Mənim Novruz xatirələrim - Sona

Müəllif: arzum-aysum
Şərhlər: 23
Baxılıb: 3 005
Səs ver:
(səs: 11)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.
Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz. 
 
Layihəmdə ilk olaraq şirinim, canım Sonanı qonaq etdim. Görün bizim bu Sona bajımızın başına nə oyunlar gəlib....
 
Mənim Novruz xatirələrim - Sona  SONA 
 
"canım Türkanım əvvala belə gözəl layihəndə mənə yer verdiyin üçün təşəkkür edirəm. Sənin və bütün Qadinlar.Biz əhlinin bayramını təbrik edirəm. Həyatımız novruz xonçası kimi rəngarəng keçsin. Hər birimizin evində hər zaman bayram əhval ruhiyyəsi olsun Aminnn.
İndi keçək başıma gələn hadisələrə)))
 
Demək canım, mən oğlan kimi böyümüşəm. Bir gün oğlanlarla birləşib novruz tonqalı uçun taxta yığırdım))). Yaşim hardasa 12-13 olardı. Nə isə  tonqalımızı qurduq. Tonqal yanana kimi papaq atdı mərasimi başlayırdı)))  məndə geyinmişəm mavi rəgdə cins pencək. Qalxmıwıq qızlar oğlanlar papaq atmağa. Özü də ac gözlüyə bax ki, iki papaq atmışam .   :122: birini 5-ci mərtəbəyə, birini də 4-cü mərtəbəyə. Papağı atıb yavaş yavaş düşürdüm bir də qız dedi ki, Sona qolunda çeyirtkə var. Men də şüvənəm,  :hahahah: necə qışqırdımsa bütün blok ayağa qalxdı. Gizli döydüyüm qapılar açıldı,  :122: amma bilənnən sonra ki, mənəm papaqlarımı doldurub yola saldılar. Utandım iki papaq birdən atmağıma  :23:
 
 
 
Bir hadisəni də danışım. Bir dəfə artıq 10-cu sinifdə oxuyurdum, axır çərşənbə idi. Hazırlaşırdım həyətə düşüm. Ayaqqabımı geyinəndə eşitdim ki, blokdan səs gelir. Qlazokdan baxdim ki, qızlardı qapı pusurlar. Bizim qapını. O vaxtı 26 yaşi olan bir qız qulaq asırdı. Mən də bir az qapıdan bu yana keçdim, başladım qışqırıb danışmağa   :122: , mamama deyirəm ki, ay mama hamı gedəcəy eee, fikir eləmə  :122: xeyirli olacaq her şey :122: , üreyivi sıxma.   :122: Sonra barmaq ucunda qlazoka getdim ki, qızın üzündəki gülüşü görüb elə sevindim))) sonra mamam deyir ki, niyə elə deyirdin, dedim mamama maç elədi meni))"
(sonam canım, sənin o gözəl ürəyin inşallah hər zaman sevinclə xoşbəxtliklə dolu olar. amin)
 

 
Bir dəfə də tonqaldan tullananda bir oğlanla toqquşdum,  :122: o tonqalın bir tərəfinə mən də bir tərəfinə yıxıldım.  :122: Amma lap tonqalın içinə yox. Krasofkamı təzə almışdım, həmin an ilk ağlıma gələn krasofkam oldu.  :122: Keçib qıraqda krasofkamı çıxarıb hər tərəfli baxıram ki, yanmiyib?!...  :122: yanmamışdı şükür. :122:
 
Çox hadisələr olub, yadımda qalan bunlar idi.
Hər birinizin bayramı mübarək!...
 

 
 Sonam başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
(səs: 11)
Şərhlər: 23
Baxılıb: 3 005
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri