Xatirə dəftəri - aziz-a (6)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 3 026
Səs ver:
(səs: 8)
Əziz istifadəçilər. Əminəm ki, hamınız məktəb həyatında ya xatirə dəftəri tutmusuz  ya da xatirə dəftərində qeydlər aparmısız. İndi bəzilərində o dəftər qalır bəzilərində isə yox. O dəftəri illər sonra oxuyanda necədə dəyərə qalxması və insanda xoş hisslər oyatması məlumdur. Buna görə də artıq saytımızında Xatirə Dəftəri layihəsinə start verdik. Bu layihənin rəhbəri Anar bəyə təşəkkür edirik ki, belə gözəl layihəyə start verdi. Həftədə 1 nəfər aktivlik dərəcəsinə görə bu layihədə iştirakçı olacaqlar. İnanıram ki, Allah bizlərə sizlərə yetərincə ömür verər  və illər sonra bu Xatirə Dəftərini oxuduqda  xoş təəsüratlar yaşayarıq. Növbəti iştirak edəcək userimiz Aziz-a olacaq.
 
1. Soyadınız Adınız?
Əkbərova Aysel.

2. Doğum Tarixiniz
15.06.1987.

3. Bürcünüz/iliniz?
Əkizlər, Dovşan.

4. Ən böyük arzunuz?
Allahın Əməli saleh bir bəndəsi olmaq, birdə əzizlərimin sağlam olaraq yanımda olmaları.

5. Ən yaxın dostunuz sizi haçansa satıb/yalan deyib?
Dost sarıdan şükür bəxtim gətirib, hər şey əladı, yox olmayıb belə bir şey.

6. 5-inci sinifi hansı qiymətlərlə qurtarmısınız?
orta qiymətlərlə.

7. Həyat sizcə maraqlıdır?
Maraqlı yaşayanlar üçün maraqlıdı təbii ki.

8. Möcüzəyə inanırsınız?
Allahımın yaratdığı hər bir möcüzəyə inanıram.

9. Yenidən uşaq olmaq istərdinimzi?
İstərdim, bir tək məktəb illərinə görə, gözəl məktəb illərim olub.

10. Dünyaya yenidən gəlməy istərdiniz?
Bəzi yaşadığlarıma görə istəməzdim.

11. Həyatda kimə və nə üçün minnətdarsınız?
Bir tək ALLAHIMA minnətdaram.

12. Necə insanları xoşlayırsınız?
Sadə, mehriban, şirin dilli, xoş xasiyyət, deyib gülən insanları xoşlayıram.

13. Sizcə gözəllik nədən başlayır?
Gözəllik daxildən gələn bir şeydi,amma indiki zamanda buna fikir vermirlər, amma mən fikir verənlərdənəm və deyirəmki, gözəllik sadəlikdən başlayır.

14. Dünyanın hansı şəhərlərində olmaq istərdiniz?
MÜQƏDDƏS MƏKKƏ və MƏDİNƏ şəhərlərində.

15. Sayta girən kimi ilk kimin saytda olub-olmadıgına baxırsınız?
Tam səmimi hec kimin.

16. Saytda özünüzü ən çox kimlə yaxın hesab edirsiniz?
Saytdada, həyatdada adsiz a ilə yaxınam, saytda isə özümə (onları bilmirəm)Türkanı, Cəmiləni,bacı birdə səni.

17.Saytda kimin xəbərlərini boyük maraqla oxuyusunuz?
Türkanın.

18.Kimin bu saytda olmasi sizi qıcıqlandırır?
Heç kimin, hamıya böyük hörmətim var.

19.Saytda ən çox sizi nə cəlb edir?
Vallah əvvəl gündən bu sayta böyük marağım oldu, ən çoxda userlərin qadın olmağı,əgər bəy userlərdə olsaydı mən tam səmimi bu saytda qeydiyyatdan keçməzdim.

20.Nə kimi təklifləriniz var saytda?
Hələki bu barədə passivəm :09:

21.Kimin şərhlərini hər xəbərdə oxuyursunuz?
Diqqətimi çəkən hər bir şərhi.

22. Nə üçün məhz Qadınlar.biz?
Marağlı bir sayt olduğuna görə, həmdə yuxarıda qeyd etdiyim kimi yalnız qadınlar olduğu üçün, buranı bir ailə bilirəm özümə , qızlarıda bacı.

23.Bu saytda sizə nə maraq doğurur?
Marağlı xəbər və layihələri, ən çoxda bacı sənin və Türkan bacımın layihələri məni həm heyrətləndirir, həmdə sevindirir.

24.Saytdakı ən yaxın dostlarınız?
Yaxın dostum adsiz a dı, yaxın bildiklrimi isə yuxarıda qeyd etmişdim.

25.Özünüz haqda qısa və tam!
Özüməmdə,sevib sevilmək arzusunda olubda, bu arzusuna catmayan biri.....

26.Burada hansısa bir haqsızlıq görmüsüz?
Yox görməmişəm.

27.Saytda başınıza gələn maraqlı bir hadisə
Elə bir hadisə olmayıb hələki.

28.Sayta olan ürək sözləriniz
Saytımıza uzun uzun ömürlər, Adminimizə və başqa əməyi keçənlərə dərin minnətdarlıq, saytimiz daimi olsun.

29.Baş Admindən Razısız ?
Əlbətdə razıyam.

30.Həyatda ən çox kimə inanırısınız?
ALLAHIMA sonsuz inamim var.Həyatdada inandıqlarım var.

31.İki dostun hakimi olardınız,yoxsa iki düşmənin(fikirləşməyə dəyər)
Düşmənlərin yenidən yaxın olacaqlarinin çetin olduğunu nəzərə alaraq, iki dostun hakimi olub onların dostluqlarinin pozulmamasına, onların düşmən olmamaları üçün çalışardım.

32.Həyatınızda əsas məqsəd nədir?
Elə bir məqsədim yoxdu.

33.Gələcəydə özünüzü kim görürsünüz?
Elə bir yaşa çatmışamki artiq, özümü bir yerlərdə görüb görməyəcəyim bir vaxtdan keçib, artıq işləyirəm.

34.Bir gün Sayt bağlansa (ALLAH ELƏMƏSİN) kim(lər) üçün darıxarsız və kim(lərlə) münasibətiniz həmişə qalar?
Allah eləməsin, heç istəmərəm.Çünki bura mənimçün bir ailə olub, Darixaram, pis olaram.Çoxları üçün darıxardım.
(səs: 8)
Şərhlər: 20
Baxılıb: 3 026
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri