Məktəbdə ilk günüm - Angela7 (17)

Müəllif: Mr. OffiCeR
Şərhlər: 14
Baxılıb: 1 495
Səs ver:
(səs: 5)
 Salam Qadınlar.Bizin şirin-şəkər xanımları.layihəmin bugünkü qonağı Angela7 nikli userdir

Hər kəsin həyatında unudulmaz, şirin və əvəzolunmaz dediyi günlərdən biri də məktəbdəki ilk gündür. Bu gün öz həyatımızda atdığımız ilk önəmli adddımlardan biridir. 6- 7 yaşlı ayaqlarımızla atdığımız ilk kiçik addım bizi 11 illik böyük bir yola doğru aparır. 
Həmin gün 2003-cü ilin 1 sentyabrında anam məni səhər tezdən yuxudan oyatdı, geyindirdi, saçlarımı da 2 dənə(keçi 122 )yığdı. 19 Saçlarım qısa idi deyə başqa cür alındıra bilmədi. Özümdən də böyük bir gülü əlimə verdi, anam, atam, bacım və mən məktəbə doğru yola düşdük. Evlə məktəb arasındakı məsafə çox az idi deyə piyada getdik. Məktəbə çatdıq, gözüm müəlliməmi axtarırdı ki, bəs haradadır. Nəhayət, direktorun danışığı bitdi və biz sinfə daxil olduq. Valideynlərim şəkillərimi çəkdilər. Və axır ki, özümdən böyük olan gülü müəllimimə verdim. 20 İlk dəfə qapı tərəfdə, 2-ci partada oturmuşdum. An gəldi və valideynlər sinfi tərk etməli oldu. Biz sinifdə tək qaldıq müəllim və şagirdlər, ağlayan kim, gözü qapıda qalan kim... Mən normal qəbul etdim. Müəllim başladı tipik suallar verməyə, himn, bayraq, gerb haqqında və bəzi misallar. Bunların da hamısını anam və babam mənə məktəbdən öncə öyrətmişdilər deyə sıxıcı gəlirdi. Odur ki, çantamı açdım və anamın qoyduğu boş dəftərlərin birini açıb yazı yazdım. Yazı deyərkən ibtidai sinif uşaqlarına ilk həftələrdə öyrədilən xətləri nəzərdə tuturam. Axırda müəllim dedi ki, qızımız neyləyir orada dərsə qulaq assın. Mən də məcbur dəftəri bağladım və sıxıcı dərsə qulaq asdım.( Tarixə yazılası şagirdəm ona görə ki, məktəbin ilk günkü dərsinə sıxıcı, maraqsız demişəm 08 .) Sonra müəllim bizə məktəbdə ilk günümüz olduğumuz üçün hədiyyələr( çanta, xətkeş, qələm və sair) payladı. Müəllim hamının çantasını yığmağına kömək etdi,sıra mənə gəlib çatmamış, hər şeyimi özüm yığıb- yığışdırdım ki, müəllimə heç nə qalmasın. O da gəlib gördü yığışdırmışam, dedi ki, afərin qızıma! 08Nəysə, vaxt- vədə çatdı, müəllimimiz qapını açdı ki, bəs çıxın çölə valideynləriniz gəlib. Qorxa- qorxa valideyn izdahımının içərisinə daldım).Ona görə qorxurdum ki, birdən valideynlərim məni unudub məktəbdə qoyarlar, ardımca gəlməzlər, halbuki yazıqlar demişdi ki, saat 12-də gələcəyik. Axır ki, atamı gördüm, və xoşbəxt oldum ki, məni unutmayıblar 19 Atam məni evə gətirdi, çatar- çatmaz anama şıkayətləndim ki, bəs ayaqqabı məni incidir, anam da ayağıma yüngül çimdik qondurdu ki, atan kamera ilə çəkir 122 Məktəbdən mənə hədiyyə verilən çantanı bacım mənimsədi. Çantamda anam qoyduğu, lakin yemədiyim yeməyi də açıb yedi 18 Mən də yemək yeyib yatdım, axşam qonaqlarımız gəldi, bibimoğlu da birinci sinfə getmişdi, onunla tort yemək üstündə yarış keçirdik, oynadıq, böyüklərin xoş arzularına qulaq asdıq 128 Sonra qonaqları yola saldıq, müəllimin verdiyi balaca tapşırığı da yazıb yatdım. Həəə yadımda, həmin gün babam mənim şəkilsiz şəxsiyyət vəsiqəmi çıxartdırıb Bakıya göndərmişdi, anamın da o şəklə baxdığı yerdə şəkli var( amma kim çəkib bilmirəm). 14 
Bax belə, bu da mənim sizlərlə bölüşdüyüm məktəbdəki ilk günüm. Oxuduğunuz üçün təşəkkürlər 20
 
P.S: Layihədə iştirak etmək istəyənlər mənə müraciət edə bilərlər
(səs: 5)
Şərhlər: 14
Baxılıb: 1 495
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri