsələr sən ona görə an içərsən yalandan canım?
İlk önce men ele şərait yaratmaram ki,menim sehvlerim ucbatindan menim ailəm dagilsin ...sualina geldikdə isə bəli təəssüf ki,hemin an and içərəm...

21.Dilək balığın olsaydı ondan nə əsas 3 şey dilərdin?
Bu sadəcə möcüzə ola bilər canim...)))amma,suala uygun olaraq cavablamaliyam..))
1.Can sağlıqı.
2.Xoşbextlik.
3.1 arzumun daha olması...))

22.Təqvim yarpaqlarında sənin üçün məna kəsb edən günlər hansılardır?Özəlliyini də bizimlə paylaş lütfən.
Açığın desem heç bir gün mənim üçün xüsusi bir məna kəsb etmir...təkcə 5 avqustu sevirem o isə həmin gün mənim dogum günüm olacagi üçün...)

23.İnsanlar xoşbəxtkən 1 mahnıya qulaq asarkən onun ritminə daha çox cəmlənər,kefsiz olarkən isə əksinə sözlərə fikir verər.Canım Sənin musiqi ilə əlaqən tam olaraq necədir bilmək istərdik.Sözlərə yoxsa ritmə üstünlük verənsən?
Hədsiz dərəcədə çox sevirəm musiqiləri demek olar ki,bütün günüm musiqilərlə keçir...)mene elə gelir ki,musiqisiz bir günüm ola bilməz...)kədərli olan zaman sadəcə musiqi dinleyirem heç kimlə ünsiyyet qurmuram...sevincli olan zaman isə demek olar ki,musiqi
yadima düşmür bu isə menim musiqiyə qarşı olan vəfasizliqimdan irəli gelir...))söhbet açılmışken dinlediyim musiqiləri sizə bildirmek isteyirem...
Kirac-Gidiyorum,Ahmet Kaya-Giderim;Nerden bileceksiniz,Shadmehr Aghili-Entekhab,Ebi-Royaye,Jamshid Najafi-Geceler sənsiz və s.saymaqla bitməz...)

24.Mənə sualın varsa buyur və həmişə verdiyim sual məni necə biri olaraq tanıyırsan?
Sənə sualim yoxdur canim mənim...)öz sualina geldikdə isə səni bir cümlə ilə xarakterizə etmek mümkün deyil...)səni səmimi,mehriban,gözəl həyat yoldaşı,dinine hədsiz dərəcədə bagli olan bir xanım kimi taniyiram və tanıdıgım üçün şadam...)

25.Və sonda Qadınlar.biz userlərinə ürək sözlərin?
Xanımlar və qızlar daima sevin və sevilin,icazə vermeyin ki,həyat sizi yorsun...həyatın dadını çıxartmaga calişin...sizləri çox sevirem nə yaxşı ki,varsınız...
 
Canım mənim müsahibədə səmimi olduğun üçün təşəkkürlər sənə ürəyini sıxma qismət belə imiş inşallah bundan yaxşısı çıxar qarşına səni həqiqətən sevən biri allah səni xoşbəxt eləsin canım mənim Xoş sözlərin üçündə təşəkkürlər canım bəli dinimə bağlı biriyəm şükür allaha bunu mənə nəsib edib hər kəsədə nəsib eləsin çox sağol canım müsahibədə iştirak etdiyin üçün.
(səs: 4)
Şərhlər: 20
Baxılıb: 2 978
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri