Uşaqlıq illəri - Antikvar (35)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 12
Baxılıb: 1 865
Səs ver:
(səs: 7)
Salam Qadınlar.Biz Ailəsi yeni xəbərlərlə, yeni layihəylə qarşınızdayam. Ümid edirəm hamınız bəyənəcəksiz. Yəqin ki, hamınıza maraqlıdı ki, userlərimizin uşaq vaxtı başlarına nə hadisə gəlib, hansı dəcəlliklər ediblər, qısaca gəlin userlərin uşaq vaxtı başlarına gələn gülməli hadisələri birlikdə öyrənəyin, həm də güləyin )). Mən hər dəfə xəbərdə bir userin adını yazacam (layihədə iştirak etmək isdəyən mənə şəxsi ismarıcla yaza bilərlər). Deməli belə qonağımız başına gələn hadisəni bizimlə bölüşən Antikvar olacaq.
 
"Salam saytımızın gözəl,şirin,mamlimatan,qızları))Bügündə mən sizlərlə uşaqlıq illərimi bölüşəcəm)Bacım üzrlü hesab elə mart ayından lahiyənə dəvət etdiyindən indiyəcan göndərəcəm deyə gətirib may ayına qədər çıxartdığım üçün) İndi keçək əsas məsələyə dəcəl antikin uşaqlıq illərini sizlərlə bölüşməyə...
Çox dəcəl,şıltaq,bir insana zərərli olan nə hadisə varsa hər birini öz başıma getirmişəm))Hinin qapısıyla oynayınb ayaqımın üzerinə aşırdıb sındırmaq,papam evin şüşəsiylə məşğul olanda gizlincə iməkliyə iməkliyə yerdəki qırıq şüşələri yemək)))mismarı götürüb boğazıma salmaq))))şüşəni yeyəndə mamamın xəbəri olmadığından,sonra şüşələrin yarısını yerdə görmədiklərindən biliblərki,qızımızın mədəsi şüşələrnən kef çəkir))))gecə qızdırma ,qaytarma problemləri olub məndə,həkimə aparanda üzi elətdiriblər məni,şüşələrin yeri rahat olduğundan gizləniblər)))zrft bir yana şüşə üzidə görsənməyibmiş,məncə hər birimizə məlumdu niyə.Demək həkim mənə vaxt qoyub şüşə çıxsa qızınız yaşayacaq,mədəsində qalsa rəhmətlik olacaq)))Mamamın dilindən eşitdiyim əhvalatı sizlərnən bölüşürəmsə demək o dünyalıq olmamışam))))Çox çətin uşaq olmuşam.İndi lap balacalıq vaxtımı bir kənara qoyub birazda,11,12 yaşlarında başıma gələn bir hadisəni yazım.
Axşamüstü vaxtları idi.Saat 9 -10 na işləmiş olardı.Qonaqlarımız gəldi evdə çay az olduğundan mamam qardaşım ilə məni çay almaqa göndərdi.Qardaşım yaşca məndən balacadı)Getdik aldıq evə qayıdanda bir sürü oğlan arxamızca necə qışqırıb bizim dalımızca qaçdısa)aman allahım qardaşım qabaqda məndə arxasıycan girdik padezimizə,onlarda inək kimi möyüldüyə möyüldəyə qaçırlar arxamızca))qardaşım çatdı evə amma mən qorxumdan ayaqllarımda qaçmaq gücü qalmamışdı.(Hər zaman mamaların qızlarına verdiyi məsləhətlər yadıma gəldi.Birdən kimsə arxanca qaçdı kimliyindən aslı olmayaraq gir qonşunun evinə kömək istə,birdə adam olmayan yerdə heç vaxt məktəbdən evə gəlmə harda insan çoxdu ordan evə gələrsən deyimlərini fikrimcə bütün analar öz qızlarına deyirlər)Məndə Evimiz üçüncü mərtəbədə idi,üçüncüyə çata bilmədim arxadan gələn oğlanlar padezin içinə çatmışdılar,getdim girddim qonşunun evinə)))yazıq qonşu şam yeməyi tökürdü qapını açıb evə necə girdimsə əlindəki boşqab yerə düşdü)))Qardaşımda qabaqda qaçıb evə çatıb arxasında məni görmədiyi üçün gedib evdə deyibki,bacını qaçırtdılar))))Day nə bilsinki,vahiməli halda olsada ağlına gələn ilk düzgün hərəkətini işə salıb))evdəkilər qorxularından çıxıblar çölə yola baxırlar həmin an bir maşın evimiizin önündən sürür gedir evdəkilərdə elə bilirlər həmin maşınla məni aparıblar)))Nigar nigar qışqırsınlar birdə görürlər nigar qonşunun arxasında əlində çay göydə qalar vəziyyətdə gizlənib :122: )))))Papam,dayım,cumdularda o oğlanların üstünə(düzü papamı birinci dəfədi elə vəziyyətdə görürdüm ,hətta bu hadisədən qorxduğu üçün bir müddət xəstələndi)İmdi hamınız elə bilərsiz bizə nəsə eləmək üçün qaçıblar o oğlanlar arxamızca ,vallah həmin anda bizdə elə bildik amma elə deyilmiş,sən demə qardaşımın jaketi maqazindən çıxanda yerə düşübmüş onlarda qışqıra qişqıra dayan deyib bizzim qaçmağımızı görüblər özləridə qorxublar qaça -qaça deyiblərki,jaketiniz jaketiniz düşüb))amma qorxduğumuzdan jaket sözünü eşitmədik beynimizə ilk gələn şey qaçmaq))) :122:

Birinidı yazım.Bunu əslində bir dəfə burda hansısa şərh vastəsi ilə bölüşmüdüm.Eybi yox qoy bir dəfədə bölüşüm))Yayda kəndə əmim evinə getdim istirahətə.O balaca sarı cücələrki var bax onlardan ötrü ölürəmdə))))Emim həyətindədə təzə anadan olmuş bap balaca sarı cücələr,hər tutmaq istədikcə anası arxamca qaçıb dimdikləmək isəyirdi məni,məndə həyətdə olan hamama girib gizlənirdim bir pəncərədəndə baxırdım toyuq gedib ya mənim yolumu gözləyir)))Gedərdi mən yenə balalarını tutmaq üçün can atardım.əsasda aralarında sap sarı olanını niyyətimdə idi))Gördüm yox alınan iş deyil anasının əlindən istədiyimə qovuşa bilmidim.əmim arvadına dedim o sari cücəni tut ver mənə vermədi,o boytda qız cücələrnən oynamaq nədi.Üzünə dedim hə düz deyirsən amma bi ağlımdan keçəni bilsən vallah özün öz əliynən verərdin get oyna)))Bunlar günorta yatdılar məndə çıxdım iş başına)))toyuq anasıda yatmışdı ayağında ip varıydı məndə ipi götürdüm bağladım hələ üstünə iki daşda qoydum))indi kef mənimdidə )))qaçdım niyyətimdə olan sarı cücənin arxasıycan))))ananı bir görsəz gəlir qabağa ipin əlindən yenə gedir arxaya)))cücələr səpələndi hərəsi bir yerə anası ququlduyur,məndə həm toyuqla danışıram həmdə cücəni tuturam))qaçdım qaçdım tutdum demişkən cücə qaldı ayağımın aıtında içalatıda cöldə)))aydaa elə pi oldumki,cücəni götürdüm əlimə oturdum pilləkanda ağladım birdə əmim arvaddı görür ağlayıram ,gəlib görür cücə üçün ağlayıram)))Hələ elədiyim azmış kimi borcluda çıxardıram arvadı sən versəydin indi ölməzdiki)))Getdim cücə üçün qəbir qazdım122basdırmaqa görə basdırdım qarpız,pomidorda üstünə atdım guya ye doyarsan bəlkə))))Bir molla zad çatmırdı oda olsaydı əməlli başlı yas mərasimi gedirdi cücə üçün)))
Belə qızlar ola bilsin birinci hadisə çoxda gülməli olmasın amma heç zaman ,unutmadığm bəlkədə indiyə qədər ailəmlə danışıb güldüyüm hadisəni sizlərlə bölüşdüm.Mənim maraqlı uşaqlıq illərim çox olub amma aralarında ən yadda qalanı bunlardı.Birazda olsa üzünüzdə təbəssüm yaradınsa nə xoş mənə)."

 
Necə idi qızlar üzünüzdə azda olsa təbəssüm yarada bildikmi?
Fikirlərinizi gözləyirik..
(səs: 7)
Şərhlər: 12
Baxılıb: 1 865
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri