Mənim evlilik təklifim - arzum-aysum (3)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 19
Baxılıb: 2 667
Səs ver:
(səs: 6)
Salam əziz Qadınlar.Biz əhli yenə qarşınızda mən və yeni layihəm :126: Bu dəfəki layihəmdə Evli xanımlar və nişanlı qızlar iştirak edə bilərlər. Deməli belə adındanda bilindiyi kimi hər kəs həyat yoldaşından :toy: və yaxud nişanlısından :r51: aldıqı evlilik təklifini mənə şəxsi ismarıcla yazacaq məndə hər dəfə bir useri qonaq edəcəm. Bu dəfə ki userimiz şirinmi şirin, gözəlmi gözəl mənim canım bacılarımdan olan Arzum-Aysum  nikli userdi. Buyurun onun EVLİLİK TƏKLİFİni oxuyun
 
Ay mənim şirin Aytacım, bu layihənlə ən yaralı yerimə toxundun, xəbərin yoxdu eee. Niyəsin deyim, sən də bil, bütün qadınlar. biz qızları da.
Deməli belə. Mən heç bidənəmdən evlilik təklifi almışam ki, romantiki də ola ya yox? O mənə ilk dəfə ürəyini açıb sevgisini bildirəndə belə demişdi, ,,mən səni sevmişəm, səni seçmişəm. Bundan sonra qalan ömrümün hər günü səninlə keçirmək istəyirəm,, Biz danışırdıq, görüşürdük və elə bil qanun idi bizim üçün ki, əgər danışırıqsa evlənəcik. Yəni nə mənim, nə bidənəmin ağlından heç vaxt bunun əksi keçməyib. Keçə də bilməzdi. Çünki bizim qovuşmağımızı, bizim bir ailə olmağımızı Tanrı yazmışdı qismətimizə. Düzdü bizi bu yolda çox sınağa çəkdi, çox göz yaşı tökdük bu yolda. Amma bu yolda axıtdığımız göz yaşlarına dəydi. Xüsusi evlilik təklifi almasam da, bu gün artıq beş ilə keçib biz bidənəmlə ailəliyik, hamınıza məlumdur ki, iki gözəl göyçək, ən əsası sağlam qızım var. Bütün bu xoşbəxtlikləri mənə yaşatdığı üçün uca Rəbbimə nə qədər şükr etsəm azdı. O mənim qismətimə məni çox sevən, hamıdan, hər kəsdən qoruyan, məni və balalarımızı xoşbəxt etmək üşün hər şeyi edən bidənəmi yazıb. Və sevgimizin meyvəsi olan, hər ana deyib üstümə yüyürüşlərində mənə dünyanın ənnnn böyük sevincini yaşadan qızlarımı verib mənə. Şükürlər olsun Ya Rəbbim sənə! Mənə yaşatdığın bütün bu gözəlliklərə görə.

 
P.S: Canım inşəALLAH bu sevginiz ömrüvüzün sonuna qədər ilk günkü kimi olar..Amin
Kim istəsə qatılmaq mənə şəxsi mesajla yaza bilər.
(səs: 6)
Şərhlər: 19
Baxılıb: 2 667
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri