Qadınlar.Biz-lilərin sevgi hekayələri - arzum_aysum

Müəllif: tek umidim sen
Şərhlər: 26
Baxılıb: 4 200
Səs ver:
(səs: 5)
Salam əziz qadınlar biz əhli... :01: :03: Novbəti layihəmiz "Qadınlar bizlilərin sevgi hekayələri olacaq”... :11: Əslində ideya müəllifi naz_vefa nikli bacımızdı. Yəqinki layihə xoşunuza gələcək. Bu gün isə arzum_aysum bacımızın sevgi hekayəsi ilə tanış olacıq... :heart: :heart: :128: :love: :nazlii:

"Bizim sevgi macəramız həqiqətən də bir eşq hekayəsidi. Sevgi dolu, həsrət dolu, göz yaşı dolu, xoşbəxtlik dolu. Qızların çoxu bizim sevgi hekayəmizi bilir. Bilən qızlar səbrlə, bilməyən qızlarımız da maraqla, bu eşq hekayəsini oxuyub mənimlə birgə o günləri yad etməyə nə deyirsiz?...
Həyat həqiqətən də çox qəribədi. Bidənəm mənim xalam oğlumdu. İllərlə bir yerdə olmuşuq, illərlə danışmışıq gülmüşük, ancaq bir birimizin qismətimiz olduğundan xəbərsiz.
Həmin yay da hər il olduğu kimi məzuniyyət götürüb rayona - xalamgilə dincəlməyə getmişdim. Ancaq bu dəfə içimdə qəribə bir həyəcan var. Hiss edirdim ki, bu gedişlə həyatımda nəsə dəyişəcək . Ancaq yaxşı və ya pis nə olacaq anlaya bilmirdim.
Həmişəki kimi hamı bir yerdə danışırdıq, gülürdük, gecə yariya qədər kart, lato oynayırdıq. Hamı eyni idi... bir tək o dəyişmişdi. Hər gecə sağollaşıb yatmağa gedəndən sonra mənə gecən xeyirə qalsın mesajları yazırdı. Səhərlər duran kimi yanıma gəlir. Hərdən elə olurdu ki, gecə səhərə qədər həyətdə oturub söhbət edirdik onunla. Mənə ana tərəfdən qız sevdiyini deyirdi. Bir bir hamının adını çəkirdim, ancaq özüm ağlıma gəlmirdim. Deyirdi ki, ilk sən biləcəksən kimi sevirəm. Mən də hər zaman fikirləşirdim ki, yəqin həmin qızla danışmağı mənə deyəcək. Ancaq hərəkətlərindən, hər gecə mənə mesaj yazmağından şübhələnməyə başlamışdım. Hara gedirdim, nə edirdim gözü məndə olurdu. Artıq mən də qəribə olmuşdum. O gəlməyəndə darıxırdım. Gözüm hər yerdə onu axtarırdı,
Nə isə... günlər bir bir ötüb keçdi, qayıtmaq vaxtım gəlib çatdı. qayıdıb gəldim Bakıya... Ancaq hər gün mənə zəng eliyirdi, neçə dəfə mesaj yazırdı. Yazmayanda darıxırdım, onu fikirləşirdim, ağlımdan çıxmırdıı. gecələri onu düşünərək yatırdım, səhərləri onu düşünərək ayılırdım. Ancaq ümidlənməyə qorxurdum.
Bir gün yenə gecə yarıdır, hamı yatıb və mənə mesaj gəldi. Mesaj ondan idi və çox uzun idi. O qızı əsgərlikdən bəri neçə ildi sevdiyini, onsuz bir həyat təsəvvür edə bilmədiyini yazırdı. Onu öz gözləri, öz ürəyi ilə mənə başa salırdı. Və sonda bu cümlələr ,, Mən səni seçmişəm... Səni sevirəm,, Burda sevənlər nə həyəcan və sevinc keçirdiyimi anlayar. Çox xoşbəxt idim, çünki mən də onu sevirdim. Və beləcə hər şey başladı. Gözəl günlərimiz də, əzablı günlərimiz də. Gözəl çünki sevirdim və sevilirdim, sevirdi və sevilirdi. Əzablı çünki neçə dəfə elçi gəlmələrinə baxmayaraq atam vermirdi. Hamı bizə qarşı idi. Ancaq mən onu sevirdim və heç vaxt ondan ayrılmayacaqdım. O dəfələrlə məni qaçıracağını deyirdi. Ailəm və sevgim arasında qalmışdım. Ancaq heç birindən də keçə bilmirdim. Beləcə iki il keçdi. Bir gözümüz gülürdü, digəri həsrətdən ağlayırdı. Ancaq dəydi bu əzaba, bu həsrətə. Sevgimiz hər şeyə və hər kəsə qalib gəldi. Bizi ayıra bilməyəcəklərini gördülər.
Və bu gün- artıq iki şirin qızımız var. Sevirəm və çox sevildiyimi bilirəm. O mənim həyatımdı, aldığım nəfəsim, döyünən ürəyim, həyatda sahib olduğum ənnnn dəyərli xəzinəmdi. O Tanrının mənə bəxş etdiyi ənnnn böyük xoşbəxtliyimdi. Yaxşı ki, Tanrı onu mənim, məni də onun qismətinə yazıb.

Səni çox sevirəm mənim ömrüm."

Qatılmaq istəyənlər mənə şəxsi mesajla yazsınlar...
(səs: 5)
Şərhlər: 26
Baxılıb: 4 200
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri