Qadınlar.Bizlilərin arzuları - Catwoman666 (13)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 2 113
Səs ver:
(səs: 6)
Salam Qadınlar.biz ailəsi.Yeni layihələrnən qarşınızdayam.Maraqlı bir layihə hazırlamaq qərarına gəldim.Yəqin ki,hər kəsin ürəyində arzuları var çoxusunun arzuları həyata keçib bəzilərin arzularıda həyata keçməyib.Hər birimizin uşaqlıq arzuları olub və arzularımız bizimlə gündən-günə böyüyüb.Yaşımız artıqca arzularımız,istəklərimizdə artıb.Deməli belə sizlərin uşaqlıq vaxtı nə arzunuz olub və,o arzulara nail olmusunuzmu?Layimizdə birinci iştirak edən Catwoman666 olacaq və,o öz arzuları hakda bizimlə bölüşəcək.
 
"Mənim arzularım çoxdur. Sadecə bir ikisini sizinlə paylaşmaq istəyirəm. Ənnn böyük arzularımdan biri universitetə qəbul olmaqdır. Bu tək mənim yox, həm də anamın ən böyük arzularındandır. Dünyaya səyahət də ən böyük arzularım sırasındadır. Bütün dünyanı gəzmək...Ən çox da Türkiyə, Brazilya və s. Müxtəlif insanlar, müxtəlif yerlər, müxtəlif adətlər və s...Belə baxanda hər kəs istəyər ki, səyahət etsin, istirahət etsin. Amma mən tək istirahət üçün yox, həm də həmin yerləri kəşf etmək üçün getmək istəyirəm. Sonra gəlinlik mağazamı açmaq istəyirəm. Ən zövqlü gəlinliklərin ünvanı "Nina Balerina" gəlinlik mağazası...necə də xoş səslənir, hə?Bir də ümumi arzum bütün arzularımın gerçək olmasıdır. Mən bu arzularımı hər zaman xəyal edirəm. Amma xəyallar da gerçəkləşmək üçündür. yəni bunlar sadecə arzu-xəyal deyil. gerçəkləşdirəcəyim arzulardır. amma bir arzum da var ki bilirəm ki, gerçəkləşməyəcək(( həmin arzum dənizçi olmaqdır. Dənizçi olmağı çoox istəyərdim(Amma hələ reallaşdıracağım çoox arzularım var))hə qoy birini də deyim)) arzularımdan biri də balerina olmaqdır)amma mən elə öz özlüyümdə balerinayam zaten)Sonra rock müğənnisi olmağı da çox istəyərdim. Ən azından bir rok qrupunda elektron gitara ifa etmək istərdim. Reper olmaq da arzularımdan biridir(amma nerdeee..)Nəysə canım mən arzularımı yazsam dastan olar))"
 
 Allah hər birinizi arzularına çatdırsın xanımlar AMİN.....
(səs: 6)
Şərhlər: 20
Baxılıb: 2 113
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri