Novruzda yaşadıqlarım - Miss_Angel (2)

Müəllif: arzum-aysum
Şərhlər: 21
Baxılıb: 6 030
Səs ver:
(səs: 7)
Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  
 
 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...
  
Novruzda yaşadıqlarım - Miss_Angel (2)  Miss_Angel  
  

bütün qızlara salam  :03: novruz bayrami münasibəti ilə hamını təbrik edirəm. Noruz bayramı mənim ən sevdiyim bayramlardan biridi. Çoxlu xatirələrim də olub, keçim əsas məsələyə :komp:

uşaq  olanda binada yaşayırdıq,  2 blokda,  mama icazə verirdi padruqalarım yığılıb gedirdik papaq atdıya  :22: elə maraqlı gəlirdi ki, papağın içinə qoyulan dadlı gəlirdi, mama deyirdi evdəki ondan yaxşıdı həvəsiniz gəlir də  dəymirdi . bir də ki mama qoymazdı uşaqlarla ocaqdan tullanaq, binada blokda kardonnan zaddan yandırırdı deyirdi tullanın :ates: həyətdə mən olmaram yanarsız  :23:  

sonra mamadan bir dəfə icazə aldıq binanın qarşısında həyət evləri vardı, onlar daha maraqlı keçirirdi, küçədə  tonqal qalayıb :ates: başında yallı gedirdilər,  mahnı oxuyub oynuyurdular. mamadan icazə aldıq bizi dəvət eləmişdi uşaqlar,  getdik biz də qoşulduq onlara, maraqlı idi mənə. bizim binada həkimlər , müəllimlər, iş adamları olurdu, mədəni idilər,  amma biz də oynamaq isdəyirdik axi, ona görə  bir dəfə onlara qoşulduq maraqlı keçdi.

sonra  bayramda axwam yeyib içəndən sonra ata nənəmgilə gedərdik papaq atardıq,  uje papaqlarımızı tanıyırdılar, pul atırdılar,  biz də deyirdik nənə nə yaxşı coxlu pul qoydun hardan bildin bizik :122: uşaq ki uşaq . bayramda çoxlu pulumuz olurdu. sonra bu evə köçdük baçqa şeylər öyrəndik, qulaq asdı, ayaqqabı tulladı, fallar  :cadu:  öyrəndim.

Deməli  günün birində padruqam gəldi bizə, mamanı da yolladıq bunlara, çünki mama evdə olsa qoymaz.  başımşza qırmızı şal adıq, işığı söndürdük əlimizdə iki şam keçdik güzgünün qarşısına ki, guya gələcək nişanlımızı görəcik, birinci mən keçdim bilmirəm düz idi ya  öz kölğəmiz  idi mən də o da eyni görrdük ki, hündür boy dolu oğlandı . düzdü ikimizdə elə biri ilə evləndik sonra,  bu dedi siqareti çəkilən yerini  isladıb yandırırıq  yarıya kimi çəkəcik guya hərif yazılacaq, dedi gəl atamın siqaretindən edək paçqani qoyduq birini  :keyif:  elədik,  ikisini elədik iki nəfərə, o çəkir mən çəkirəm bir də, gördük paçqa qurtarıb,  hərifdən xəbər yoxdu  :122: dedim atama nə cavab verəcəm, zapası idi, nə isə bu da elə getdi.

sonra ayyaqabı atırdım hər dəfə də qapıya düşürdü amma hələ də evdəyəm  :122:

 bir də balışın altına birnə üzük,  birinə heç nə qoymurduq üzükdə oturan ərə  gedəcəkdi gələn il bayrama kimi, məndə həmişə üzük çıxırdı hələ də evdəyəm  :122: 2il olar eləmirəm fal  :24:  subay vaxdı kasada su doldurub nişan üzüyü  fırladmışdıq, mənə 18 çıxmışdı,  elə  18də də getdim, getməz olaydım. Belə mənim başıma gələnlər yadıma düşənlər bu qədə,r oxuduğunuz üçün twklər  :20:

 

 
 
Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...
(səs: 7)
Şərhlər: 21
Baxılıb: 6 030
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri