Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adər ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi yazılmamış qanunlardı bunlar. Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.
Ona görə də bayram ərəfəsində sizlər üçün belə bir layihə hazırlamaq fikrinə gəldim. ,,Mənim Novruz xatirələrim,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.
Layihəmdəbu dəfə canım canr-ı qonaq etdim. Görün bizim bu canr bajımızın başına nə oyunlar gəlib....
CANR
Deməli belə. Qız vaxtı Novruz bayramında o qədər fala baxırdıq bacımnan. Stəkanın içinə bir az su tökdük. Mamanın bəxt üzüyünü də keçirtdim saçımın bir telinə. Deyilənə görə üzük neçə dəfə stəkana toxunsa, o yaşda da ərə gedəcəksən. Indi mən özümü tutmuşam nəzərimdə. Bu üzük dayanmır ki, dayanmır. Camaatda 19-23 vurdusa, məndə çıxdı 45-ə. İndi elə pis olmuşam. Az qalırdım ağlıyam ki, qaldım evdə. Bu erə getmək də qızların yaralı yeridi axı.
Bir dəfə duzlu kökə bişirdik bacımnan. Indi bu kökəyə o qədər duz tökdüm ki . Öz özlüyümdə dedim ki, çox duzlu olsa, effekti çox olar. Indi bu kökə dilə vurmalı olmadı. Canımız cəhənnəmə deyib bir təhər yedik. Həmin gecə nəyinki yatdıq. Səhərə qədər asıldıq krantdan.
Bir dəfə də axırıncı çərşənbədə bacımnan çıxdıq bloka. Ayaqqabı tullamağa. Belə deyirlər ki, kimin atdıgı ayaqqabı evə tərəf düşse gələn bayrama kimi bəxti açılmayacaq. Kimin ki, yola tərəf düşse gələn Novruza qədər gedəcək ərə. Indi iki bacı da özümüzə bir əl qatmışıq. Atırıq düşür evə tərəf. Deyirik yox bu pis oldu gəl bir də ataq. Axırı mamam deyirdi gəlin girin içəri görən olacaq.
Bu Novruz adətləri inandırıcı olmasa da çox gözəldir. Bayramınız mübarək...
Canr-ım, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...