Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)

Müəllif: arzum-aysum
Şərhlər: 10
Baxılıb: 1 789
Səs ver:
(səs: 3)

Gözəl bacılarım, qarşıdan elimizin, obamızın ən sevimli bayramı Novruz gəlir. :ponpon: Düşünürəm ki, Novruzu sevməyən, gəlişini həsrətlə gözləməyən insan yoxdu. Milli bayramımzdı Novruz. Ona görə də özünə məxsus gözəl və maraqlı adətləri var. :ates: Tonqaldan tullanma, papaq atma, qapı pusma , fala baxma və s. İnanmıram ki, sizlərdən biriniz bu adət ənənələri yerinə yetirməmiş olsun. Kiçikdən böyüyə hər kəsin sevərək əməl etdiyi çoxxx gözəl adətlərdi  bunlar.  Düşünürəm ki, hamınızın Novruzla bağlı çox gözəl xatirələriniz var.

 Ona görə bu il də bayram ərəfəsində sizlər üçün keçən ilki ,,Mənim Novruz xatirələrim,, adlı layihəmin davamı olaraq belə bir layihə hazırlamaq fikrinə gəldim. :komp: ,,Novruzda yaşadıqlarım,, adlı. İstəyirəm ki, hər biriniz Novruz bayramında yaşadığınız duzlu məzəli, yadda qalan hadisələri bizimlə bölüşəsiniz.  

 

 Baxın görün Novruzda gülməli və maraqlı hadisələr yaşayan hansı bacımız bu dəfəki qonağımdı...

 
Novruzda yaşadıqlarım - Lola_Maya_ (3)  Lola_Maya_   
 
Salam olsun saytmızın gözəl xanımlarına. Türkan bacı təşəkkür edirəm belə gözəl bayram abu havalı lahiyə hazırlayıb məni də dəvət etdiyin üçün. Hamınızın Bayramı mübarək olsun. Allah hər zaman ruzili, bərəkətli, sevinc dolu günlər nəsibimiz etsin. :128: Keçək Novruzda mənim başıma gələnə.
Deməli belə, hardasa 5-6 yaşım olardı, həyətdə ocaq qalamışdıq qonşularla yığışmışdıq. Bir neçə nəfər məndən 1-2 yaş böyük qızlar da var idi. Balaca idik deyə hoppanmağımızın çətin olmaması üçün balaca tonqal qalamışdıq. Mən tonqalın bir tərəfində hazır durmuşamki, :ates: hamı tullansın sonra mən. Düz mən tonqaldan tullananda o biri tərəfdən də qız tullandı toqquşduq, mən düşdüm tonqalın üstünə o da mənim üstümə, ona heçnə olmadı yanan mən oldum :18: elə düşmüşəm ki, əlim də qalıb altımda, ən çox əlim yanmışdı. Şəkillərdə də qalıb əlimi üflüyə-üflüyə qalmışam. :09: 
Bir dəfə də 2-3 il bundan qabaq qızlarla qulaq asdıya çıxmışıq :dans: ağzımıza su almışıq, getdik qulağlarımızı qapıya dirədik, heç qulağımızı qapıya qoya bilmədik qapının açılmasını görüb paramparça olduq hərə bir tərəfə qaçır :ihi:
 Çox olub Novruzda başıma gələn maraqlı hadisələr, amma bu qədəri bəs olar məncə. Hər birinizə təşəkkür edirəm vaxt ayırıb oxuduğunuz üçün. :01:
 
   
 

 

Canım mənim, başda sən olmaqla bütün bacılarımın xoş xatirələri bol olsun .... AMİN!...

(səs: 3)
Şərhlər: 10
Baxılıb: 1 789
Geriyə
Hörmətli Qonaq, saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

İnformasiya

Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Bölümlü Hekayələr

Müzakirələr

Bürclərlə BİZ

Xəbər lenti

Astrologiya

Qadın testləri