Xatirə dəftəri - Fialka (1)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 24
Baxılıb: 6 169
Səs ver:
(səs: 26)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. İlk iştirak edəcək userimiz Fialka olacaq.
 
1. Soyadınız Adınız?
Əzizova Firuzə

2. Doğum Tarixiniz?
1991-ci il 28 may

3. Bürcünüz/iliniz?
Əkizlər,Qoyun

4. Ən böyük arzunuz?
Arzularım istərdim bir bir həyata keçsin gələcəkdə...

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Düzü yaxın rəfiqələrim olub ancaq dost başqa şeydi söhbət yalandan gedirsə olub ancaq üzünə vurmamışam o yalanı...

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
Məktəbi əla qimətlərlə bitirmişəm həmçinin 5-ci sinifidə..

7. Həyat sizcə maraqlıdır?
Həyatı maraqlı edən insanın özüdü maraqsız olsa belə optimist olmaq lazımdır özünü yaxşı şeylərə kökləməlidir insan bədbinliyə qapılmaq nəyə lazım belə olsa həyat insan üçün çətinləşər boşuna deməyiblərki həyat yaşamağı bilənə gözəldir...

8. Möcüzəyə inanırsınız?
Bəli inanıram Allahın yaratdığı hər şey onun bir möcüzəsidir...

9. Yenidən uşaq olmaq istərdinimzi?
Düzdü uşaqlıq illəri şirin qayğısız olur ancaq qayıtmaq istəməzdim bunun da öz səbəbləri var təbii ki, ...

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Düzünü desəm istəməzdim hələ bir ömrü doya-doya yaşaya bilək sonrasına baxarıq imkan olsa)..

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Həyatda ilk növbədə hər şeyə görə Allaha borcluyuq daha sonra isə valideynlərimə ona görə ki, mənə belə qayğısız həyat yaşatdıqlarına görə,ən əsası var olduqlarına görə Allah onları mənə çox görməsin.

12. Necə insanları xoşlayırsınız?
Həmişə xarakter baxımından sözünü deyə bilən və o sözün arxasında dura bilən, edə biləcəyi sözü verən,səmimi, mərd eyni zamanda dininə bağlı olan insanlara qarşı həmişə rəğbətim olub...

13. Sizcə gözəllik nədən başlayır?
Məncə gözəllik birinci insanın daxilində başlayır düzdü xarici gözəllik vacibdir ancaq sənə qalan xarici yox insanın daxili aləminin gözəlliyi olur...

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
Ən çox Maldiv adalarını bəyənirəm istirahət üçün çox gözəl məkandı birdə bacım məndə maraq yaradıb Dubaya getmək istərdim o gedib və düşünürəmki istirahət üçün əlverişli bir yerdir.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Düzünü desəm sayta girəndən belə bir marağım olmayıb nəsə..

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Yaxın olduğum userlər var düzdü bəzi userlərlə tanışlıq olmasada fikirlərim üst-üstə düşənlərdə var...

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Yəni fərqi yoxdu hansı xəbərə şərh yazıramsa deməli maraqla oxuyub yaziram həmişə!

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Elə birisi yoxdur sadəcə bəzən oğlan userlər girir sayta o da qovularaq məsələ həll olur.

19.Saytda ən çox sizi nə cəlb edir?
Sadəcə qızların olmağı bu da rahatdı mənə əks halda yəqinki saytda olmazdım..

20.Nə kimi təklifləriniz var saytda?
Elə bir təklifim yoxdu son dəyişikliklər qane edir ...

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Bir user var o da fikirlərimiz üst-üstə düşdüyünə görə maraqlı gəlir mənə..

22. Nə üçün məhz Qadınlar.biz?
Düzünü desəm bir çox qadın saytları var ancaq bura daha maraqlı gəldi mənə uzun müddət qeydiyyatsız girirdim sonra sadəcə qadınlar olduğuna görə qeydiyyatdan keçdim.

23.Bu saytda sizə nə maraq doğurur?
Xüsusi bir şey yoxdur sadəcə ümumilikdə maraq doğurur bu qədər

24.Saytdakı ən yaxın dostlarınız?
Yaxın doztlar elə də çox deyil özləri bilirlər ancaq belə bəyəndiyim userlərdə var

25.Özünüz haqda qısa və tam!
Həmişə düzlüyün səmimiliyin və xeyir əməllər sahibi olmağa çalışan bir insan..

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Hələ elə bir vəziyyətlə qarşılaşmamışam inşAllahda qarşılaşmaram.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
Maraqlı deməzdim sadəcə gülməli vəziyyətlər olub beləki təsadüfən dediyim bir şey real olub yaxşı mənada...

28.Sayta olan ürək sözləriniz..
Sayta ürək sözlərim o olarki inşAllah uzun ömürlü olar və uğurları dahada çox olar.

29.Baş Admindən Razısız ?
Oğlanları qovduğuna görə razıyam)..

30.Həyatda ən çox kimə inanırısınız?
Həyatda ən çox Allaha inanıram ..

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Dostluqda əgər həqiqi hisslərdən qurulubsa münasibət burda hakimə ehtiyac yoxdu ancaq düşmənlər arasında başqalarına zərər toxundurmaması üçün hakim olmaq olar hardasa..

32.Həyatınızda əsas məqsəd nədir?
Əsas məqsədim öz doğrularımla yaşamaq və həmişə Allahın əməli saleh bəndəsi olmaq.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Gələcəkdə özümü daha müdrik xeyir əməllər sahibi kimi görmək istəyirəm və inanıram ki olacaq sadəcə istəmək lazımdır..

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Qeyd olunduğu kimi Allah eləməsin yəqinki ünsiyyətdə olduğum userlər və xəbərlər üçün darıxaram...
(səs: 26)
Şərhlər: 24
Baxılıb: 6 169
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri