Qadınlar.Biz ilə ilk tanışlığım - Arzum-Aysum (14)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 20
Baxılıb: 2 178
Səs ver:
(səs: 2)
Salam Qadınlar.Biz-in gözəl göyçək xanımları :03:
Düşündüm daşındım dedim nə layihə hazırlayım mən? :28: Axır ki, ağlıma bu gəldi yəni heart Qadınlar.Biz-lə ilk tanışlıqım heart İcazəsini aldım :23: və hazırladım.
Deməli belə layihəmiz belədir, bu gözəl saytımızla necə tanış olmusunuz onu yazacaqsınız mənə şəxsi mesajla və məndə xəbər olaraq göndərəcəyəm.
Bu qədər indi isə keçək bu günün qonaqına :mail:
Arzum-Aysum nikli userdi..O gözəl saytımızla necə tanış olub onu yazacaq...
 
"Həəə qızlar, yenə mənəm, sizin arzum aysum. Bilmək istəyirsiz ki, bu sayta necə gəlmişəm, sizləri necə tapmışam?.... elə isə aşağıdakı yazını diqqətlə oxuyun. Bidənəm mənə tapşırmışdı ki, flash karta mahnılar yaz, işə gedib gələndə qulaq asım. Mən də mahnı yazanda saytların birində reklamın gördüm canım qadınlar. biz-in. Həmin aralarda biş düş xəstəsi idim, çoxlu reseptlər axtarırdım. Girdim sayta. Ancaq qeydiyyatdan keçmədim. Mətbəx bölməsinə baxırdım ancaq. Sonra təsadüfən moda bölməsini gördüm. Sayt çox xoşuma gəldi, amma bidənəm icazə vermirdi deyə qeydiyyatdan keçmirdim. Bir gün bidənəmlə yaman pis dalaşmışdım. Bu günə qədər hələ elə dalaşdığımız olmayıb. Çox xətrimə dəymişdi. Pis idim, birdən beynimə vurdu, bidənəmin acığına qeydiyyatdan keçdim. O qədər incimişdim ondan, başımı qatmağa bir şey axtarırdım ki, düşünməyim onu. 10yanvar 2014cü il qadınlar. biz-ə sizin arzum aysum gəldi. O gün bu gün əl çəkə bilmirəm bu saytdan. Gecəm gündüzüm burda keçir. Bir dəqiqə əlimə imkan düşən kimi tez girirəm sayta. bura girməsəm ürəyim partlayar. Bax bilirəm ki, vaxtım yoxdu, işim var. Amma bir dəqiqəlik də olsa mütləq girməliyəm. Yaxşı da bu gün bu saytdayam və özümə gözəl bacılar qazanmışam. Bunun üçün ilk növbədə Məmmədov V. C-ya təşəkkür edirəm, belə gözəl sayt yaratdığı üçün. ikinci isə bidənəmə təşəkkür eliyirəm, özü də bilmədən qeydiyyatdan keçməyimə səbəb olduğu üçün :122: öpürəm hamınızı qızlarrrrr...."
(səs: 2)
Şərhlər: 20
Baxılıb: 2 178
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri